From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2019/2020 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 65-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 28-ci mövsümüdür.
UEFA Çempionlar Liqası 2019/2020 | |
---|---|
| |
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 25 iyun – 28 avqust 2019 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 17 sentyabr 2019 – 23 avqust 2020 |
Başlama tarixi | 25 iyun 2019 |
Bitmə tarixi | 23 avqust 2020 |
Komanda sayı |
32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Bayern Münhen (6-cı dəfə) |
İkinci | Paris Seyn Jermen |
Yarış statistikası | |
Oyun sayı | 119 |
Qol sayı | 386 (matç başına: 3.24) |
Tamaşaçı sayı | 4758398 (matç başına: 39987) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Robert Levandovski (15 qol) |
Ən yaxşı oyunçu |
|
← 2018–19 2020–21 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı Lissabonda yerləşən Eştadio da Luş stadionunda, "Bayern Münhen" və "Paris Seyn Jermen" arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2019–20 UEFA Avropa Liqası qalibi "Sevilya" klubu ilə 2020 UEFA Super Kuboku çərçivəsində matç oynama hüququ qazandı. "Bavariya" kuboku əldə etməsə belə 2020–21-ci il mövsümü Çempionlar Liqasında iştirakını təmin etmişdi. Buna görə UÇL-də həmin rezerv olunmuş yeri Niderland çempionu "Ayaks" tutur.
Turnirdə video köməkçi hakim play-off turundan etibarən istifadə edilir.[5]
Ötən mövsümün finalistləri olan Liverpul və Tottenhem Hotspur bu mövsüm 1/8 Finalda müvafiq olaraq RB Leypsiq və Atletiko Madrid klubları tərəfindən mübarizədən kənarlaşdırıldılar.
Koronavirus pandemiyasının təhlükəsi nəzərə alınaraq turnirin matçları 1/8 Final mərhələsində təxirə salınmışdır.[6] 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı.[7]
17 iyunda UEFA 1/4 Final, yarımfinal və final matçlarının 2020-ci ilin avqustunda Portuqaliyada keçiriləcəyini ictimaiyyətə açıqladı. Bütün matçlar tək ayaqlı oynanıldı. İstanbul isə 2021-ci ildə turnirin finalına ev sahibliyi edə biləcək.[8]
"Bayern Münhen" kuboku başı üzərinə qaldırmaqla bərabər bir neçə önəmli nailiyyət əldə etdi. İlk növbədə, klub bu mövsüm həm Almaniya kuboku, həm Bundesliqa, həm də UÇL çempionu olmaqla ikinci dəfə qızıl het-trik etdi. Bununla yanaşı, Münhen təmsilçisi turnirdəki bütün oyunlarını qələbə ilə başa vuraraq 100 %-lik nəticə əldə edərək turnir tarixində bir ilkə imza atdı.
1/8 Final mərhələsinin matçları fevral və martın iki həftəsi olmaqla dörd həftədə keçirilməli idi. İlk matçlar rahat şəkildə reqlamentə uyğun oynanılsa da, ikinci matçlar haqqında təəssüf ki, eyni sözü deyə bilmirik. Belə ki, ikinci matçların ilk 4-ü tamaşaçasız da olsa oynana bildi.[9][10] Digər 4 matç, daha dəqiq desək, "Mançester Siti", "Bayern Münhen", "Yuventus" və "Barselona"nın ev sahibliyi edəcəyi matçlar 15 martda UEFA tərəfindən qeyri-müəyyən tarixə təxirə salındı.[6][11] Mövsümün qalan hissəsini yenidən planlaşdırmaq üçün bir işçi heyəti çağırıldı.[12] 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı. İstanbul 2021-ci ildəki finala ev sahibliyi edə biləcək.[7]
17 iyunda Çempionlar Liqası turnirə qaldığı yerdən 7 avqustdan başlanılacağını açıqladı.[13] 1/4 Final mərhələsindən etibarən bütün matçlar Portuqaliyada tək ayaqlı, mini turnir şəklində oynanmalıdır.[13] Bütün matçlar pandemiya ucbatından tamaşaçasız keçiriləcək.
