From Wikipedia, the free encyclopedia
Media Factory (メディアファクトリー, Mediafakutorī?), keçmiş adı ilə Media Factory, Inc. (株式会社メディアファクトリー, Kabushiki gaisha Mediafakutorī?) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Əsası 1 dekabr 1986-cı ildə qoyulmuşdur və baş qərargahı Tokionun Şibuya xüsusi rayonunda yerləşir. Media Factory Recruit şirkətinin filialıdır. Nəşriyyat ehtimal ki, ilk anime distribüteri olmuşdur ki, fansablardan lisenziyalaşdırdığı hər hansı animeni saytlarında yerləşdirməməyi xahiş etmişdir.[1] 12 oktyabr 2011-ci ildə nəşriyyat Kadokawa Corporation tərəfindən 8 milyard yen qarşılığında satın alınmışdır.[2] Nəşriyyatın öz nəşr etdiyi aylıq manqa jurnalı "Monthly Comic Alive" adlanır və ranobe imprinti də var: MF Bunko J. Media Factory həmçinin "39 açar" romanının Yaponiyada distribusiyası lisenziyasına malikdir.[3] Media Factory 1 oktyabr 2013-cü ildə 8 şirkətlə birləşərək Kadokawa Corporation şirkətinin brend şirkəti olduqdan sonra kabuşiki qayşa olmağı dayandırmış və "Pokemon" anime serialından uzaqlaşmışdır.[4]
Media Factory | |
---|---|
yap. メディアファクトリー | |
Ölkə | Yaponiya |
Əsas şirkət | Kadokawa Corporation |
Yaranma tarixi | 1 dekabr 1986 |
Qərargah | Şibuya İst NBF 3-3-5, Şibuya, Tokio, Yaponiya |
Əsas insanlar | Toşiyuki Yoşihara (icraçı direktor) |
Nəşrlər | mətbəə, film, musiqi, video oyunlar |
İşçi sayı | 168 (2010) |
Gəlir | 13.937.320.000 ¥ |
Sayt | mediafactory.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağıdakı anime və manqa başlıqları nəşriyyatın adı ilə bağlıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.