Debian-əsaslı Linux əməliyyat sistemi From Wikipedia, the free encyclopedia
Ubuntu ("insanpərvərlik"[10], "humanizm"[11][12]) — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı. Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[13] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[14]
Ubuntu | |
---|---|
Yaradıcı | |
İstehsalçı | Canonical[1] |
Yazılma dili | C++[2], C[2], Unix shell[2], Python |
Bazası | Debian[3] |
Buraxılış tarixi | 20 oktyabr 2004[1] |
Son versiya | |
Yenilənmə üsulu | Advanced Packaging Tool[6] |
Paketlər menecerləri | Dpkg[7], Advanced Packaging Tool[6] |
Dəstəklənən dillər | çoxdilli[d] |
Dəstəklənən platformalar | x86_64[d][8], x86[8], ARM[d][8] |
İnterfeys | GNOME[9] |
Veb-saytı | ubuntu.com |
Vikianbarda əlaqəli mediafayllar |
Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[15] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[16] və ya mətn sehrbazı[17] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.
Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.[18]
20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi.[19] Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraq əməliyyat sisteminə azad proqram təminatı daxil edirdi.[20]
Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.[21]
Ubuntu indiyə kimi Mark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyon dollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.[22][23]
Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olub[24] (azərb. hələ ki adı yoxdur).
Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir.[25] Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.
Ubuntu-nun işləməsi üçün 256 MB RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır.[26][27][28] Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq LibreOffice, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.[29]
6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.
İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib.[30] Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysi Mac OS X interfeysini xatırladır.[31][32]
Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir.[33]
Versiya | Buraxılış tarixi | Kod adı | Azərbaycanca qarşılığı | Dəstəyin son tarixi | Yenilənmə zamanı Linux nüvəsi[34] |
---|---|---|---|---|---|
4.10 | 20 oktyabr 2004[35] | Warty Warthog | Ziyilli Ziyilcik | 30 aprel 2006 | 2.6.9 |
5.04 | 8 aprel 2005[36] | Hoary Hedgehog | Qoca Kirpi | 31 oktyabr 2006 | 2.6.11 |
5.10 | 13 oktyabr 2005[37] | Breezy Badger | Cavan Porsuq | 13 aprel 2007 | 2.6.13 |
6.06 LTS | 1 iyul 2006[38] 10 avqust 2006 (6.06.1)[39] 21 yanvar 2008 (6.06.2)[40] | Dapper Drake | Şıq Yaşılbaş | 14 iyul 2009[41] (iş stansiyaları üçün) iyul 2011 (server versiyaları) | 2.6.15 |
6.10 | 26 oktyabr 2006[42] | Edgy Eft | Əsəbi Triton | 25 aprel 2008 | 2.6.18 |
7.04 | 19 aprel 2007[43] | Feisty Fawn | Ürəkli Maral | 19 oktyabr 2008 | 2.6.19 |
7.10 | 18 oktyabr 2007[44] | Gutsy Gibbon | Cəsarətli Hibbon | 18 aprel 2009 | 2.6.20 |
8.04 LTS | 24 aprel 2008[45] 3 iyul 2008 (8.04.1)[46] 22 yanvar 2009 (8.04.2)[47] 16 iyul 2009 (8.04.3)[48] 28 yanvar 2010 (8.04.4)[45] | Hardy Heron | Dözümlü Vağ | aprel 2011 (iş stansiyaları üçün) aprel 2013 (server versiyası) | 2.6.24 |
8.10 | 30 oktyabr 2008[49] | Intrepid Ibex | Qorxmaz Keçi | 30 aprel 2010[50] | 2.6.27 |