Lisbon |
|
Lissabon |
---|---|---|
Eştadio da Luş (Finalın baş tutduğu stadion) |
Joze Alvalade Stadionu | |
Tutumu: 64642 | Tutumu: 50095 | |
2019–20 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:
Ölkələrin toplam xalları 2013–14 və 2017–18-ci il mövsümlərində Avropa Kuboklarında mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[14]
|
|
|
Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə başlayırlar.[15]
Bu turda mübarizəyə başlayacaq klubların sayı | Bir öncəki turdan gələn klubların sayı | ||
---|---|---|---|
İlkin mərhələ (4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır) |
|
||
Birinci təsnifat mərhələsi (32 klub) |
|
| |
İkinci təsnifat mərhələsi | Çempionlar (20 klub) |
|
|
Çempion olmayan (4 klub) |
|
||
Üçüncü təsnifat mərhələsi | Çempionlar (12 klub) |
|
|
Çempion olmayan (8 klub) |
|
| |
Play-off turu | Çempionlar (8 klub) |
|
|
Çempion olmayan (4 klub) |
| ||
Qrup mərhələsi (32 klub) |
|
| |
1/8 Finala çıxanlar (16 klub) |
|
Cədvəldə hər komandanın mübarizəyə başladığı mərhələ göstərilmişdir. Komandaların olduqları liqadakı tutduqları yerlər mötərizə içərisində verilmişdir.[15]
Çempionlar | Çempion olmayanlar | ||
---|---|---|---|
Yanq Boys (1.) | Slaviya Praqa (1.) |
Çempionlar | Çempion olmayanlar | ||
---|---|---|---|
Ayaks (1.) | PAOK (1.) | Krasnodar (3.) | Brügge (2.) |
Porto (2.) | İstanbul Başakşehir (2.) | ||
Dinamo Kiyev (2.) | LASK Linz (2.) |
Çempionlar | Çempion olmayanlar | ||
---|---|---|---|
Dinamo Zaqreb (1.) | Makkabi Tel-Əviv (1.) | Bazel (2.) | PSV Eyndhoven (2.) |
Kopenhagen (1.) | APOEL (1.) | Viktoriya Plzen (2.) | Olimpiakos (2.) |
LiverpulÇL-Ç (2.) | Tottenhem Hotspur (4.) | RB Leypsiq (3.) | Benfika (1.) |
ÇelsiAL-Ç (3.) | Yuventus (1.) | Bayer Leverkuzen (4.) | Şaxtyor Donetsk (1.) |
Barselona (1.) | Napoli (2.) | Paris Seyn-Jermen (1.) | Genk (1.) |
Atletiko Madrid (2.) | Atalanta (3.) | Lill (2.) | Qalatasaray (1.) |
Real Madrid (3.) | İnter (4.) | Olimpik Lyon (3.) | Red Bull Salzburq (1.) |
Valensiya (4.) | Bayern Münhen (1.) | Zenit (1.) | |
Mançester Siti (1.) | Borussiya Dortmund (2.) | Lokomotiv Moskva (2.) |
ÇFR Kluj (1.) | Astana (1.) | Şkendiya (1.) | Saburtalo Tbilisi (1.) |
Piast (1.) | Rosenborq (1.) | HJK (1.) | Ararat-Armeniya (1.) |
AİK (1.) | Maribor (1.) | Dandolk (1.) | Valletta (1.) |
Qarabağ (1.) | Slovan Bratislava (1.) | Sarayevo (1.) | F91 Düdelanj (1.) |
