Remove ads
From Wikipedia, the free encyclopedia
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır.
Quam | |||||
---|---|---|---|---|---|
Territory of Guam Guåhån | |||||
| |||||
Where America's Day Begins | |||||
Himn: Fanohge Chamoru |
|||||
Tarixi | |||||
• Quamın ABŞ-yə tabe olması | 1950 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Aqanya | ||||
İdarəetmə forması | Muxtar ərazi | ||||
Prezident | Joe Biden | ||||
Qubernator | Lou Leon Guerrero [ I.2019 ~ ] | ||||
Sahəsi | Dünyada 193-cü | ||||
• Ümumi | 541 km² | ||||
• Su sahəsi (%) | 63,23 %[1] | ||||
Əhalisi | |||||
• Əhali | 163 min nəfər (190-cı) | ||||
• Siyahıyaalma (2010) | 159 358 nəf. | ||||
• Sıxlıq | 301 nəf./km² | ||||
• Ümumi | 6.123.000.000 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 4 600 million dollar (172-ci) | ||||
• Adambaşına | 28 700 dollar (55-ci) | ||||
Valyuta | ABŞ dolları | ||||
İnternet domeni | .gu | ||||
ISO kodu | GU | ||||
BOK kodu | GUM | ||||
Telefon kodu | +1671 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Həmin il İspaniya ilə ABŞ arasında başlanan müharibədə İspaniyanın məğlub olması, adanın 200 ildən sonra əl dəyişdirməsinə səbəb olmuşdur. 1900–1930-cu illərdə ABŞ adadan əsasən hərbi uçuşları gercəkləşdirmək məqsədilə istifadə edirdi. İkinci dünya müharibəsindən az əvvəl ABŞ Quam adasından hərbi məqsədlə istifadə etmişdir. Həmin illərdə ada təyyarələrin əsas yanacaqdoldurma mərkəzi hesab edilirdi. 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edildi. 3 il Yapon işğalında qalan ada yalnız 1944-cü ildə azad edilmişdir. 1950-ci ildə konqres tərəfindən qəbul olunan xüsusi qərara əsasən ABŞ Federal Torpaqlarına Quamda əlavə edildi. Bununla adada yaşayan yerli əhali ABŞ vətəndaşlığına qəbul edildi və ada rəsmən ABŞ-nin nəzarətinə keçdi.
Ərazis 541 km² olan ada fiziki-coğrafi baxımdan iki hissədən ibarətdir. Şimal hissədə, 150 metr hündürlüyündə, mərcan mənşəli volkanik daşlardan təşkil olunmuş plato yerləşir. Cənubda isə adanın ən hündür nöqtəsi hesab olunan Lamlam dağı (406 metr) yerləşir. Quam əsasən tropik iqlimə sahibdir. Adada istilik 21–32 °C arasında dəyişir. Ən çox yağış iyun və sentyabr aylarında yağır. Quamda müxtəlif növ ağac və bitki növləri vardır. Sahil ərazilərində palma ağacları olduğu halda, mərkəzə doğru olan plantastiyalarda tütün becərilir. Bütün bunlar adanın Fiziki-coğrafi xarakteristikasının müxtəlif olduğunu göstərir.
Quam adasında 2007-ci ildə aparılmış əhalinin sayımına əsasən adada 173.456 nəfər yaşayır. Ada əhalisinin 57% ispan mənşəyli Kamorlar təşkil edir. Quamda yaşayan ikinci böyük etnik qrup Filippinlilərdir. Onlar ada əhalisinin 25% təşkil edirlər. Çinli, Yapon və Koreyalı kimi xalqların nümayəndələridə adada kompakt şəkildə yaşayır. Quamda iki dil danışılır. Ada əhalisinin 98% ingilis dilini başa düşür. Bu dillə yanaşı, Komorlar tərəfindən danışılan Komor dilidə ən çox danışılan ikinci dildir.
Quam siyasi baxımdan ABŞ-dən tam asılı olsa da, daxili məsələlərin həll edilməsinə müəyyən səlahiyyətləri vardır. Ada ABŞ prezident tərəfindən təyin edilən qubernator tərəfindən idarə edilir. Quamda 19 seçki məntəqəsi vardır və hər bir məntəqəyə bir nəfər rəhbər şəxs başçılıq edir. Bu şəxslər qubernatora tabedir. 1972-ci ildə ABŞ tərəfindən qəbul olunmuş qərara əsasən adaya iki ildən bir yeni qubernator təyin edilir. Quamda ABŞ federal məhkəməsindən aslı olmayan federal məhkəmə fəaliyyət göstərir. Adanın yerli əhalisi 1950-ci ildən etibarən ABŞ vətəndaşlığına qəbul edilmişdir və hər bir ABŞ vətəndaşının istifadə etdiyi hüquqlardan istifadə etmək imkanı vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.