Amritsar
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Amritsar – Hindistanın şimal-qərbində, Hindistanın Pəncab ştatında ən böyük şəhər
Amritsar | |
---|---|
ਅੰਮ੍ਰਿਤਸਰ अमृतसर | |
31°37′36″ şm. e. 74°52′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1574 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 234 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 183 |
Poçt indeksi | 143001 |
Nəqliyyat kodu | PB02 |
Digər | |
amritsarcorp.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Amritsar 19-cu əsrdə Rancit Sinqh dövlətinin tərkibinə daxil idi. 1849-cu ildə 2-ci ingilis–siqh müharibəsi zamanı Amritsar İngiltərənin Ost-Hind şirkəti tərəfindən işğal olunmuş, Milli azadlıq mübarizəsinin (1918–22) genişləndiyi dövrdə onun mərkəzlərindən birinə çevrilmişdir. 1919-cu il aprelin 13-də Amritsarın Calianval-Baqh meydanında müstəmləkəçilər əleyhinə keçirilən mitinqin iştirakçıları gülləbaran edilmişdir. 1947-ci ildə Hindistanın bölüşdürülməsi vaxtı Amritsar induist, müsəlman və siqhlərin arasında baş verən toqquşmalar zamanı böyük dağıntılara məruz qalmışdır. Amritsar və "Qızıl məbəd" İndira Qandi hökumətinin siqh ekstremistlərinə qarşı keçirdiyi "Mavi ulduz" əməliyyatı zamanı (1984) da zərər çəkmişdir. Şəhər 1577-ci ildə siqhlərin dördüncü dini başçısı (quru) Ram Das tərəfindən müqəddəs Ölümsüzlük (sanskrit dilində – amrita saras) gölü ətrafında salınmışdır. Amritsar siqhlərin başlıca dini və mədəniyyət mərkəzi hesab olunur. Burada onların baş ibadətgahları "Qızıl məbəd" (Xarimandir) yerləşir.
Amritsarda nəqliyyat qovşağı, mühüm sənaye və ticarət mərkəzi, toxuculuq, maşınqayırma, kimya sənayesi müəssisələri var. Polad prokat, şəkər, yun, ipək və pambıq parça, xalça istehsal olunur. Sümük, metal və göndən məmulat hazırlanır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.