Ludoqorets Razqrad (1.) | Şerif Tiraspol (1.) | Riqa (1.) | Linfild (1.) |
Srvena Zvezda (1.) | Partizani Tirana (1.) | Nomme Kalyu (1.) | Nyu Seynts (1.) |
Seltik (1.) | Valur (1.) | Süduva Maryampol (1.) | HB Torshavn (1.) |
BATE Borisov (1.) | Ferençvaroş (1.) | Sutyeska Nikşiç (1.) |
Linkoln (1.) | Santa Koloma (1.) | Tre Penne (1.) | Feronikeli (1.) |
Oyunların tarixləri aşağıdakı kimidir. (Qrup mərhələsi istisna olmaqla, bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[16]
Mərhələ | Tur | Püşk tarixi | Birinci oyun | İkinci oyun |
---|---|---|---|---|
Təsnifat mərhələləri | İlkin mərhələ | 11 iyun 2019 | 25 iyun 2019 (yarı final turu) | 28 iyun 2019 (final matçı) |
Birinci təsnifat mərhələsi | 18 iyun 2019 | 9–10 iyul 2019 | 16–17 iyul 2019 | |
İkinci təsnifat mərhələsi | 19 iyun 2019 | 23–24 iyul 2019 | 30–31 iyul 2019 | |
Üçüncü təsnifat mərhələsi | 22 iyul 2019 | 6–7 avqust 2019 | 13 avqust 2019 | |
Play-off | Play-off turu | 5 avqust 2019 | 20–21 avqust 2019 | 27–28 avqust 2019 |
Qrup mərhələsi | 1. oyunlar | 29 avqust 2019 (Monako) |
17–18 sentyabr 2019 | |
2. oyunlar | 1–2 oktyabr 2019 | |||
3. oyunlar | 22–23 oktyabr 2019 | |||
4. oyunlar | 5–6 noyabr 2019 | |||
5. oyunlar | 26–27 noyabr 2019 | |||
6. oyunlar | 10–11 dekabr 2019 | |||
Finala doğru gedilən mərhələlər | 1/8 Final | 16 dekabr 2019 | 18–19 & 25–26 fevral 2020 | 10–11 & 17–18 mart 2020 |
1/4 Final | 10 iyul 2020 | 12–15 avqust 2020 | ||
Yarı Finallar | 18–19 avqust 2020 | |||
Final | 23 avqust 2020, Eştadio da Luş, Lissabon |
Bu mərhələnin püşkü 11 iyun 2019-cu ildə atıldı.[17] Yarı final matçları 25 iyunda, final matçları isə 28 iyun 2019 tarixində oynanıldı. İki mərhələnin də matçları Kosovonun paytaxtı Priştinadakı Fadil Vokri Stadionunda oynanıldı. İlkin mərhələnin qalibi olan Feronikeli növbəti mərhələyə – birinci təsnifat mərhələsinə yüksəldi. Uduzanlar isə Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Feronikeli | 1–0 | Linkoln |
Tre Penne | 0–1 | Santa Koloma |
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Feronikeli | 2–1 | Santa Koloma |
Birinci təsnifat mərhələsinin püşkü 18 iyun 2019-cu ildə atıldı.[18] Mərhələnin birinci matçları 9–10 iyulda, ikinci matçları 16–17 iyulda oynanıldı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar. (Sarayevo – Seltik cütü istisnadır. Çünki əlavə püşkün nəticəsində bu cütün məğlubunun Avroliqanın üçüncü təsnifat mərhələsində mübarizə aparacağı bəlli olmuşdur.)
