From Wikipedia, the free encyclopedia
Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə Machine-Doll wa Kizitsukanai (機巧少女は傷つかない, Mashin-Dōru wa Kizutsukanai?, azərb. Qırılmaz maşın-kukla) və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır.
Unbreakable Machine-Doll | |
Birinci ranobe cildinin üzlüyü. Personaj: Yaya. | |
機巧少女は傷つかない (Mashin-Dōru wa Kizutsukanai) azərb. Qırılmaz maşın-kukla | |
---|---|
Janr | döyüş,[1] fentezi,[2] harem[3] |
Manqa | |
Manqaka | Reyci Kayto |
Rəssam | Ruroo |
Nəşriyyat | Media Factory |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 21 noyabr 2009 – hazırda |
Cildlər | 15 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Reyci Kayto |
Rəssam | Hakaru Takaqi |
Nəşriyyat | Media Factory |
Jurnal | Monthly Comic Alive |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 aprel 2010 – hazırda |
Cildlər | 9 (cild siyahısı) |
Manqa | |
Gene Metallica: Unbreakable Machine-Doll Re:Acta | |
Yazıçı | Reyci Kayto |
Rəssam | Misato Kamada |
Nəşriyyat | Media Factory |
Jurnal | Monthly Comic Gene |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 15 aprel 2013 – hazırda |
Anime | |
Rejissor | Kinci Yoşimoto |
Ssenarist | Yuuko Kakihara |
Bəstəkar | Masaru Yokoyama |
Studiya | Lerche |
Digər lisenziyalar | |
Digər kanallar | |
Buraxılış tarixi | 7 oktyabr 2013 – 23 dekabr 2013 |
Seriyalar | 12 + 6 OVA (seriya siyahısı) |
XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir.
Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir. Dörd ildən bir akademiyada 100 kuklaçının iştirakı ilə "Gecə şənliyi" adlı müsabiqə keçirilir. Müsabiqəyə qatılan kuklaçılar öz avtomatları ilə bir-birilərinə qarşı döyüşməlidirlər. Müsabiqə qalibi "Müdrik adam" titulunu əldə etmək şansına yiyələnir. Rayşin akademiya və müsabiqəyə qatılır, lakin əsl məqsədi Rayşin ailəsinin digər üzvlərini öldürmüş dahi Maqnusdan qisas almaqdır.
Unbreakable Machine-Doll Ruroonun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılmışdır. İlk cildi 21 noyabr 2009-cu ildə Media Factory tərəfindən MF Bunko J imprinti altında buraxılmışdır.[4] Ən sonucu cildi – 15-ci cildi 25 sentyabr 2015-ci ildə nəşr olunmuşdur.[5] Dördüncü cildin xüsusi nəşrinə drama CD daxil edilmişdir.[6]
№ | Başlıq | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|---|
1 | "Kannibal şəkər" ilə üzləşmək | 21 noyabr 2009[4] | ISBN 978-4-8401-3085-1 |
2 | "Qılınc mələyi" ilə üzləşmək | 25 mart 2010[7] | ISBN 978-4-8401-3245-9 |
3 | "Elf sürətləndiricisi" ilə üzləşmək | 21 iyun 2010[8] | ISBN 978-4-8401-3452-1 |
4 | "Qızılgül kavaleri" ilə üzləşmək | 20 noyabr 2010[6][9] | ISBN 978-4-8401-3579-5 (daimi nəşr) ISBN 978-4-8401-3580-1 (xüsusi nəşr) |
5 | "Kralın müğənnisi" ilə üzləşmək | 22 mart 2011[10] | ISBN 978-4-8401-3854-3 |
6 | "Tünd-qırmızı" ilə üzləşmək | 22 iyul 2011[11] | ISBN 978-4-8401-3973-1 |
7 | "Qenuin əfsanələri" ilə üzləşmək | 21 dekabr 2011[12] | ISBN 978-4-8401-4336-3 |
8 | "Ədalət leydisi" ilə üzləşmək | 23 aprel 2012[13] | ISBN 978-4-8401-4549-7 |
9 | "Münəccim" ilə üzləşmək | 22 sentyabr 2012[14] | ISBN 978-4-8401-4820-7 |
10 | "Hədəf qızılı" ilə üzləşmək | 24 yanvar 2013[15] | ISBN 978-4-8401-4959-4 |
11 | "Kuklanın ustası" ilə üzləşmək | 23 may 2013[16] | ISBN 978-4-8401-5183-2 |
12 | "Ustanın kuklası" ilə üzləşmək | 21 sentyabr 2013[17] | ISBN 978-4-8401-5415-4 |
13 | "Böyük imperatriça" ilə üzləşmək | 22 fevral 2014[18] | ISBN 978-4-04-066308-1 |
14 | "Bənövşə gümüş" ilə üzləşmək | 24 oktyabr 2014[19] | ISBN 978-4-04-066910-6 |
15 | "I maşın-kukla" ilə üzləşmək | 25 sentyabr 2015[5] | ISBN 978-4-04-067470-4 |
