From Wikipedia, the free encyclopedia
Zaqavalar (həmçinin kebadi, merida kimi tanınır, özlərini isə beri adlandırılar)[5] — Sudanın və Çadın ərazisində, (toplam olaraq təxminən 40 min insan) Xovar çayı hövzəsində məskən salan xalqdır.[6]
Tubular isə zaqavalara qohum olan və Niger, Çad və Liviyada yaşayan xalqlardır.
Kanem dövlətin banisi zaqavalar hesab olunur.
İlk dəfə zaqavalar haqqında məlumat IX əsrdə Yaqubinin ərəb mənbələrində xatırlanır. Onlar haqqında deyilir ki, zaqavalar Kanem və bir neçə başqa dövlətin sakinləri olmuşlar. Çad gölündən Nubiyaya qədər olan ərazilərdə məskunlaşmışdılar. Zaqavalar Yaqubinin sözlərinə görə, həmçinin Şimali Afrikaya qul kimi satılırdı.[7][8]
Zaqavalar Çadda üstünlük təşkil edən etnik qruplardan biri hesab olunur. Belə ki, zaqavaların nümayəndələrindən bəziləri hal-hazırda böyük siyasətçilər hesab olunur. Onlardan biri olan İdris Debi hal-hazırda Çadın prezidentidir.[9] Sudanda yaşayan zaqavalar Darfur münaqişəsinin iştirakçıları olmuşdur.[10]
Zaqava dili (beri, beri-aa, zorxau, zeqau, merida, kebadi) — Nil-Saxara dilləri ailəsinin Saxara dilləri qrupuna daxil olan dildir.[11] Bir neçə dialektlərə malikdir. Misal olaarq berti və bideyat dillərini misal göstərmək olar. Həmçinin ərəb dilindən də istifadə olunur.[12]
Kanema-Bor dövlətində İslam dövlət dini hesab olunurdu.[13] Ancaq bu gün yalnız zaqavalar yaşayan ərazilərdə sünni müsəlmanlar geniş yayılıb (əksəriyyət ənənəvi inamların tərəfdarıdır). Totemizmə, əcdadların və təbiətin güclərinə inananlar üstünlük təşkil edor. Onların rəqs, musiqi və nəğmə yaradıcılığı, əfsanələri və mifləri, nağılları və atalar sözləri hal-hazırda bu etnik qrupda istifadə edilir.[14]
XX əsrin ortalarında Qərbi Afrikada Ticaniya təriqətinin missioner fəaliyyəti nəticəsində böyük miqdarda zaqavalı İslam dinini qəbul etdi.[15]
Köçərilərdə tayfa sosial təşkilat hesab olunur. Oturaqlarda isə tayfa strukturu əsasında qohum, qonşu və ərazi əlaqələri vasitəsilə yaranır.[16]
Kişi əhalinin yarısı maldarlıqla (qoyun, keçi, eşşək saxlayırlar) və köçəri maldarlıqla məşğul olur (Məsələn, dəvələri yetişdirirlər). Zaqavalıların əsas məşğuliyyəti əkinçilikdir. Qadınların çox hissəsi də ev işləri və əkinçiliklə məşğul olur. Onlar arpa, buğda, müxtəlif tərəvəzlər, xurma palmasını becərirlər.[17][18]
Zaqavalıların sənətləri dərin köklərə məxsusdur. Müxtəlif dəri məmulatları, kisələr, çantalar, futlyarlar, geyim və ayaqqabılar, hörmə, mis və gümüş bəzəklərin istehsalı bu xalqın əsas sənətkarlıq nümunələridir.
Köçərilərin evi yorğanlarla örtülmüş, dartılmış yumru çadırlardan və taxta şüvüllərdən hazırlanır. Üzəri isə palma yarpaqları ilə örtülür. Döşəmələr dərilər vasitəsilə hazırlanır. Oturaq əkinçilərin evləri, bir qayda olaraq, daha etibarlı olur. Divarları çiy kərpicdən, yastı damları isə palçıqdan hazırlanır.[19][20]
Xalqın yemək menyusuna turş süd və bitki məhsulları (hər cür tərəvəzlər, meyvələr, sıyıqlar) daxil olur. Ənənəvi olaraq kişilər pambıq parçadan hazırlanan ağ köynəklər geyinirlər. Qadınlar isə donlardan və şallardan istifadə edirlər.[21]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.