From Wikipedia, the free encyclopedia
Saburtalo Tbilisi FK (gürc. საბურთალო) — Gürcüstanın Tbilisi şəhərini təmsil edən Gürcüstan futbol klubudur.[1] Hal-hazırda klub Gürcüstan Milli Futbol Çempionatında mübarizə aparır və öz ev oyunlarını Bendela stadionunda keçirir.
Saburtalo Tbilisi FK | |
---|---|
Klubun tam adı | (ing.) Football Club Saburtalo Tbilisi |
Ölkə | Gürcüstan |
Yaranma tarixi | 20 avqust 1999 |
Stadionu | Bendela stadionu, Tbilisi |
Tutumu | 1.800 |
Prezidenti | Tariel Xeçikaşvili |
Baş məşqçisi | Giorgi Çiabrişvili |
Liqa | Gürcüstan Milli Futbol Çempionatı |
2023 | 6. |
Rəsmi saytı |
Saburtalo 20 avqust 1999-cu ildə Tbilisidə yaradılmışdır.[2] 2005-ci ildə klubu Iberia Business Group ("Iberia Biznes Qrup") və onun sahibi – sonradan Gürcüstanın İdman və Gənclərlə İş üzrə Nazir olmuş Tariel Xeçikaşvili alıb.
Saburtalo ölkənin ən yaxşı futbol akademiyalarından birinə malikdir. Klubun 1800 tamaşaçı tutumuna malik Bendela adlı tam ölçülü stadionu var.
2016-cı ilin martında Manolo Hierro klubun idman direktoru təyin edilib.[3]
Saburtalo Tbilisinin mərkəzi rayonlarından birinin adıdır, hansı ki, bu da gürcü dilindən tərcümədə "top oynamaq üçün yer" deməkdir
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.