From Wikipedia, the free encyclopedia
ABŞ Milli Qvardiyası və ya Amerika Birləşmiş Ştatları Milli Qvardiyası (ing. National Guard of the United States) ABŞ-ın hər bir ştatında, eyni zamanda da Quamda, ABŞ Vircin adalarında, Puerto Rikoda və paytaxt Vaşinqtonda, həm ştat rəhbərliyinin, həm də federal hökumətin ehtiyat qüvvəsidir. Milli Qvardiyaçılar ölkənin daxili təhlükəsizliyinin təmin edilməsinə, irimiqyaslı sosial hadisələrə (üsyanlara, qiyamlara, etiraz aksiyalarına və s.) reaksiya verilməsinə və baş vermiş olan təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına kömək edilməsinə görə məsuliyyət daşıyırlar və eyni zamanda da 2003-cü ildən etibarən ölkədən kənarda da xidmət göstərə bilməktədirlər.
ABŞ Milli Qvardiyası və ya Amerika Birləşmiş Ştatları Milli Qvardiyası | |
---|---|
ing. National Guard of the United States | |
Növü |
Milis (hərbi qüvvə) ehtiyat qüvvə |
Yaranma tarixi | 1903-müasir dövr |
Ölkə | |
Tabedir |
Amerika Birləşmiş Ştatları Ordusu ABŞ Hərbi Hava Qüvvələri |
Tərkibi | |
Vəzifəsi | ölkənin daxili təhlükəsizliyinin təmin edilməsi, irimiqyaslı sosial hadisələrə (üsyanlara, qiyamlara, etiraz aksiyalarına və s.) reaksiya verilməsi və baş vermiş olan təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına kömək edilməsi |
Sayı | 1,467,587 (2013) |
Qərargah | |
Şüarı | Hər zaman hazır, hər zaman xidmət başında |
Komandanlıq | |
Komandir | General Frank J. Grass |
nationalguard.mil | |
Vikianbarda əlaqəli mediafayllar |
Milli Qvardiya Amerika Birləşmiş Ştatları Ordusunun və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin müştərək bölməsi olub Ordu və Milli Aviasiya Qvardiyasına ayrılır.[3][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.