İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat[3] olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard)[4], alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard)[5] özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir.[6]
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı OECD[1], OCDE[1] | |
---|---|
Yaranma tarixi | 16 aprel 1948, 30 sentyabr 2010 |
Rəsmi dili | |
Mərkəzi | |
oecd.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı[7] (AİƏT) adı ilə təsis edildi.[8] Buna ABŞ-nin göndərdiyi maliyyə dəstəyini paylamaq və İkinci Dünya müharibəsindən sonra Avropada yenidən quruculuq işlərinin aparılması üçün lazımi iqtisadi proqramları tətbiq etməklə nail olunacaqdı. (Bənzər yenidən qurma yardımı müharibədən məğlub olaraq çıxmış Tayvan və müharibə sonrası Cənubi Koreyaya da göndərilmişdi, ancaq bu köməklər Marşal planı adı altında edilməmişdi.)[9]
1961-ci ildə AİƏT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Konvensiya ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı olaraq yenidən quruldu və üzv ola biləcək ölkələrə Avropada olmayan ölkələr də daxil edildi.[10][11] İƏİT-nin qərargahları Fransanın paytaxtı Parisdə, la-Müett şatosunda yerləşir.[12] Təşkilat üzv ölkələrin müxtəlif nisbətdə olan dəstəyiylə maliyələşdirilir və 2017-ci ildə ümumi büdcəsi 374 milyon ABŞ dolları olmuşdur.[13]
Üzv ölkələr
Hal-hazırda qoşulma dəvəti göndərilən Kolumbiya[14] ilə birlikdə təşkilata 36 ölkə üzvdür.[3]
Ölkə | Müraciət | Danışıqlar | Dəvət | Üzvlük[3] | Coğrafi yeri | Qeydlər |
---|---|---|---|---|---|---|
Avstraliya | 7 iyun 1971 | Okeaniya | ||||
Avstriya | 29 sentyabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Belçika | 13 sentyabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Kanada | 10 aprel 1961 | Şimali Amerika | ||||
Çili | noyabr 2003[15][16] | 16 may 2007[17] | 15 dekabr 2009[18] | 7 may 2010 | Cənubi Amerika | |
Çex Respublikası | yanvar 1994[19] | 8 iyun 1994[20] | 24 noyabr 1995[19] | 21 dekabr 1995 | Avropa | 1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi.. |
Danimarka | 30 may 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Estoniya | 16 may 2007[17] | 10 may 2010[21] | 9 dekabr 2010 | Avropa | ||
Finlandiya | 28 yanvar 1969 | Avropa | ||||
Fransa | 7 avqust 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Almaniya | 27 sentyabr 1961 | Avropa | AİƏT-ə 1949-cu ildə (Qərbi Almaniya) olaraq üzv olmuşdur.[22] | |||
Yunanıstan | 27 sentyabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Macarıstan | dekabr 1993[23] | 8 iyun 1994[20] | 7 may 1996 | Avropa | 1949-cu ildən 1991-ci ilə qədər rəqib QİYŞ təşkilatının üzvü idi. | |
İslandiya | 5 iyun 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
İrlandiya | 17 avqust 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
İsrail | 15 mart 2004[24] | 16 may 2007[17] | 10 may 2010[21] | 7 sentyabr 2010 | Asiya | |
İtaliya | 29 mart 1962 | Avropa | AİƏT üzvü.[7] | |||
Yaponiya | noyabr 1962[25] | iyul 1963[25] | 28 aprel 1964 | Asiya | ||
Cənubi Koreya | 29 mart 1995[26] | 25 oktyabr 1996[27] | 12 dekabr 1996 | Asiya | Rəsmi olaraq Koreya Respublikası | |
Latviya | 29 may 2013[28] | 11 may 2016[29] | 1 iyul 2016[30] | Avropa | ||
Litva | 9 aprel 2015[31] | 31 may 2018 | 5 iyul 2018[32] | Avropa | ||
Lüksemburq | 7 dekabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Meksika | 14 aprel 1994[33] | 18 may 1994 | Şimali Amerika | |||
Hollandiya | 13 noyabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Yeni Zelandiya | 29 may 1973 | Okeaniya | ||||
Norveç | 4 iyul 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Polşa | 1 fevral 1994[34] | 8 iyun 1994[20] | 11 iyul 1996[35] | 22 noyabr 1996 | Avropa | 1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi. |
Portuqaliya | 4 avqust 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Slovakiya | fevral 1994[36] | 8 iyun 1994[20] | iyul 2000[36] | 14 dekabr 2000 | Avropa | 1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi. |
Sloveniya | mart 1996[37] | 16 may 2007[17] | 10 may 2010[21] | 21 iyul 2010 | Avropa | |
İspaniya | 3 avqust 1961 | Avropa | 1958-ci ildə AİƏT-ə üzv olmuşdur.[38] | |||
İsveç | 28 sentyabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
İsveçrə | 28 sentyabr 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
Türkiyə | 2 avqust 1961 | Asiya və Avropa | AİƏT üzvü.[7] | |||
Birləşmiş Krallıq | 2 may 1961 | Avropa | AİƏT üzvü.[7] | |||
ABŞ | 12 aprel 1961 | Şimali Amerika |
Avropa Şurası İƏİT-nin AB üzv ölkələri ilə işində iştirak edir.[39]
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.