11 sentyabr 2001-ci ildə başlayan beynəlxalq kampaniya From Wikipedia, the free encyclopedia
Terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) və ya Terrorizmlə müharibə (ing. War on Terrorism) — 11 sentyabr terror aktlarından sonra ABŞ-nin başçılığı ilə başladılan beynəlxalq hərbi kampaniya. NATO üzvü olan bütün ölkələr və üzv olmayan bəzi ölkələrin qoşulduğu bu kampaniya əl-Qaidə və digər terrorist qruplara qarşı başladılmışdır.
"Terrorla müharibə" ifadəsi ilk dəfə ABŞ-nin sabiq prezidenti Corc V. Buş tərəfindən 20 sentyabr 2001-ci ildə işlədildi.
11 sentyabr 2001-ci ildə baş verən dörd hadisə ABŞ höküməti tərəfindən mülki vətəndaşları və əsgərləri hədəf alan terror aktları olaraq açıqlanmışdı. Hökümətin araşdırması və 11 Sentyabr Komissiyasının verdiyə məlumata əsasən sərnişin təyyarələri Üsamə bin Ladenin başçılığı altında olan Əl-Qaidə terror qrupunun 19 üzvü tərəfindən ələ keçirildi və terror törədildi.[6][7][8][9]
Aktiv Səy Hərəkatı (ing. Operation Active Endeavour) Aralıq dənizində yerləşən NATO Dəniz Hərəkatıdır. Hərəkatın məqsədi terroristlərin fəaliyyətini və silah ələ keçirmələrinin qarşısını almaqdır.[10][11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.