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Nomme Kalyu | 2–2 (SQ) | Şkendiya | 0–1 | 2–1 |
Süduva Maryampol | 1–2 | Srvena Zvezda | 0–0 | 1–2 |
Ararat-Armeniya | 3–4 | AİK | 2–1 | 1–3 |
Astana | 2–3 | ÇFR Kluj | 1–0 | 1–3 |
Ferençvaroş | 5–3 | Ludoqorets Razqrad | 2–1 | 3–2 |
Partizani Tirana | 0–2 | Qarabağ | 0–0 | 0–2 |
Slovan Bratislava | 2–2 (2–3 pen.) | Sutyeska Nikşiç | 1–1 | 1–1 (ə.v) |
Sarayevo | 2–5 | Seltik | 1–3 | 1–2 |
Şerif Tiraspol | 3–4 | Saburtalo | 0–3 | 3–1 |
F91 Düdelanj | 3–3 (SQ) | Valletta | 2–2 | 1–1 |
Linfild | 0–6 | Rosenborq | 0–2 | 0–4 |
Valur | 0–5 | Maribor | 0–3 | 0–2 |
Dandolk | 0–0 (5–4 pen.) | Riqa | 0–0 | 0–0 (ə.v) |
Nyu Seynts | 3–2 | Feronikeli | 2–2 | 1–0 |
HJK Helsinki | 5–2 | HB Torshavn | 3–0 | 2–2 |
BATE Borisov | 3–2 | Piast | 1–1 | 2–1 |
İkinci təsnifat mərhələsində klublar iki yerə bölünür: Çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 19 iyun 2019-cu ildə atıldı.[19] Mərhələnin birinci matçları 23–24 iyulda, ikinci matçları 30–31 iyulda oynanıldı. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
ÇFR Kluj | 3–2 | Makkabi Tel-Əviv | 1–0 | 2–2 |
BATE Borisov | 2–3 | Rosenborq | 2–1 | 0–2 |
Nyu Seynts | 0–3 | Kopenhagen | 0–2 | 0–1 |
Ferençvaroş | 4–2 | Valletta | 3–1 | 1–1 |
Dandolk | 1–4 | Qarabağ | 1–1 | 0–3 |
Saburtalo | 0–5 | Dinamo Zaqreb | 0–2 | 0–3 |
Seltik | 7–0 | Nomme Kalyu | 5–0 | 2–0 |
Srvena Zvezda | 3–2 | HJK Helsinki | 2–0 | 1–2 |
Sutyeska Nikşiç | 0–4 | APOEL | 0–1 | 0–3 |
Maribor | 4–4 (SQ) | AİK | 2–1 | 2–3 |
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Viktoriya Plzen | 0–4 | Olimpiakos | 0–0 | 0–4 |
PSV Eyndhoven | 4–4 (SQ) | Bazel | 3–2 | 1–2 |
Bir öncəki mərhələdə olduğu kimi bu mərhələdə də klublar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 22 iyul 2019-cu ildə atıldı.[20] İlk matçlar 6 və 7 avqust, ikinci matçlar isə 13 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda mübarizə apardılar. Çempion olmayan klublar isə Avroliqanın qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
ÇFR Kluj | 5–4 | Seltik | 1–1 | 4–3 |
APOEL | 3–2 | Qarabağ | 1–2 | 2–0 |
PAOK | 4–5 | Ayaks | 2–2 | 2–3 |
Dinamo Zaqreb | 5–1 | Ferençvaroş | 1–1 | 4–0 |
Srvena Zvezda | 2–2 (7–6 pen.) | Kopenhagen | 1–1 | 1–1 (ə.v) |
Maribor | 2–6 | Rosenborq | 1–3 | 1–3 |
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
İstanbul Başakşehir | 0–3 | Olimpiakos | 0–1 | 0–2 |
Krasnodar | 3–3 (SQ) | Porto | 0–1 | 3–2 |
Brügge | 4–3 | Dinamo Kiyev | 1–0 | 3–3 |
Bazel | 2–5 | LASK Linz | 1–2 | 1–3 |
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.
Play-off turunun püşkü 5 avqust 2019-cu ildə atıldı.[21] İlk matçlar 20 və 21 avqustda, ikinci matçlar 27 və 28 avqustda oynanacaq.
