From Wikipedia, the free encyclopedia
Qırmızı bağ - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə Rusiyanın “BayTMedia” studiyasının birgə istehsalı.[1][2] 2011-ci ildə çəkilişləri başanılan, 2015-ci ildə hazır olan filmin ssenarisində dəfələrlə dəyişikliklər olub.[3] Rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk tammetrajlı bədii filmidir. Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova və Taleh Bədiyev canlandırmışdır.[4] 30-dan çox beynəlxalq kinofestival və kinoforumlarda iştirak etmiş, mükafatlar qazanmışdır. Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı xarici filmi” mükafatına nominant olmuşdur.
Qırmızı Bağ | |
---|---|
| |
Janr | Fəlsəfi dram-pritça |
Rejissor | Mirbala Səlimli |
Ssenari müəllifi | Mirbala Səlimli |
Baş rollarda |
Maqsud Məmmədov Gülzar Qurbanova Taleh Bədiyev |
Operator | Maksim Drozdov |
Bəstəkar | Salman Qəmbərov |
Rəssam | Leonid Karpov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası "VayTMedia" kinostudiyası |
İlk baxış tarixi | 13 aprel 2016 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88 dəq. |
Ölkələr | Azərbaycan, Rusiya |
Dil | Azərbaycan türkcəsi |
İl | 2016 |
Texniki məlumatlar | 9 hissə 35mm FUJI kinolenti (ramka 1:1.85) səs formatı 5.1 |
Rəng | rəngli |
Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb muəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin.[5] Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir... Qırmızı bağ – bizim arzularımızın reallaşdığı, həyat sevgisinə qоvuşduğumuz bir sakral məkandı. Bu məkana düşmək üçün yeganə yоl isə insana sevgi, bütün canlılara sevgi və bu gün nə qədər paradоksal оlsa da – özünün həyatını başqa bir insanın dirçəlişinə həsr etməkdir. Filmin qəhrəmanı Abbas ancaq bu həqiqəti dərk etdikdən sоnra bu sakral məkana daхil оla bilir.
1. "Ən yaxşı bədii film", 15-ci Dəkkə Beynəlxalq Film Festivalı, 2017.[6]
2. Üç "Altın kemança" mükafatı, Trabzon Beynəlxalq Film Festivalı, 2017.
3. Rejissora filmin "Parlaq Bədii həllinə" görə Azərbaycan Kinematoqrafiya İttifaqının mükafatı, 2017.
4. Rusiyada “MDB və Baltikyanı ölkələrinin "Ən yaxşı filmi” nominasiyası üzrə Nika mükafatına nominant elan olub, 2017.[7]
5. "Ən yaxşı bədii film", 17-ci Baykal Beynəlxalq Film Festivalı, 2018.
6. Azərbaycan Kino Akademiyasının "QIZIL PƏRİ" mükafatına iki nominasiya üzrə layiq görülüb:
7. "Ən yaxşı operator", Maksim Drozdov, İtaliya-Azərbaycan Beynəlxalq Kinofestivalı, 2019.
Ssenari müəllifi və quruluşçu rejissor:
MİRBALA SƏLİMLİ
Quruluşçu operator:
MAKSİM DROZDOV
Quruluşçu rəssam:
LEONİD KARPOV
Bəstəkar:
SALMAN QƏMBƏROV
Geyim üzrə rəssamlar:
ELMAN RƏŞİDOV
OLQA ŞABANOVA
Qrim üzrə rəssamlar:
PAZİLAT QAZİMAQOMEDOVA
NATALYA FYODOROVA
Səs rejissoru:
TARİYEL HƏSƏNZADƏ
Səs operatorları:
ANAR SALMANOV
ELVİN BAYRAMZADƏ
Aktyorların səsləndirilməsi:
MEHMAN NADİROV
Montaj:
ANNA MASS
Rəng korreksiyası:
İRİNA MASLOVA
İkinci rejissor:
PƏRVİZ HƏSƏNOV
Rejissor assistentləri:
AKİF YUSİFOV
ƏLİ İMANOV
İRADƏ SADIQOVA
Rejissor köməkçisi:
YULİYA KAXETELİDZE
İkinci operator:
İVAN KULAGİN
Fokus-pulerlər:
SERGEY VERŞİNİN
KONSTANTİN İVANOV
İşıq ustası:
TAHİR BAĞIROV
Musiqi tərtibatçısı:
İSMAYIL DADAŞOV
Mahnının ifaçısı:
MEHRİBAN ZƏKİ
Şeirlərin müəllifi:
VAQİF ASLAN
Kordinator:
ƏNVƏR HƏSƏNOV
Maliyyə meneceri:
ORXAN ƏLİYEV
EMİL İBRAHİMOV
İnzibatçılar:
İLQAR MUSAYEV
ASİF AĞAYEV
İLHAM ƏLİYEV
İQRAR SALAMOV
Filmin direktoru:
TOFİQ MUSAYEV
Xətt prodüseri:
AZƏR QULİYEV
İcraçı prodüserlər:
NAZİM HÜSEYNOV
TEYMUR CƏFƏROV
Prodüserlər:
MÜŞFİQ HƏTƏMOV
TİMUR VAYNŞTEYN
Abbas — MAQSUD MƏMMƏDOV
Vəfa — GÜLZAR QURBANOVA
Orxan — TALEH BƏDİYEV
Molla — SALAMULLA İSMAYILOV
Məktəb direktoru — XANLAR HƏŞİMZADƏ
Bağban — RAMİS İBRAHİMOV
Günel — BƏHİYYƏ ABDULLAZADƏ
Montyor — PƏRVİZ MƏMMƏDRZAYEV
Polis rəisi — ABBAS QƏHRƏMANOV
Həkim — İLHAM HÜSEYNOV
Uzunboy qəbirqazan — ÇİNGİZ NOVRUZƏLİYEV
Balacaboy qəbirqazan — ABDULƏZİM ŞİRİNOV
Daşyonan usta — ARİF KƏRİMOV
Ustanın şagirdi — FİRDOVSİ NƏBİYEV
Orxanın dostu — RÖYAL YUSUBOV
Yekəpər — ASİF AĞAYEV
Kəltənbaş — ORXAN HƏMİDLİ
Filmi səsləndirənlər:
Rövşən Məmmədli - Abbas (Maqsud Məmmədov (aktyor))(titrlərdə yoxdur)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.