Rusiya Hərbi Hava Qüvvələri (rusca: Военно-воздушные cилы России) Rusiya Federasiyasının hava məkanını mühafizə edən, Rusiya Aerokosmik Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Müasir Rusiya HHQ 7 may 1992-ci ildə Boris Yeltsinin Müdafiə Nazirliyinin əsasını qoymasından sonra yaradılmışdır.
Cəld faktlar Növü, Yaranma tarixi ...
Rusiya Hərbi Hava Qüvvələri
Военно-воздушные cилы России Voyenno-vozdushnye sily Rossii
1 avqust 2015-ci il tarixində Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələri birləşdikdən sonra yeni yaradılan Rusiya Aerokosmik Qüvvələrinin komandanı ən yüksək rütbə hesab olunur.[5]
Rusiya Hərbi Hava Qüvvələri Suriyada son illərdə aparılan kampaniya ərzində çox saydı dəyərli dərslər öyrəndi. Bu kampaniya Rusiya AQ-nin müxtəlif hava bölmələri tərəfindən həyata keçirilmiş müasir hava əməliyyatlarının ilk təcrübəsi idi. Rusiyanın həmin hava kampaniyaları həm də geniş tərkibdə həssas idarəolunan mərmilərin iştirakı ilə yadda qalıb. Peyklə idarəolunan KAB-500 bombalarının Suriyada istifadəsinə baxmayaraq, həm də sərbəst düşən dəmir bombalara da yer verilib. Kiçik sayda hava-yer raket sistemləri, Kh-29, Kh-25M-lər istifadə olunub.[6]
Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının verdiyi məlumata əsasən, Rusiyanın hazırda 2100-dən çox xidmətdə olan PUA-sı var. Hazırkı müdafiə planına əsasən isə 2019-cu ildən etibarən Rusiya ordusu hər il 300 ədəd qısamənzilli PUA satın alacaq. Rusiya hərbi dronlarının bir çoxu ucuz, qısamənzilli, yüngül və silahsız dronlardır. Onlar arasında əsas yeri (təxminən yarıya qədərini) yerli istehsal edilmiş 120km mənzilli "Orlan-10" tutur. Rusiyanın ən uzaqmənzilli PUA-sı isə 250km mənzilə malik "Forpost"dur.[7]
La Banda Militare: Italian and International Military Music. "Авиамарш (Марш Авиаторов) 2". 22 sentyabr 2013. 2015-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22– YouTube vasitəsilə.