From Wikipedia, the free encyclopedia
Vaaqn Norayr Dadryan (erm. Վահագն Տատրեան, ing. Vahakn Norair Dadrian; 26 may 1926[1], Konstantinopol – 2 avqust 2019[1]) — erməni əsilli ABŞ sosiologiya professoru. O, Erməni soyqırımı məsələsi üzrə ekspertdir.[2]
Vaaqn Norayr Dadryan Erməni soyqırımı məsələsi üzrə ekspertdir. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Tomas de Vaal Dadryanın tədqiqatının siyasi gündəmdən irəli gəldiyini bildirir və qeyd edir ki, Dadryan 1964-cü ildə "The New York Times" qəzetinə yazdığı məktubda soruşur: "Ermənilərin Türkiyənin öz sakinlərini qırğından sonra mənimsədiyi öz ata-baba torpaqlarını geri almaq hüququ hansı əsaslarla rədd edilə bilər?"[3] 1970-ci illərdə o, soyqırımın müqayisəli tədqiqatının yaradılmasında iştirak etmişdir.[4]
Vaaqn Dadryan 2 avqust 2019-cu ildə, 93 yaşında vəfat etmişdir.[5] Onun ölümündən sonra Ermənistan Prezidenti Armen Sarkisyan Dadryanın ailəsinə və yaxınlarına başsağlığı məktubu göndərmişdir.[6]
Dadryan 1991-ci ildə cinsi qısnama iddiaları ilə əlaqədar Geneseo Dövlət Kollecindəki vəzifəsindən qovulmuşdur. Bu hadisə 24 aprel 1990-cı ildə Dadryan soyqırım məsələlərinə dair bir neçə beynəlxalq konfransda iştirak etdikdən sonra kollecə qayıdanda və 18 yaşlı tələbəsini təqib etməyə başlayanda baş vermişdir. Kollec rəhbərliyi 64 yaşlı professora könüllü olaraq istefa verməyi təklif etmiş, lakin Dadryan qərardan şikayət etmiş və uduzmuşdur. Arbitr Vittenberq öz qərarını verərkən qeyd etmişdir ki, Dadryan 1981-ci ildə dörd cinsi zorakılıq halına görə təqsirli bilinəndə onun artıq cinayəti var idi. Buna baxmayaraq, həmin vaxt "bunun bir daha təkrar olunmayacağına" ümid edərək onun müəllimliyə qayıtmağına icazə verilmişdi. 1981-ci il dinləmələrindən sonra 100 müəllim də daxil olmaqla 600-ə yaxın adam məktəb rəhbərlərindən "şagirdləri professor Dadryan tərəfindən gələcək təqiblərdən qorumaq" xahişi ilə petisiya imzalamışdır.[7]
Dadryanın kitabları və məqalələri 10-dan çox dilə tərcümə olunmuşdur:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.