Remove ads
From Wikipedia, the free encyclopedia
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq "Çin Xalq Könüllüləri" adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Koreya müharibəsi | |||
---|---|---|---|
Soyuq müharibə | |||
한국 전쟁 조선 전쟁 조국 해방 전쟁 육이오 사변 육이오 전쟁 한국동란 육이오 동란 경인동란 朝鮮戰爭 抗美援朝戰爭 | |||
Tarix | 25 iyun 1950 — 27 iyul 1953 (3 il, 1 ay, 2 gün) | ||
Yeri | Koreya yarımadası | ||
Səbəbi | Kim İr Senin Koreyanı öz hakimiyyəti altında birləşdirmək cəhdi | ||
Nəticəsi | Şimali və Cənubi Koreyalar arasında yeni sərhəd; barışıq və atəşin dayandırılması. | ||
Ərazi dəyişikliyi |
Koreya Respublikasının xeyrinə az əhəmiyyətli – cəmi 3900 км² ərazi güzəşti.
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İngilis dilində Koreya konflikti daha çox "Koreya müharibəsi" (ing. Korean War) adlandırılır, buna qədər ABŞ-də bu formal olaraq müharibə yox, "polis əməliyyatı" (ing. Police action) hesab edilirdi. ABŞ-nin hərbi vəziyyəti də elan olunmamışdı, halbuki prezident Trumen mülki təyinatlı istehsalın məhdudlaşdırılması hesabına, ölkə iqtisadiyyatının "hərbi yola" keçməsini asanlaşdırmaq üçün planlar hazırlamışdı.
Cənubi Koreyada müharibə daha çox "25 iyun insidenti", "İnsident 6–2-5" Yuqio saben (kor. 육이오 사변, 六二五 事變) adlandırılır, hərbi əməliyyatların, yaxud "Koreya müharibəsi"nin başlanma tarixi ilə Xaqun Çoncen (kor. 한국전쟁, 韓國戰爭), 1990-cı illərin başlanğıcına qədər isə müharibəni həm də tez-tez "25 iyun qarşıdurması", "Qarşıdurma 6–2-5", Yuqio ran (kor. 육이오란, 六二五亂) adlandırmışdılar.
KXDR-damüharibə "Vətən azadlıq müharibəsi", Çoquk Xeban Çoncen (kor. 조국해방전쟁, 祖國解放戰爭) adlandırılır.
Çində "Koreya xalqını dəstəkləmək üçün Amerikaya qarşı müharibə" (çin. 抗美援朝), bir qədər yumşaq isə "Koreya müharibəsi" (çin. 朝鲜战争/朝鮮戰爭) adından istifadə edilir. Çin dilində geniş istifadə edilən digər adlar — "韩战/韓戰", "Koreya müharibəsi" ifadəsinin müxtəsər formasıdır.
Koreya 1910-cu ildən İkinci dünya müharibəsinin sonuna qədər Yaponiya imperiyasının koloniyası olmuşdur. 5 aprel 1945-ci il tarixdə Sovet İttifaqı Yaponiya ilə aralarında o vaxta qədər qüvvədə olmuş hücum etməmək haqqında Paktı birtərəfli qaydada ləğv etdi. 8 avqustda isə ABŞ ilə bağlanmış müqavilənin təlblərinə uyğun olaraq Yaponiya İmperiyasına müharibə elan etdi. Sovet qoşunları Koreyaya şimaldan, amerikalılar isə Koreya yarımadasıın cənubundan daxil oldu.[6]
10 avqust 1945-ci il tarixdə yapon kapitulyasiyasının qaçılmaz olması ilə əlaqədar, ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə, yapon ordusunun 38-ci paraleldən şimalda Qızıl Orduya, cənubda isə ABŞ-yə təslim olmalı olduğunu razılaşdılar. Beləliklə yarımada şimalda sovet, cənubu isə ABŞ nəzarətində olan iki hissəyə bölündü. Nəzərdə tutulmuşdu ki bu bölünmə müvəqqətidir.
1945-ci ilin dekabrında isə ABŞ və SSRİ ölkənin müvəqqəti idarə olunması barədə müqavilə imzaladılar. Hər iki hissədə – şimalda və cənubda, hökumətlər formalaşdırıldı. Yarımadanın cənubunda ABŞ BMT-nin dəstəyi ilə seçki keçirdi; başda Li Sın Man olmaqla hökumət seçildi. Solçu partiyalar isə bu seçkiləri baykot etdi. Şimalda isə hakimiyyət sovet ordusu tərəfindən başda Kim İr Sen olmaqla kommunistlərin əlinə verilmişdi. Antihitler koalisiyası ölkələri təklif edirilər ki, bir müddətdən sonra Koreya birləşdirilsin. Amma ki SSRİ və ABŞ yeni başlayan soyuq müharibənin şərtləri çərçivəsində bu birləşmənin detalları barədə heç cürə razılığa gələ bilmədilər. Buna görə də 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı ABŞ prezidenti Trumenin təklifi ilə Koreyanın gələcəyinə cavabdehliyi öz üzərinə götürdü.