Çempionlar | Qeyri-çempionlar | ||
---|---|---|---|
Səpələnmişlər | Səpələnməmişlər | Səpələnmişlər | Səpələnməmişlər |
|
|
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Dinamo Zaqreb | 3–1 | Rosenborq | 2–0 | 1–1 |
ÇFR Kluj | 0–2 | Slaviya Praqa | 0–1 | 0–1 |
Yanq Boys | 3–3 (SQ) | Srvena Zvezda | 2–2 | 1–1 |
APOEL | 0–2 | Ayaks | 0–0 | 0–2 |
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
LASK Linz | 1–3 | Brügge | 0–1 | 1–2 |
Olimpiakos | 6–1 | Krasnodar | 4–0 | 2–1 |
Qrup mərhələsinin püşkü 29 avqust 2019-cu ildə Monakodakı Qrimaldi Forumda atıldı.[22] 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:[23][24]
Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1/16 Final mərhələsində oynama hüququ qazanır.
Matçlar 2019-cu ilin 17–18 sentyabr, 1–2 oktyabr, 22–23 oktyabr, 5–6 noyabr, 26–27 noyabr və 10–11 dekabr tarixlərində oynanacaq. Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.
Qrup mərhələsində toplam 16 ölkə təmsil olunur. Bu mərhələdə iştirak edən 32 komandadan 26-sı elə bu mərhələdən turnirə qoşulur. Yalnızca 6 komanda təsnifat mərhələləri və play-off turunu keçərək qrup mərhələsində iştirak etmə hüququnu qazanıb. Atalanta ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir.
|
|
|
|
Rəng |
---|
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər |
2018–19 UEFA Avropa Liqasında 1/16 mərhələsinə keçənlər |
Mübarizəni dayandıranlar |
|
|
|
|
|
|
|
|
Qeydlər:
Qruplarını üçüncü yerdə başa vuran komandalar 2019–20-ci il UEFA Avropa Liqası mövsümünün 1/16 final mərhələsinə qatılır.
Sıra | Qr | Komanda | O | Q | H | U | QT | QF | Xal | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | H | Ayaks | 6 | 3 | 1 | 2 | 12 | 6 | +6 | 10 | Səpələnmişlər |
2 | E | Red Bull Salzburq | 6 | 2 | 1 | 3 | 16 | 13 | +3 | 7 | |
3 | F | İnter | 6 | 2 | 1 | 3 | 10 | 9 | +1 | 7 | |
4 | G | Benfika | 6 | 2 | 1 | 3 | 10 | 11 | −1 | 7 | |
5 | D | Bayer Leverkuzen | 6 | 2 | 0 | 4 | 5 | 9 | −4 | 6 | Səpələnməmişlər |
6 | C | Şaxtyor Donetsk | 6 | 1 | 3 | 2 | 8 | 13 | −5 | 6 | |
7 | B | Olimpiakos | 6 | 1 | 1 | 4 | 8 | 14 | −6 | 4 | |
8 | A | Brügge | 6 | 0 | 3 | 3 | 4 | 12 | −8 | 3 |
Rəng |
---|
Səpələnmiş klublar |
Səpələnməmiş klublar |
Qrup | Qrup birincisi | Qrup ikincisi |
---|---|---|
A | Paris Seyn-Jermen | Real Madrid |
B | Bayern Münhen | Tottenhem Hotspur |
C | Mançester Siti | Atalanta |
D | Yuventus | Atletiko Madrid |
E | Liverpul | Napoli |
F | Barselona | Borussiya Dortmund |
G | RB Leypsiq | Olimpik Lyon |
H | Valensiya | Çelsi |
1/8 Final | 1/4 Final | Yarı Final | Final | |||||||||||||||||||
Tottenhem Hotspur | 0 | 0 | 0 | |||||||||||||||||||
RB Leypsiq | 1 | 3 | 4 | |||||||||||||||||||
RB Leypsiq | 2 | |||||||||||||||||||||
Atletiko Madrid | 1 | |||||||||||||||||||||
