Remove ads
From Wikipedia, the free encyclopedia
Ağadadaş Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı.[1][2]
Ağadadaş Qurbanov | |
---|---|
Ağadadaş Qurban oğlu Qurbanov | |
Doğum tarixi | 8 mart 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 1965 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Uşaqları | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1941–1965 |
Amplua | Dram |
Teatr |
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1927–1952); Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1952–1965) |
Mükafatları |
Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-i Bakıda anadan olmuşdur. 15 mart 1927-ci ildə Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" pyesi "Dənizçilər klubu"nda Ağadadaş Qurbanov və məktəblilər tərəfindən tamaşaya qoyulmuşdu. Bununla da Gənc Tamaşaçılar Teatrının (Bakıda Fəhlə Uşaqlar Teatrı) bünövrəsi qoyuldu. Aktyor həmin vaxtdan 1952-ci ilədək Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir.[1][2]
Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Fridrix Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" pyesində Qaneş obrazını canlandırmışdır.[1][2]
Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarını ifa etmişdir.[1][2]
Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol almışdır. Belə ki, aktyor 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol almışdır. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa etmişdir.[1][2]
Ağadadaş Qurbanov Xalq artisti Gülxar Həsənova ilə ailəli olmuşdur. Aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın, kino rəssamı Firəngiz Qurbanovanın atasıdır.[1]
"Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və Ağadadaş Qurbanov 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn olunub.[1]
Ağadadaş Qurbanov 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 fevral 1954-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.