1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirildi, keçid hökuməti yaradıldı. Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçildi. Buna cavab olaraq Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya Ali Xalq Məclisi yaradıldı. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik Respublikasının yaradıldığını elan etdi. Nazirlər Kabinetinə başçılıq Kim İr Sena tapşırıldı. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçildi. Beləliklə də Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olundu.
Tərəflərdən hər biri özünü qanuni hesab edir, digərinin varlığı fikrini yaxına buraxmırdı. Təbiidir ki, belə bir vəziyyətin yaranması bir tərəfdən regionda iki supergücün — Sovet İttifaqı və ABŞ-nin üstünlük uğrunda mübarizəsindən irəli gəlirdisə, o biri tərəfdən qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları 1948-ci ilin sonunda, amerika qoşunları isə 1949-cu ilin əvvəlində yarımadadan çıxmışdılar. Əslində isə hər iki tərəf müəyyən adlar altında burada yetərincə hərbi qüvvələr saxlamışdı və faktik olaraq Koreyanı ikiyə bölən 38-ci en dairəsi qarşı-qarşıya dayanmış iki dünya sistemini ayıran cəbhə xətti idi.
ABŞ-nin Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin mövcudluğu onun strateji baxımdan qüvvətli bir durumda olduğuna dəlalət edirdi. Sovet İttifaqı hələlik başı Çində kommunistlərin hakimiyyətə gətirilməsi uğrunda mübarizənin təşkilinə qatıldığından ABŞ-nin bu durumuna dözürdü. Elə ki, Çin 1949-cu ilin sonralarında kommunist rejimi idarəsi altına keçdi, bundan sonra Sovet İttifaqının Asiyada güclənməsi imkanları kifayət qədər genişləndi. Sovet rəhbərliyi belə düşünürdü ki, artıq ABŞ-ni Asiya qitəsindən atmaq zamanı çatmışdır. Bu işi Koreyada həyata keçirmək mümkün olardısa, onda ABŞ-nin Yaponiyadan da çıxarılması asanlaşa bilərdi.
Elə bu səbəbdən də Sovet İttifaqının təlimatı ilə KXDR rəhbərliyi Cənubi Koreyaya qarşı hərbi təcavüzə qərar verdi. 1950-ci ilin 25 iyununda səhər tezdən KXDR silahlı qüvvələri bütün sərhəd boyunca Cənuba qarşı hərbi əməliyyatlara başladılar. Həm də bu zaman Şimal elan edirdi ki, hərbi əməliyyatların başlanmasında Cənub günahkardır. Bu baxımdan 1990-cı ildə sovet mətbuatında Koreya müharibəsi dövründə KXDR baş qərargah rəisinin müavini olmuş, 1955–1956-cı illərdə SSRİ-də səfir işləmiş, siyasi motivlərə görə vətənə qayıtmaqdan imtina etmiş Li San Çanın dərc edilmiş məlumatı çox şeyi açıqlayır. Li San Çan bildirmişdir ki, müharibəni Şimali Koreya başlamışdır, təşəbbüs Kim İr Sen tərəfindən irəli sürülmüşdür və İ. V. Stalin tərəfindən bəyənilmiş və dəstəklənmişdir. Hərbi əməliyyatların bütün sərhəd boyunca aparılması, mütəşəkkil şəkildə müəyyən edilmiş istiqamətlərdə hücumlar edilməsi və qısa bir zaman kəsiyində böyük ərazilərin ələ keçirilməsi də müharibənin əvvəlcədən yüksək səviyyədə planlaşdırıldığına dəlalət edir. Belə ki, 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi.
Belə olduqda ABŞ məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT silahlı qüvvələrinin göndərilməsi qərara alındı. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət idi. Ancaq əksəriyyəti ABŞ əsgərləri təşkil edirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu silahlı qüvvələrin sırasına Türkiyə də bir diviziya göndərmişdi. Milli istiqlal savaşından keçən müddət ərzində ilk dəfə idi ki, türk əsgəri hərbi əməliyyatlarda iştirak etdi və onun Koreyada göstərdiyi qəhrəmanlıq Türkiyənin NATO-ya üzv qəbul edilməsində mühüm bir rol oynadı.
Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri İ. V. Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində \Keson şəhərinin yaxınlığında\ tərəflər arasında barışıq haqqında saziş imzalandı.
Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də "könüllülər" adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-nin Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi.
1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri ilə ölkədə amerika hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas verilmiş oldu.
Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin iqtisadiyyatına güclü zərər dəymişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.