From Wikipedia, the free encyclopedia
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Bornit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Cu₅FeS₄ |
Strunz təsnifatı | II/A.02[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Sıxlıq | 5,1 ± 0,2 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər.
Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b. Azərbaycanda Paraqaçay, Qapıcıq, Misdağ, Gədəbəy, Qızılbulaq, Bittibulaq, Daşkəsən, Katsdağ, Cixix-Saqator, Mazımçay, Filizçay yataqlarında, həmçinin başqa filiz obyektlərində qeyd edilir.
Mühüm mis filizidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.