![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b8/Angeln.svg/langaz-640px-Angeln.svg.png&w=640&q=50)
Anqllar
From Wikipedia, the free encyclopedia
Anqllar (lat. Anglii, ing. Angles, alm. Angeln) — bizim eranın başlanğıcında Almaniyanın şimal-şərq sahilində və Yutlandiya yarımadasının mərkəzi hissəsində məskən salmış qədim alman tayfası. Yazılı mənbələrdə adı ilk dəfə Qədim Roma tarixçiləri Tasit və Ptolemey tərəfindən qeyd edilib.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b8/Angeln.svg/320px-Angeln.svg.png)
Anqlların ehtimal edilən tarixi vətəni kimi elədə böyük olmayan yarımada Angeln hesab edilir (Yutlandiya yarımadasının bir hissəsi), müasir Almaniyanın şimal-şərqində yerləşən Şlezviq-Holşteyn vilayəti.
Xalqların böyük köçü dövründə, III əsrdən başlayaraq V əsrin ortalarına kimi qonşu alman tayfaları sakslar, yutlar, frizlər o zaman əsasən xristianlaşdırılmış Roma kelt qəbilələri ilə birlikdə Britaniya adalarına köçürüldülər. Yerli əhalini sıxışdıran anqllar orada üç krallıq yaratdı: şimali anql — Nortumbriya, orta anql — Mersiya və Şərqi İngiltərə. Eramızın VII—X əsrlərində anqllar və sakslar vahid anqlosaks adı altında müasir ingilis milləti üçün birləşdi.