Hakaru Takaqi tərəfindən hazırlanan manqa adaptasiyası Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalının 27 aprel 2010-cu ildə nəşr olunmuş 2010-cu il iyun buraxılışında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 22 noyabr 2010-cu ildə buraxılmışdır.[20] 23 mart 2016-cı ilə kimi isə 9 cildi nəşr olunmuşdur.[21] Birinci cildin xüsusi nəşrinə drama CD əlavə edilmişdir.[22] Misato Kamada tərəfindən hazırlanan "Gene Metallica: Unbreakable Machine-Doll Re:Acta" (ジーンメタリカ-機巧少女は傷つかない Re:Acta-, Gīn Metarika -Mashīn-Dōru wa Kizutsukanai Re:Acta-?) adlı spin-off manqa seriyası Media Factory nəşriyyatının "Monthly Comic Gene" jurnalının 15 aprel 2013-cü ildə nəşr olunmuş 2013-cü il may buraxılışında nəşr olunmağa başlamışdır.[23] İlk tankobon cildi 27 sentyabr 2013-cü ildə buraxılmışdır.[24]
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 22 noyabr 2010[20][22] | ISBN 978-4-8401-3378-4 (daimi nəşr) ISBN 978-4-8401-3377-7 (xüsusi nəşr) |
2 | 23 mart 2011[25] | ISBN 978-4-8401-3768-3 |
3 | 22 oktyabr 2011[26] | ISBN 978-4-8401-4049-2 |
4 | 23 mart 2012[27] | ISBN 978-4-8401-4433-9 |
5 | 21 sentyabr 2012[28] | ISBN 978-4-8401-4726-2 |
6 | 23 may 2012[29] | ISBN 978-4-8401-5058-3 |
7 | 21 sentyabr 2013[30] | ISBN 978-4-8401-5323-2 |
8 | 23 sentyabr 2014[31] | ISBN 978-4-0406-6815-4 |
9 | 23 mart 2016[21] | ISBN 978-4-04-068205-1 |
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 27 sentyabr 2013[24] | ISBN 978-4-8401-5330-0 |
2 | 27 may 2014[32] | ISBN 978-4-0406-6564-1 |
Lerche studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. Anime əvvəlcə AT-X, daha sonra Tokyo MX, ytv, TV Aichi və BS11 kanalları vasitəsilə nümayiş etdirilmişdir.[33] Funimation animeni video portalında yayımlamışdır.[34] Rejissoru Kinci Yoşimoto, ssenaristi Yuuko Kakihara, personaj dizayneri Atsuko Vatanabe, bəstəkarı Masaru Yokoyamadır.[35][36] Anime serialında ranobenin ilk 3 cildinin hekayəsi işlənmişdir.
Animenin açılış mahnısı Hitomi Harada tərəfindən ifa olunan "Anicca" mahnısı[37], bağlanış mahnısı isə Hitomi Harada, Ay Kayano və Yui Oqura trisou tərəfindən ifa olunan "Maware! Setsugetsuka" (回レ! 雪月花?) mahnısıdr.[38] 25 dekabr 2013-cü ildən 28 may 2014-cü ilə kimi buraxılmış 6 BD/DVD cildinin hər birinə bir 5 dəqiqəlik OVA seriyası (ümumilikdə 6) daxil edilmişdir.[39]
№ | Başlıq | Animasiya rejissoru | Ssenarist | Yayım tarixi | İst. |
---|---|---|---|---|---|
1 | ""Kannibal şəkər" ilə üzləşmək I" | Ryoko Amisaki, Takaşi Narikava | Yuuko Kakihara | 7 oktyabr 2013 | [40] |
2 | ""Kannibal şəkər" ilə üzləşmək II" | Tomohito Hirose, Hiromi Hiquçi | Yuuko Kakihara | 14 oktyabr 2013 | [41] |
3 | ""Kannibal şəkər" ilə üzləşmək III" | Amisaki Ryoko, Takaşi Narikava | Yuuko Kakihara | 21 oktyabr 2013 | [42] |
4 | ""Kannibal şəkər" ilə üzləşmək IV" | Takao Takeqami | Yuuko Kakihara | 28 oktyabr 2013 | [43] |
5 | ""Qılınc mələyi" ilə üzləşmək I" | Hiromi Hiquçi, Keyko Kurosava | Toşimitsu Takeuçi | 4 noyabr 2013 | [44] |
6 | ""Qılınc mələyi" ilə üzləşmək II" | İsao Suqimoto | Toşimitsu Takeuçi | 11 noyabr 2013 | [45] |
7 | ""Qılınc mələyi" ilə üzləşmək III" | Takaşi Narikava | Toşimitsu Takeuçi | 18 noyabr 2013 | [46] |
8 | ""Qılınc mələyi" ilə üzləşmək IV" | Keyko Kurosava | Toşimitsu Takeuçi | 25 noyabr 2013 | [47] |
9 | ""Elf sürətləndiricisi" ilə üzləşmək I" | Tomohito Hirose, Masaru Yamada | Toşimitsu Takeuçi | 2 dekabr 2013 | [48] |
10 | ""Elf sürətləndiricisi" ilə üzləşmək II" | Masakazu Sayto | Toşimitsu Takeuçi | 9 dekabr 2013 | [49] |
11 | ""Elf sürətləndiricisi" ilə üzləşmək III" | Keyko Kurosava, Tomohito Hirose | Toşimitsu Takeuçi | 16 dekabr 2013 | [50] |
12 | ""Elf sürətləndiricisi" ilə üzləşmək IV" | Takaşi Narikava, İino Makoto | Toşimitsu Takeuçi | 23 dekabr 2013 | [51] |
Yaponiyada anime serialının seriyaları 25 dekabr 2013-cü ildən 28 may 2014-cü ilə kimi 6 BD/DVD cildində buraxılmışdır.[52] Hər bir cildə 1 OVA seriyası və əlavə ranobelər əlavə olunmuşdur.