9.04 | 23 aprel 2009[51] | Jaunty Jackalope | Diribaş Dovşan | 23 oktyabr 2010[52] | 2.6.28 |
9.10 | 29 oktyabr 2009[53] | Karmic Koala[54] | Karmik Koala | aprel 2011 | 2.6.31 |
10.04 LTS | 29 aprel 2010[55] 17 avqust 2010 (10.04.1)[56] | Lucid Lynx[33] | Parlaq Pişik | aprel 2013 (iş stansiyaları üçün) aprel 2015 (server versiyası) | 2.6.32 |
10.10 | 10 oktyabr 2010[56] | Maverick Meerkat[57] | Azadfikirli Surikat | aprel 2012 | 2.6.35 |
11.04 | 28 aprel 2011[58] | Natty Narwhal[59] | Səliqəli Narval | oktyabr 2012 | 2.6.38 |
11.10 | 13 oktyabr 2011[60] | Oneiric Ocelot[61] | Xəyalpərəst oselot | 9 may 2013 | 3.0.4 |
12.04 LTS | 26 aprel 2012[62] 24 avqust 2012 (12.04.1)[63] 14 fevral 2013 (12.04.2)[64] 23 avqust 2013 (12.04.3) 6 fevral 2014 (12.04.4) 7 avqust 2014 (12.04.5) | Precise Pangolin[65] | Pedantik Panqolin | aprel 2017 | 3.2, 3.5, 3.8, 3.11, 3.13 |
12.10 | 18 oktyabr 2012[66] | Quantal Quetzal[67] | Kvant Ketzal | aprel 2014 | 3.5 |
13.04 | 18 aprel 2013[68] | Raring Ringtail[69] | Səbrsiz Kakomişli | oktyabr 2015 | 3.8 |
13.10 | 17 oktyabr 2013[70] | Saucy Salamander[71] | Kobud Salamandr | iyul 2014 | 3.11 |
14.04 LTS | 17 aprel 2014[72] (14.04) 24 iyul 2014-cü il (14.04.1)[73] | Trusty Tahr[74] | Etibarlı Tar | aprel 2019 | 3.13 |
14.10 | 16 oktyabr 2014[75] | Utopic Unicorn[76] | Utopik Taybuynuz | iyul 2015 | 3.16 (Daily) |
15.04 | 16 aprel 2015 | Vivid Vervet | Parlaq Meymun | 4 fevral 2016 | 3.19 |
15.10 | 22 oktyabr 2015 | Wily Werewolf | Məkrli Qulyabanı | iyul 2016 | 4.2 |
16.04 LTS | 21 aprel 2016 24 iyul 2016 (16.04.1)[77] 17 fevral 2017 (16.04.2)[78] | Xenial Xerus | Qonaqpərvər Dələ | aprel 2021 | 4.4 |
16.10 | 13 oktyabr 2016 | Yakkety Yak | Boşboğaz Yak | avqust 2017 | 4.8[78] |
17.04 | 13 aprel 2017 | Zesty Zapus | Pikant Siçan | fevral 2018 | 4.10 |
17.10 | 19 oktyabr 2017[79] | Artful Aardvark | Hiyləgər Qarışqayeyən | iyul 2018 | 4.13 |
Şərti işarələr: | ||||
---|---|---|---|---|
dəstəklənmir | yalnız server veriyası dəstəklənir |
dəstəklənir | hazırkı versiya | Planlaşdırılıb / hazırlanılır |
LTS (ing. Long Term Support hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırkı versiayaya eyniadlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırkı LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.[80]
10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər).[81][82] 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib.[83].
Ubuntu və onun variantlarını internetdən endirmək və ya ShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olar[84][85]
Ubuntuda bütün proqram təminatı komponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.[86]
Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür:[86]
Ubuntu | Azad PT | Qeyri-azad PT |
Dəstəklənən | Main | Restricted |
Dəstəklənməyən | Universe | Multiverse |
Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.[87]
Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələn Nvidia və ya ATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.[88]
Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimediya kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.
Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır:
Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür: Medibuntu.
