Aero L-39 Albatros
Təlim təyyarəsi From Wikipedia, the free encyclopedia
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır.[2] L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
L-39 | |
---|---|
![]() | |
Tipi | Hərbi təlim təyyarəsi |
İstehsalçı | Aero Vodochody |
Dizayner | Yan Vlçek |
İlk uçuş | 4 noyabr 1968 |
İstismara verilmə tarixi | 28 mart 1972[1] |
Status | İstismarı davam edir |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1971–1996 |
Buraxılış sayı | 2900 |
Baza modeli | Aero L-29 Delfin |
Variantları |
Aero L-59 Super Albatros Aero L-159 Alca |
Vikianbarda əlaqəli mediafayllar |
İstifadəçiləri
Əfqanıstan
Əlcəzair
Azərbaycan
Ermənistan
Banqladeş
Belarus
Bolqarıstan[3]
Kamerun
Kuba
Çexiya
ADR: 1990-cı ildə Almaniyanın birləşməsindən sonra silahlanmadan çıxarılmışdır.
Misir
Ekvatorial Qvineya
Estoniya
Efiopiya
Gürcüstan
Qana
Macarıstan
İraq
Qazaxıstan
Qırğızıstan
Liviya
Litva
Latviya
Mozambik
Nigeriya
KXDR
Rumıniya
Rusiya
Slovakiya
Cənubi Sudan
Suriya
Tacikistan
Tailand
Tunis
Türkmənistan
Uqanda
Ukrayna
ABŞ
Özbəkistan
Vyetnam
Yəmən
Taktiki-texniki xüsusiyyətləri (L-39C)

Ümumi göstəriciləri
- Ekipaj: 2 nəfər
- Uzunluğu: 12.13 m
- Qanad uzunluğu: 9.12 m
- Hündürlüyü: 4.77 m
- Qanadının sahəsi: 18.8 m²
- Boş çəki: 3,395 kq
- Maksimal qalxma çəkisi: 4,700 kq
- Güc təminatçısı: 2 konturlu Aİ-25TL turbo-reaktiv mühərrik
Uçuş keyfiyyətləri
- Maksimal sürət: 985 km/s (Mach 0.80)
- Uçuş məsafəsi: 1,150 km (daxili yanacaqla)
- 1,750 km (daxili və xarici yanacaqla)
- Uçuş tavanı: 12000m(praktiki tavan-11,500 m)
- Yüksəkliyə qalxma sürəti: 180–190 m/s
- Qanad yüklənməsi: +10 ve -4
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.37
Silahlanma
- Ümumi çəkisi 300 kq-dan çox olmayan raket və ya aviabomba daşıya bilər
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.