From Wikipedia, the free encyclopedia
Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur.[1]
Bu məqalə qaralama halındadır. |
Termini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir.[2] Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir.[3]
Riolit əsasən kvars, plagioklaz və sanidin, az miqdarda hornblend və biotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur.[1]
Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur. SiO2 miqdarı 73%-dən yüksək, alminium əmsalı al’=1–10. Dəyişilmə dərəcəsi, püruzların ölçüsü və tərkibinə, əsas kütləsinin teksturuna görə çoxlu növ müxtəlifliyi vardır. Sinonim: Liparit, Miyenit, Mikropiromid.
Riyolit tikinti və ya istehsalatda nadir hallarda istifadə olur. Buna səbəb onun məsaməliliyi və tezı qırılabilən olmasıdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.