Arşın mal alan (film, 1965)

From Wikipedia, the free encyclopedia

Arşın mal alan filmi rejissor Tofiq Tağızadə[1] tərəfindən 1965-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt RəhmanovSəfurə İbrahimova ifa edirlər.

Cəld faktlar Janr, Rejissor ...
Arşın mal alan
Janr komediya
musiqili
məhəbbət
Rejissor Tofiq Tağızadə
Əsərin müəllifi Üzeyir Hacıbəyov
Ssenari müəllifləri Tofiq Tağızadə
Muxtar Dadaşov
Baş rollarda Həsən Məmmədov
Leyla Şıxlinskaya
Ağadadaş Qurbanov
Nəcibə Məlikova
Hacımurad Yegizarov
Xuraman Hacıyeva
Tələt Rəhmanov
Səfurə İbrahimova
Operator İlya Minkovetski
Bəstəkar Üzeyir Hacıbəyov
Rəssam Elbəy Rzaquliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1 fevral 1966
Filmin növü tammetrajlı bədii film
Müddət 85 dəq.
Ölkə Azərbaycan SSR
Dil azərbaycanca
İl 1965
Texniki məlumatlar 9 hissə
2532 metr
genişformatlı
Rəng rəngli
IMDb ID1573789
Bağla

Məzmun

Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir...

Film haqqında

  • Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.[2]
  • Bu film eyniadlı əsərin milli kino tariximizdə 3-cü ekranlaşdırmasıdır.[2]

Festival və mükafat

Film 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalında Ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar İttifaqının prizinə layiq görülmüşdür.[2]

Filmin üzərində işləyənlər

Əsərin Müəllifi : Üzeyir Hacıbəyov
Ssenari müəllifi : Tofiq Tağızadə, Muxtar Dadaşov
Quruluşçu rejissor : Tofiq Tağızadə
Quruluşçu operator : İlya Minkovetski
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Üzeyir Hacıbəyov
Geyim rəssamı : N. Əbdürrəhmanov
Musiqi redaktoru : Fikrət Əmirov
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : Məmməd Əlili
Operator : A. Şatunovski
Redaktor : Ədhəm Qulubəyov, İshaq İbrahimov
Rəqslərin Quruluşçu : Əminə Dilbazi, Böyükağa Məmmədov, T. İzrailov
Mahnıları İfa edir : Rauf Atakişiyev, Z. Quliyeva, Sona Aslanova(S. Aslanova kimi), K. Əzimov, Firudin Mehdiyev, Şəfiqə Qasımova(Ş. Qasımova kimi), R. Mahmudov, S. Həsənova
Qrim rəssamı : Y. Belyanskaya
Qrim edən : V. Arapov
Montaj edən : Tamara Nərimanbəyova
Rejissor assistenti : Elmira Əliyeva, A. Vəkilov, Murad Məlikov
Operator assistenti : V. Həsənov, Robert Silonyan, Fikrət Əsgərov
Dekorator : T. Abdullazadə, Fikrət Bağırov
Assistent : T. Məlikzadə
Filmin direktoru : S. Bayazov, Daniil Yevdayev
Çalır : Kinematoqrafiya İdarəsinin Simfonik OrkestriÜzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Musiqi Hissəsinin Rəhbəri və Dirijor : Nazim Rzayev (II)
Fotoqraf-rəssam : Pərviz Quliyev

Rollarda

Həsən Məmmədov — Əsgər
Leyla Şıxlinskaya — Gülçöhrə
Ağadadaş Qurbanov — Soltan bəy
Nəcibə Məlikova — Cahan xala
Hacımurad Yagizarov — Süleyman
Xuraman Hacıyeva — Asya
Tələt Rəhmanov — Vəli
Səfurə İbrahimova — Telli

Möhsün Sənani - Qoçu

Filmi səsləndirənlər

Əliağa Ağayev — Soltan bəy (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur)
Firudin Mehdiyev — Vəli (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Gülçöhrə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Ətayə Əliyeva — Cahan xala (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Süleyman (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Hacı Murad Yagizarov — Tutuquşu (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli — Qoçu (titrlərdə yoxdur)

Əzizağa Qasımov - Qoçu (Möhsün Sənani)(titrlərdə yoxdur)

Epizod rollarda

İstinadlar

Mənbə

Həmçinin bax

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.