Çeçenistan
From Wikipedia, the free encyclopedia
Çeçenistan (çeç. Нохчийн Республика; rus. Чече́нская Респу́блика) — Rusiya Federasiyası sərhədləri içində Şimali Qafqazda yerləşən respublika. "İçkeriya" adı ilə də tanınır.
Çeçenistan | |
---|---|
Нохчийчоь | |
Çeçenistan himni | |
43°24′ şm. e. 45°43′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Qroznı |
Dövlət Başçısı | Ramzan Kadırov |
Parlament Sədri | Məhəmməd Davudov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 yanvar 1993 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Çeçen və Rus dilləri |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-CE |
Telefon kodu | 871 |
Avtomobil nömrəsi | 20, 95 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Respublikanın ərazisi 15.3 min kvadrat kilometrdir . Çeçenistanın paytaxtı Qroznıdır, şimal-qərbində Stavropol, şərqdə və cənubda Dağıstan ilə Gürcüstan, qərbdə İnquşetiya yerləşir.
Tarix
Rusiya işğalı
1783-cü ildə imzalanan Georgiyevsk traktatı əsasında Gürcüstan könüllü şəkildə Rusiya imperiyasına daxil olmağa razılıq verir. Gürcüstanda və digər Qafqaz ölkələrində öz hökmranlğını təmin etmək istəyən ruslar bundan istifadə edərək Gürcüstan ətrafındakı digər əraziləri də işğal etməyə başlayırlar. Rusiyanın işğalçılıq müharibəsinə ilk müqavimət göstərən çeçen lideri Şeyx Mənsur olmuşdur. Onun başçılığı altında çeçenlər 6 il (1785–1791) işğala qarşı mübarizə aparsa da sayca çox olan Rusiya ordusu Çeçenistanı işğal edə bildi. Çeçenlər ikinci dəfə Rusiyaya qarşı milliyyətcə avar olan İmam Şamilin başçılığı altında qalxmışdır. Bu mübarizə daha uzunmüddətli olsa da (1834–1859) bu dəfə də uğursuzluğa düçar olmuşdur, lakin 20-ci əsrin əvvəlində Rusiya imperiyasının zəifləməsi və dağılması ilə bərabər çeçen xalqı yenidən müstəqillik uğrunda mübarizəyə qalxır.
Müstəqillik uğrunda mübarizə
1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfındən tanınmadı. Bununla belə çeçenlər 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. O vaxtkı Rusiya prezidenti Boris Yeltsin hərbi müdaxilə yoluyla Çeçenistanı mərkəzi hakimiyyətə tabe etdirə bildi. 1992-ci ildə Çeçen-İnquş parlamenti latın əlifbasını rəsmi əlifba kimi qəbul etdi (burada 1927-ci ildə latın əlifbası ərəb əlifbasını əvəz etmiş, 1938-ci ildə isə kiril əlifbasına dəyişdirilmişdi). Bununla bərabər çeçenlər mərkəzi Rusiya hakimiyyətinin təkliflərini rədd etdilər.
1996-cı ildə müharibəyə son qoymaq məqsədiylə Zəlimxan Yandarbiyev ruslarla sülh müqaviləsi imzaladı. Həmin il Aslan Məshədov Çeçenistanın müvəqqəti baş naziri oldu. A. Məshədov 1997-ci ildə keçirilən prezident seçkilərində rəqibi Şamil Basayevi üstələyərək Çeçenistan Respublikasının II prezidenti seçildi. Sülhmeyilli bir siyasətçi olmasına baxmayaraq, o, 2005-ci ildə ruslar tərəfindən qətlə yetirilmişdir. Bundan sonra Argunlu Əbdülxəlil Sadullayev prezident seçilmiş, lakin onun da barışığa və sülhə olan meyillərinə Rusiya 17 iyun 2006-cı ildə Ə. Sədullayevi qətlə yetirməklə cavab vermişdir. Bu hadisədən sonra Avropa Putini çox sərt şəkildə qınamış, Çeçenistanı düzgün idarə etmədiyini bildirmişdir. Çeçenistanın indiki prezidenti Ramazan Kadırovdur.