Cild | Seriyalar | Buraxılış tarixi | Satışlar | ||
---|---|---|---|---|---|
Blu-ray | DVD | ||||
I cild | 1–2 | 25 dekabr 2013[52] | — | 1.423[53] | |
II cild | 3-4 | 29 yanvar 2014[52] | 3.185[54] | 825[55] | |
III cild | 5-6 | 26 fevral 2014[52] | 3.025[56] | 772[57] | |
IV cild | 7-8 | 26 mart 2014[52] | — | 728[58] | |
V cild | 9-10 | 25 aprel 2014[52] | — | 604[59] | |
VI cild | 11-12 | 28 may 2014[52] | — | 723[60] | |
Funimation animeni Şimali Amerikada 3 mart 2015-ci ildə BD/DVD kombo paketi şəklində (+ məhdud nəşrlə),[61] Madman Entertainment isə Avstraliya və Yeni Zelandiyada 20 may 2015-ci ildə BD/DVD kolleksiyası şəklində buraxmışdır.[62][63]
3 sentyabr 2013-cü ildən 25 fevral 2014-cü ilə kimi animate TV və sound fountain-də "Radio Unbreakable Machine-Doll Main cast" adlı internet-radio verilişi yayımlanmışdır. Verilişin aparıcıları Hiro Şimono (Akabane Rayşin), Hitomi Harada (Yaya) və Mequmi Takamoto (Şarlotta Belyu) olmuşdurlar.[64] Verilişin 25 seriyası iki CD şəklində buraxılmışdır. İlk 12 seriyanı özündə birləşdirən birinci CD cildi 29 yanvar 2014-cü ildə, qalan seriyalardan ibarət ikinci CD cildi isə 26 mart 2014-cü ildə buraxılmışdır.[65]
6 dekabr 2013-cü ildə iOS və Android platformaları üçün "Unbreakable Machine-Doll Facing “Burnt Red”" adlı oyun buraxılmışdır.[66] Oyunda Nao Toyama tərəfindən səsləndirilən Kaquya adlı yeni orijinal personaj var. Oyunun mövzu mahnısı Hitomi Harada tərəfindən ifa olunan "Burnt Red" mahnısıdır.
Ranobe seriyası 2013-cü ildə 180.426 nüsxə sataraq Yaponiyada ən yaxşı satan 23-cü ranobe seriyası olmuşdur.[67]
Anime News Network-dan Teron Martin animeni qiymətləndirərək döyüş səhnələrini, musiqini və bəzi maraqlı dünya aspektlərini bəyənmiş, lakin daha çox vaxta ehtiyac olduğunu hiss etdirdiyini, əsəbləşdirici personaj qəribəliklərinin və qəribə montaj seçimlərinin olduğunu qeyd etmişdir.[68] Saytın digər tənqidçisi Karlo Santos 2013-cü il payız animeləri üçün yazdığı prevyuda animenin animasiyasını bəyənməmiş, zəif kölgələmədən, həddən artıq çox sabit görüntülərdən və xüsusi-effektli səhnələrdə CGI qrafikasının açıq-aydın özünü büruzə verməsindən şikayətlənmişdir. O, animenin qəşəng görünməyə çalışdığını, lakin döyüş səhnələrinin maraqsız olduğunu bildirmişdir.[69] Saytın digər tənqidçisi Bambu Donq avtomatların tam olaraq nə olduğu və onları idarə etmək üçün lazım olan qaydalar haqqında məlumat vermək üçün kifayət qədər vaxt ayrılmamasından şikayətlənmişdir.[70]
Fandom Post-un tənqidçisi Kris Beveric Rayşin Akabanenin çox dərin baş qəhrəman olmadığını, lakin ən azından qorxaq personaj olmadığını bildirmişdir.[71] O həmçinin hekayənin ilk arkını bəyəndiyini qeyd etmişdir.[72] DVD Talk-dan Kayl Mills personajları və hekayə arklarını tərifləmiş, lakin sonluğunu və lazımsız fanservisi tənqid etmişdir. Kayl animenin ən böyük probleminin hekayənin gedişatı olduğunu bildirmişdir: hekayənin əvvəlcə turnir stilindəki qisas məzmunu ilə başladığını, lakin daha sonra hadisələrin əsas hekayədən sapdığını demişdir.[73]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.