Vikipediya:Bilirsinizmi/dekabr 2021
From Wikipedia, the free encyclopedia
Bu gün 30 iyul 2024, Çərşənbə axşamı (İlin 31. həftəsi); bu an saat 18:11 UTC
- 49. Həftə
Bilirsinizmi arxivi
2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2021: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2023: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2024: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
Vikipediya məqalələrindən
![Evklid.](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3b/Artgate_Fondazione_Cariplo_-_Cifrondi_Antonio%2C_Euclide.jpg/320px-Artgate_Fondazione_Cariplo_-_Cifrondi_Antonio%2C_Euclide.jpg)
- Misir kralı I Ptolemey Evklidə (şəkildə) həndəsə öyrənməyin daha asan yolu olub olmadığını soruşduqda Evklid "Həndəsəyə gedən bir kral yolu yoxdur" cavabını vermişdir.
- Afrikada yerləşən Komor adalarının adı ərəb sözü olan "əl-qəmər"dən yaranıb və "ay" deməkdir.
- 22 fevral 2008-ci ildə keçmiş Barbados baş naziri Devid Tompson ölkədə 22 fevral tarixini Rihanna günü elan etmişdir.
- Həm Kipr Respublikasının, həm də Şimali Kipr Türk Respublikasının paytaxtı olan Nikosiya şəhəri dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur.
- Şərqi Timor dövlətinin adındakı "timor" sözü malay dilində elə yenə "şərq" mənasına gəlir.
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Vikipediya məqalələrindən
!["Gecə qurdları"](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ae/%D0%9D%D0%BE%D1%87%D0%BD%D1%8B%D0%B5_%D0%92%D0%BE%D0%BB%D0%BA%D0%B8_%281%29.jpg/640px-%D0%9D%D0%BE%D1%87%D0%BD%D1%8B%D0%B5_%D0%92%D0%BE%D0%BB%D0%BA%D0%B8_%281%29.jpg)
- Eritreyanın paytaxtı Əsməra şəhəri italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir.
- Şamaxı rayonunun Acıdərə kəndində cəmi 1 nəfər yaşayır və Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir.
- Kolumbiyalı futbolçu Andres Eskobar 1994-cü ildə dünya çempionatı zamanı öz qapısına vurduğu qol səbəbindən mundialdan sonra ölkəsində qətlə yetirilmişdi.
- SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu "Gecə qurdları" motoklubudur (şəkildə).
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Vikipediya məqalələrindən
![Sati ritualı.](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/Widow_Buring_in_India_%28August_1852%2C_p.84%2C_IX%29_-_Copy.jpg/640px-Widow_Buring_in_India_%28August_1852%2C_p.84%2C_IX%29_-_Copy.jpg)
- Hinduizm dinində olan Sati ritualına (şəkildə) görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
- 17 oktyabr 1814-cü ildə Londonda "Meux and Company" pivə zavoduna məxsus bir pivə sisternin partlaması nəticəsində ümumilikdə 1470 m³-dan çox pivə küçələrə dağılmış və bu hadisə tarixə London pivə seli adı ilə düşmüşdür.
- İkinci dünya müharibəsində bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri Kursk döyüşündə reallaşmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Vikipediya məqalələrindən
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bf/Steve_Wozniak%2C_November_2018.jpg/640px-Steve_Wozniak%2C_November_2018.jpg)
- ABŞ ixtiraçısı Stiv Voznyakın (şəkildə) proqnozuna görə, 2070-ci illərdə insanlar səhralarda yaşayacaq.
- Afurca kəndinin əhalisi əsasən tatlardan ibarətdir.
- 1806-cı ildə Varşava şəhərini Napoleonun ordusu ələ keçirib.
- Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər.
- Uqra qarşıdurması nəticəsində rusların monqol–tatarlardan asılılığına son qoyulmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə