From Wikipedia, the free encyclopedia
Avstriya-Macarıstan bankı (alm. Österreichisch-Ungarische Bank, mac. Osztrák–Magyar Bank) — Avstriya-Macarıstanın mərkəzi bankı, həmçinin əvvəl Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil olmuş və milli kredit-pul sistemi olmayan ölkələrin mərkəzi bankı. 1902—1905-ci ildə memar İqnats Alpar tərəfindən Budapeştdə Azadlıq meydanında inşa edilmiş Avstriya-Macarıstan bankının binasında hazırda Macarıstan Milli Bankı yerləşir.
Avstriya-Macarıstan bankı | |
---|---|
Yerləşməsi | |
Ölkə | |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 30 sentyabr 1878-ci il |
Ləğv tarixi | 31 iyul 1924-cü il |
Valyuta | qulden, krona |
Sələfi | Avstriya Milli Bankı |
Xələfi | ləğv olunub |
Vikianbarda əlaqəli mediafayllar |
Avstriya-Macarıstan bankı 30 sentyabr 1878-ci ildə qurulmuşdur.
Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdiyi bank Avstriya-Macarıstan kronunu emissiyasına davam etdi, bu pul vahidi Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq valyutası idi və eyni zamanda digər ölkələrin tərkibinə daxil olmuş Avstriya-Macarıstan ərazilərində dövriyyədə qalmışdır. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək üçün Çexoslovakiya təşəbbüs göstərdi. Hər şeydən əvvəl, ölkənin hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödəmələri və Avstriya və Macarıstan hökumətlərinə borc vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı və bu görüşdə bütün yeni dövlətlərə emissiyaya nəzarət etmək üçün öz emissarlarını təyin etməsinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan borc verməyəcəyinə söz verdi.
Lakin bank qısa müddətdə yeni dövlətlərin hökumətləri ilə razılaşmanı pozdu, istiqraz üzrə ödənişlərə yenidən başladı və Avstriya hökumətinə kredit verdi. Banka olan inamını itirərək yeni dövlətlər iqtisadiyyatlarını özləri təmin etməyə başladılar. 1919-cu ilin yanvarında Avstriya-Macarıstan kronunun dövriyyəsi Xorvatiyada və həmin ilin martında Çexoslovakiyada dayandırıldı. Bunun ardınca, Avstriya-Macarıstan bankının ölkədəki bütün filialları birbaşa hökumətin nəzarətinə keçdi.
Çexiya və Yuqoslaviya krallığında yeni valyutanın tətbiqi Avstriyanı pis vəziyyətdə qoya bilərdi, çünki möhürlənməmiş kronalar bu ölkədə qaldı və bu da inflyasiyanın artmasına səbəb ola bilərdi. Avstriya hökuməti pulları öz ölkəsində möhürləməyə məcbur oldu. Macarıstan pulunu yalnız Rumıniya və Çexoslovakiya ilə müharibə bitdikdən sonra möhürləməyə başladı, Polşa isə bu işi 1920-ci ildə etdi.
31 iyul 1924-cü ildə Avstriya-Macarıstan bankı rəsmi olaraq fəaliyyətini dayandırdı.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.