Zəfər yatağı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Zəfər yatağı – Gədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı.[1][2]
Zəfər yatağı | |
40°35′59″ şm. e. 45°46′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy |
Kəşfi | 2020 |
İstismarı | 2022-ci ildə planlaşdırılır |
Yataq tipi | epitermal |
Ehtiyatı | 51000 ton mis, 82000 unsiya qızıl, 40000 ton sink |
Hasilat üsulu: | Yeraltı mədən |
Yataq “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub. Əsas filiz kütləsi 44 günlük Vətən Müharibəsi günlərinə rast gəlindiyi üçün qazanılan qələbələrin şərəfinə yataq "Zəfər" adlandırılıb.[1]
Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km Şimal-Qərbdə, Gədəbəy yatağından 3.8 km Şimal-Qərbdə və Uğur yatağından 2.5 km Cənub-Qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir.
Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub.[1] Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.[3][4] Bu şirkətin Gədəbəy müqavilə sahəsində[5] fəaliyyətdə olduğu 2005-ci ildən bəri kəşf etdiyi sayca 3-cü yataqdır. Belə ki, 2012-ci ildə Qədir və 2015-ci ildə Uğur yataqları kəşf olunmuşdur.[1][3]
Yataq Kiçik Qafqaz dağlarının Lök-Qarabağ vulkanik qövslərində, yerli Gədəbəy-Bittibulaq qırılması üzərində yerləşir. Bu qırılma üzərində Zəfər yatağında başqa Gədəbəy, Qədir, Uğur yataqları və Bittibulaq təzahürü mövcuddur. Zəfər yatağı isə Qədir və Uğur yataqları arasında mövqe tutur.
İndiyə qədər yataqla bağlı həm Azərbaycanda, həm də Azərbaycandan kənarda pertoqrafik, mineraloji, kimyəvi və "XRD" analizləri aparılmışdır. Tədiqatlarda mineral tərkibi və münasibətlərinə görə yatağın epitermal sinfə aid olduğu müəyyən edilmişdir. Epitermal sistemin aşağı, orta və yaxud yüksək sulfidli növlərindən hansına aid olmasını təyin etmək məqsədi ilə hazırda elmi-tədqiqat işləri aparılır.[6]
Yataq böyük ölçüdə Üst Bayos yaşlı süxurlardan təşkil olunmuşdur. Quyulardan götürülümüş nümunələrin üzərində aparılan petroqrafik tədqiqatlarla yataqda yayılmış süxurların daha çox turş və orta tərkibli törəmə kvarsit, andezibazalt, andezit, andezit tufları, dasit, riolit və riolit tuflarından ibarət olduğu müəyyən edilmişdir.[1][6]
Zəfər yatağında sulfid mineralları üstünlük təşkil edir. Əsas filiz saxlayan kütlə müxətif formalı – kristallik, massiv, yarımmassiv pirit, xalkopirit, bornit, sfalerit, qalenit, kovellit, tetrahedrit, tennantit, yəşəm və baritdən ibarətdir. Yer səthindən dərinliyə doğu oksid mineralları olan hematit və limonit, dəyişilmə minerallarından isə xlorit və epidot qrupu mineralları müşahidə olunur. Filiz mineralları arasında yerdəyişmə teksturu üstünlük təşkil edir.[1][6]
Filiz kütləsi Yer səthindən təxminən 250 m dərinlikdən etibarən başlayır və 500 m, bəzən daha da dərinliklərə qədər uzanır. Bu filizlər əsas etibarı ilə riolitlərdə toplanıb.[1][6]
Yataq əsas etibarı ilə mis, ondan az miqdarda isə qızıl və sink kütləsindən ibarətdir. 16 avqust 2021-ci ildə təqdim olunmuş "The Maiden JORC mineral resource” hesabatına görə yataqda 51000 ton mis, 82000 unsiya qızıl və 40000 ton sink mövcuddur.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.