From Wikipedia, the free encyclopedia
Supergörl (ing. Supergirl) — ABŞ istehsalı, Ali Edler, Qreq Berlanti və Andreu Kresinber (sondan ikisi Ox və Fləş seriallarının yaradıcılarıdır) tərəfindən yaradılmış DC Comics-in eyni adlı obrazı əsasında çəkilmiş fantaziya, döyüş və dram teleserialı. Serialın 26 oktyabr 2016-cı ildə CBS kanalında yayımlanmağa başladı. Otto Binder və Al Plastino tərəfindən komiks üçün yaradılmış Supergörl rolunu aktrisa Melissa Benoist ifa edib. Supergörl Supermen-in xalası qızıdır və hər ikisi Kriptoniyadan sağ qalmış adamlardır.
Supergörl | |
---|---|
Supergirl | |
| |
Janr |
Super qəhrəman Döyüş Dram |
Əsaslanır | Cerri Siqel və Co Şuster tərəfindən DC Comics üçün yaradılmış obraz |
İlk baxış tarixləri | 26 oktyabr 2016 |
Prodüser |
|
Yaradıcısı |
Qreq Berlanti Ali Edler Andreu Kreisnberq |
Rollarda |
|
Bəstəkar | Bleyk Nili |
İstehsalçı ölkə | ABŞ |
İl | 2015 |
Studiya |
|
Dil | İngiliscə |
Növü | Teleserial |
Rəng | rəngli |
Mövsüm sayı | 6 |
Seriya sayı | 126 |
Seriya vaxtı | 45 dəqiqə |
Davametmə müddəti | 26 oktyabr 2016-indiyədək |
Telekanal | |
IMDb | ID4016454 |
Format | HDTV 1080i |
cwtv.com/shows/supergirl/ | |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin sentyabr ayında serial üçün öhdəlik götürüldükdən sonra 6 may 2015-ci ildə serial rəsmi olaraq çəkilişlər üçün hazırlandı və tam mövsüm olması qərarı 30 noyabr 2015-ci ildə verildi. 12 may 2016-cı ildə Warner Bros. serialın ikinci mövsümünün olacağını və yayımının CBS kanalından The CW kanalına keçəcəyini bildirdi. İkinci mövsüm 10 oktyabr 2016-cı ildə yayımlandı. 8 yanvar 2017-ci ildə CW serialın üçüncü mövsüm üçün yenilədi.
Kara Zor-El 13 yaşı olarkən Yer kürəsinə valideynləri Zor-El və Alura tərəfindən məhv olmaq üzrə olan Kripton planetindən onun xilas ola bilməsi üçün göndərdi. Kara həmçinin xalası oğlu olan Kal-Eli də qorumalı idi. Kriptondan ayrılarkən Karanın kosmik gəmisi Kriptonun partlayışı zamanı baş vermiş güclü dalğanın təsiri nəticəsində Fantom Zonaya düşür və 24 il orada qalır. Kosmik gəmi oradan xilas olarkən Kara hələ də 13 yaşında idi. Lakin onun xalası oğlu isə artıq böyümüş və Supermen olmuşdu. Yerə çatdıqdan sonra Supermen onu Danvers ailəsinə övladlığa verir. Serial 11 ildən sonra artıq Karanın öz güclərindən istifadəni öyrənməyə başlaması ilə başlayır.[1]
Birinci mövsümdə Kara Supergörla çevrilərək yaşadığı şəhərdə milli qəhrəmana çevrilir. Kara Kriptondakı yüzlərlə kriminaistin Yerdə gizləndiyini öyrənir. Daha sonra isə bunlar arasında anasının əkiz bacısı Astra və həyat yoldaşı Nonun olması məlum olur. Onlar Yerdə hakimiyyəti ələ keçirtmək niyyətindədirlər. Bütün mövsüm boyunca Kara bütün düşmənlərin hədəfindədir. Buna səbəb isə onun Supermen ilə olan əlaqəsidir. Kara bu düşmənlərə qarçı mübarizəsində yalnız bir neçə insana inanır və onlar onun əsl kimliyini bilir. Bunlar isə onun övladlıq bacısı Aleks və onun yaxın dostları Ceyms Olsen və Vinn Skotdur.[2]
İkinci mövsümdə Kara və müttəfiqləri Yerin əsas əhalisi ilə digər dünyaların əhalisi arasındakı davalara aydınlıq gətirməyə çalışırlar. Burada bəzi Kadmus Layihəsi kimi gizli təşkilatların olması üzə çıxır. Beləki bu təşkilat Supermenin anasının əsas düşməni olan Lexk Lutorun köməyi ilə Lilian Lutor tərəfindən idarə olunur. Bu vaxt ərzində Kara Lilianın ögey qızı olan Lena Lutor ilə dostlaşır və Kripton planetinin qonşuluğunda olan Daksam planetindəki idarə sistemindən qaçmış şahzadə Mon-El ilə romantik münasibətə başlayır. Aleksin homoseksual olduğu məlum olur və o Magi Sauer ilə münasibətdədir.
Serialın birinci mövsümü 26 oktyabr 2016-cı ildə CBS kanalında yayımlandı. 12 may 2016-cı ildə Warner Bros. serialın ikinci mövsümünün olacağını və yayımının CBS kanalından The CW kanalına keçəcəyini bildirdi. İkinci mövsüm isə 10 oktyabr 2016-cı ildə yayımlandı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.