İçkeriya Çeçen Respublikası (Chechen Republic of İchkeria) 1996-cı ildə yaradılmışdır. Öz hüquqlarını və müstəqilliyini tarix boyu bərpa etməyə çalışan çeçen xalqı bu arzusuna ancaq 1996-cı ildə çatmışdır. İçkeriyanın ilk prezidendi mərhum Cövhər Dudayev olmuşdur. O öz arzusuna çatmamış ruslar tərəfindən atılmış mərmi ilə öldürülmüşdür. İçkeriyanın 2-ci prezidenti Aslan Məşədov olmuşdur. Onun hakimiyyəti illərində çeçen xalqı öz istəyi əsasında Şəriət qanunları ilə idarə olunmuşdur. Çeçen xalqının müstəqil dövləti olan İçkeriyanı tanıyan ölkə Gürcüstan, ŞKTR və Əfqanıstan olmuşdur. 1999-cu ildə rusların ölkəyə 2-ci dəfə yürüşü olmuşdur ki, bu dəfə də onlar ölkəni ələ keçirməyə cəhd etməyə çalışırdılar. Şamil Basayev 2006-cı ildə ruslar tərəfindən öldürülmüşdür. Bundan savayı Salman Raduyev həbs olunub ömürlük həbs cəzası alsa da 3 aydan sonra həbsdə öldürülmüş, Zəlimxan Yandarbiyev Qatar dövlətində olarkən rus casusunun maşına qoyduğu bombanın işə düşməsi nəticəsində öldürülmüşdür.
Əhali
Əhalinin siyahıya alınmaları üzrə Çeçenistan Respublikasının əhalisinin etnik dinamikası.
Milliyyət | 1979[4] il | % | 1989[5] il | % | 2002[6] | % | 2010[7] il | % |
---|---|---|---|---|---|---|---|---|
Çeçenlər | 602 223 | 60,1 | 715 306 | 66,0 | 1 031 647 | 93,47 % | 1 206 551 | 95,08 % |
Ruslar | 309 079 | 30,8 | 269 130 | 24,8 | 40 664 | 3,68 % | 24 382 | 1,92 % |
Qumuqlar | 7808 | 0,8 | 9591 | 0,9 | 8883 | 0,80 % | 12 221 | 0,96 % |
Avarlar | 4793 | 0,5 | 6035 | 0,6 | 4133 | 0,37 % | 4864 | 0,38 % |
Noqaylar | 6079 | 0,6 | 6885 | 0,6 | 3572 | 0,32 % | 3444 | 0,27 % |
Tabasaranlar | … | … | … | … | 128 | 0,01 % | 1656 | 0,13 % |
Türklər | … | … | … | … | 1662 | 0,15 % | 1484 | 0,12 % |
Tatarlar | … | … | … | … | 2134 | 0,19 % | 1466 | 0,12 % |
İnquşlar | 20 855 | 2,1 | 25 136 | 2,3 | 2914 | 0,26 % | 1296 | 0,10 % |
Ləzgilər | … | … | … | … | 196 | 0,02 % | 1261 | 0,10 % |
Qazaxlar | … | … | … | … | 470 | 0,04 % | 926 | 0,07 % |
Darginlər | … | … | … | … | 696 | 0,06 % | 701 | 0,06 % |
Azərbaycanlılar | … | … | … | … | 226 | 0,02 % | 696 | 0,05 % |
Osetinlər | … | … | … | … | 230 | 0,02 % | 585 | 0,05 % |
Kabardinlər | … | … | … | … | 133 | 0,01 % | 534 | 0,04 % |
Ermənilər | 14 438 | 1,4 | 14 666 | 1,4 | 424 | 0,04 % | 514 | 0,04 % |
Ukraynalılar | 11 334 | 1,1 | 11 884 | 1,1 | 829 | 0,1 % | 415 | 0,04 % |
Kistinlər | … | … | … | 136 | 0,01 % | |||
başqaları | 25 621 | 2,56 | 25 800 | 2,38 | 4795 | 0,43 % | 3757 | 0,30 % |
milliyəti göstərmədi | … | … | … | … | 779 | 0,07 % | 2515 | 0,20 % |
cəmi | 1 002 230 | 100 | 1 084 433 | 100 | 1 103 686 | 100,00 % | 1 268 989 | 100,00 % |
Şəhərlər
Rayonlar
Xarici keçidlər
istinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.