Atletiko Madrid (ə.v) | 1 | 3 | 4 | |||||||||||||||||||
Liverpul | 0 | 2 | 2 | |||||||||||||||||||
RB Leypsiq | 0 | |||||||||||||||||||||
Paris Seyn Jermen | 3 | |||||||||||||||||||||
Atalanta | 4 | 4 | 8 | |||||||||||||||||||
Valensiya | 1 | 3 | 4 | |||||||||||||||||||
Atalanta | 1 | |||||||||||||||||||||
Paris Seyn Jermen | 2 | |||||||||||||||||||||
Borussiya Dortmund | 2 | 0 | 2 | |||||||||||||||||||
23 avqust – Eştadio da Luş | ||||||||||||||||||||||
Paris Seyn Jermen | 1 | 2 | 3 | |||||||||||||||||||
Paris Seyn Jermen | 0 | |||||||||||||||||||||
Bayern Münhen | 1 | |||||||||||||||||||||
Real Madrid | 1 | 1 | 2 | |||||||||||||||||||
Mançester Siti | 2 | 2 | 4 | |||||||||||||||||||
Mançester Siti | 1 | |||||||||||||||||||||
Olimpik Lyon | 3 | |||||||||||||||||||||
Olimpik Lyon (SQ) | 1 | 1 | 2 | |||||||||||||||||||
Yuventus | 0 | 2 | 2 | |||||||||||||||||||
Olimpik Lyon | 0 | |||||||||||||||||||||
Bayern Münhen | 3 | |||||||||||||||||||||
Napoli | 1 | 1 | 2 | |||||||||||||||||||
Barselona | 1 | 3 | 4 | |||||||||||||||||||
Barselona | 2 | |||||||||||||||||||||
Bayern Münhen | 8 | |||||||||||||||||||||
Çelsi | 0 | 1 | 1 | |||||||||||||||||||
Bayern Münhen | 3 | 4 | 7 | |||||||||||||||||||
1/8 Final mərhələsinin püşkatma mərasimi 16 dekabr 2018-ci ildə keçirildi.[27] İlk matçlar 18, 19, 25 və 26 fevral, ikinci matçlar isə 10, 11, 17 və 18 mart 2020 tarixlərində oynanacaqdı, ancaq koronavirus pandemiyası səbəbindən 13 martda UEFA yerdə qalan dörd matçın təxirə salındığını açıqladı.[28] 17 iyun 2020-ci ildə UEFA yerdə qalan matçların 7–8 avqust tarixində oynanacağını açıqladı.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Borussiya Dortmund | 2–3 | Paris Seyn Jermen | 2–1 | 0–2 |
Real Madrid | 2–4 | Mançester Siti | 1–2 | 1–2 |
Atalanta | 8–4 | Valensiya | 4–1 | 4–3 |
Atletiko Madrid | 4–2 | Liverpul | 1–0 | 3–2 (ə.v) |
Çelsi | 1–7 | Bayern Münhen | 0–3 | 1–4 |
Olimpik Lyon | 2–2 (SQ) | Yuventus | 1–0 | 1–2 |
Tottenhem Hotspur | 0–4 | RB Leypsiq | 0–1 | 0–3 |
Napoli | 1–4 | Barselona | 1–1 | 1–3 |
Bu mərhələnin püşkatma mərasimi 10 iyul 2020-ci ildə keçirildi.[6][29] Bu mərhələdən etibarən matçlar tək ayaqlı oynanacaq və 12–15 avqust tarixlərində keçiriləcək.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Mançester Siti | 1–3 | Olimpik Lyon |
RB Leypsiq | 2–1 | Atletiko Madrid |
Barselona | 2–8 | Bayern Münhen |
Atalanta | 1–2 | Paris Seyn Jermen |
Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 10 iyul 2020-ci ildə müəyyənləşəcək.[29] Matçlar 18–19 avqust tarixlərində oynanacaq.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
RB Leypsiq | 0–3 | Paris Seyn Jermen |
Olimpik Lyon | 0–3 | Bayern Münhen |
23 avqust 2020 23:00 (Azərbaycan saatı ilə) |
|
Eştadio da Luş, Lissabon Tamaşaçı: 0[30][note 1] Hakim: Daniele Orsato (İtaliya) |