EasyUbuntu[90] və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.[91]
Ubuntu qıraq propritiar proqram təminatı üçün sertifikasiya sisteminə malikdir. Bu sistem Canonical tərəfindən Partner adlandırılır və onun tərəfindən nizamlanaraq paketlərə əlavə edilir.[92]
Multiverse paketləri yayılmağa məhdudiyyətdə olduğu halda "Partner"-a daxil olan proqram təminatı Canonical-ın istifadəyə icazə aldıqları daxildir.[93][94]
Hazırda bu repozitorluğa Adobe Reader, Adobe Flash Player, Java, Skype və bəzi digər paketlər daxildir.[95]
Ubuntu nişanının istifadə qaydalarına əsasən, Canonical şirkəti Ubuntu üzərində qurulmuş 2 növ distibutiv tanıyır:
Distributiv | Təsvir | Qrafik qabığı |
---|---|---|
Edubuntu | Təhsil ocaqları üçün yaradılan Ubuntu distributivi. | GNOME |
Kubuntu | KDE Plasma iş masası defolt olan Ubuntu distributivi. | KDE Plasma |
Lubuntu | LXDE masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | LXDE |
Ubuntu Budgie | Budgie masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Budgie |
Ubuntu Cinnamon | Cinnamon masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Cinnamon |
Ubuntu Kylin | Çin bazarı üçün yaradılmış Ubuntu distributivi. | UKUI |
Ubuntu Mate | Mate masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Mate |
Ubuntu Studio | Mediastudiyalar üçün yaradılan Ubuntu distributivi. | GNOME |
Ubuntu Unity | Unity masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Unity |
Xubuntu | Xfce masası defolt olan Ubuntu distributivi (zəif kompyuterlər üçün). | Xfce |
Gobuntu | Yalnız azad komponentlərə malik Ubuntu distributivi. Əvvəllər Ubuntu flavoru idi. Hal-hazırda layihə qapalıdır. | GNOME |
Distributiv | Təsvir | Qrafik qabığı |
---|---|---|
CrunchBang | Ubuntu minimal sehrbazı bazasında qurulmuş distributiv. Yüksək sürət və funksionallığı özündə birləşdirmək məqsədilə yaradılıb | Openbox |
Linux Mint | Ubuntu üzərində qurulmuş distributiv. Çoxlu mediya-kodeklərin yazılması ilə fərqlənir. | Müxtəlif |
nUbuntu | Şəbəkə təhlükəsizliyini analiz etmək üçün distributiv. | xwindow |
Aurora | ASUS EEE PC üçün distributiv. | xwindow |
OpenGEU | Enlightenment yügnül pəncərə menecerini istifadə edən distributiv. | Enlightenment DR17 |
Sabily | Müsəlmanlar üçün yaradılmış Ubuntu distributivi. | GNOME |
Yuxarıda göstərilən bütün əməliyyat sistemləri bu və ya digər formada Ubuntu üzərində hazırlanıb.
Ən-ənəvi olaraq proqram təminatı yaradıcıları "Ubuntu Developer Summit" keçirib əməliyyat sisteminin gələcək perspektivləri haqda müzakirələr aparırlar. Bu cür görüşlərdən ən mühümü sonuncu Ubuntu çıxmamışdan bir müddət əvvəl baş tutdu.[98]
Ubuntu əməliyyat sisteminin yeni inkişaf sikli başlamamışdan bir az əvvəl bü samit keçirilərək gələcək inkişaf forma və sferası müəyyənləşdirilir, müzakirələr aparılır. Sammit bütün ictimaiyyətə açıqdır. Ancaq "Ubuntu Developer Summit" konfrans, sərgi və ya auditoriya üçün hesablanmamış, Ubuntu yaradıcıları və onun inkişafında əməyi olanların sırf birgə görüşü, müzakirə xarakteri daşıyır. Sammit istənilən kəsə açıq elan olunsada, orada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və mehmanxana problemlərini həll etmək lazımdır. Sammmitlər adətən Avropa və ABŞ, həmçinin Okeaniya şəhərlərində keçirilir.
Canonical iddia edir ki, Ubuntu istifadəçiyə azadlığı zəmanət verir (klassik tərifdə Free Software Foundation). Bu, ruhən GPL-i xatırladan deklarasiya onun manifestində (ictimai oferta, ing. "the Ubuntu promise") yer alıb. Ancaq yuxarıda qeyd edildiyi kimi Ubuntu əməliyyat sistemi bazasında qurulan müəyyən digər distributivlər özündə qeyri-azad dekoderləri də birləşdirə bilər.[99]
Ubuntu-nun masaüstü versiyası Intel x86, AMD64 və ARM arxitekturalarını dəstəkləyir. Bəzi server-buraxılışları SPARC arxitekturasını da dəstəkləyir. Ubuntu həmçinin qeyri-rəsmi PowerPC, IA-64 (Itanium) и PlayStation 3 arxitekturalarını da dəstəkləyir.
Texniki xırdalıqları və incəlikləri anlamayan istifadəçilər üçün Ubuntu əməliyyat sisteminin inkişafı üçün yerli "cəmiyyətlər" qurulub[109] ki, bunun da çox yayılmış adı "Locos"-dur. İlkin olaraq hər ölkə yalnız bir LoCo komandaya malik idi. Ancaq məsələn ABŞ-də müəyyən ştarlar özlərinin yerli LoCo qruplarına malikdirlər. Ümumiyyətlə bu qruplar Ubuntu-da sırf dil ilə bağlı baryeri aradan qaldırmaq üçün çalışır.
Azərbaycanın da öz LoCo qrupu var: Ubuntu Azerbaijan LoCo
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.