Kursk döyüşü
From Wikipedia, the free encyclopedia
Kursk Müharibəsi (Almaniyanın verdiyi kod adı: alm. Unternehmen Zitadelle (Hisar Hərəkatı); rus. Курская битва) — İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi hücumdur. İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşmışdır. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücumdur. Döyüş nəticəsində Sovet qələbəsi Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır.
Kursk döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Şərq cəbhəsi | |||
Tarix |
5 iyul 1943 - 16 iyul 1943 (Alman qoşunlarının hücumu) 12 iyul 1943 - 23 avqust 1943 (Sovet qoşunlarının hücumu) |
||
Yeri | Kursk, Kursk vilayəti, Rusiya SFSR, SSRİ | ||
Nəticəsi |
Sovet qələbəsi
|
||
Ərazi dəyişikliyi | Sovet qoşunları cəbhə xəttində 2,000 km genişliyində ərazini geri qaytardı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
"Kursk Çıxıntısı", Almanların Stalinqraddakı məğlubiyyəti sonrasındakı Sovet hücumu və Alman Üçüncü Xarkov döyüşü əks-hücumu nəticəsində meydana gəlmişdi. Almanlar, çıxıntını şimal və cənub qanadlarından kəsərək cəbhəni qısaltmağı və Qırmızı Ordu birliklərini mühasirəyə alaraq yeni bir böyük zəfər əldə etməyi ümid edirdilər. Ancaq Sovet ordusunun Hitlerin planları haqqında yaxşı bir kəşfiyyat məlumatı vardı. Digər yandan almanlar, başda Tiger I və Panther tankları olmaqla yeni silahların gəlməsini gözləyərək hücumu təxirə salırdılar. Həm əldə edilən kəşfiyyat məlumatları, həm də təkrarlanan bu təxirə salmalar Qırmızı Orduya pilləli bir müdafiəni təşkil etmək və bir strateji əks-hücum üçün böyük ehtiyat qüvvələri təşkil etmək istiqamətində zaman qazandırdı.
Almanlar dərin müdafiə xəttləri içində tamamilə yorulduqdan sonra Sovetlər öz əks-hücumlarını edərək 5 avqustda Oryol və Belqorodu və 23 avqustda da Xarkovu geri aldılar və almanları geniş bir cəbhədə geri atdılar.
1942-1943 qış müharibələrində Qırmızı Ordu onsuzda müvəffəqiyyətli olmuşdu. Kursk döyüşü isə müharibədə Sovet ordusunun ilk müvəffəqiyyətli strateji yay hücumu olmuşdur. Kursk Müharibəsində tətbiq olunan strateji əməliyyat modeli, bir çox hərbi akademiyanın dərs proqramında tədris etməkdədir. Kursk Müharibəsi ildırımsürətli hücumların rəqibin müdafiəsini və onun strateji dərinliyini yarıb keçə bilməsindən əvvəl dayandırıldığı ilk nümunədir.
Almaniyanın 2-ci SS Panzer Ordusu ilə Qırmızı Ordunun 5-ci Gözətçi Tank Ordusu arasında baş verən Kursk döyüşü, "tarixin ən geniş əhatəli tank döyüşü" olaraq bilinir.