Remove ads
From Wikipedia, the free encyclopedia
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq.
Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır. Bunlardan biri onun praktiki, digəri isə onun nəzəri tərəfidir. Yəni, hər hansı bir predmetin nəzəriyyəsidir. Təcrübə göstərir ki, nəzəriyyə mövcud materialdan, praktikadan doğur, onlardan irəli gəlir.
Bütün bədii sənətin özünəməxsus nəzəri əsasları olduğu kimi, dramın da nəzəri əsasları, nəzəriyyəsi mövcuddur və bizim sizinlə birlikdə keçəcəyimiz predmet dramın nəzəri əsaslarını öyrənməyə, mənimsəməyə xidmət edəcəkdir.
Dram janrı mövcud olandan bu günə kimi dramın nəzəri problemlətrinə dair çoxlu əsərlər yazılmışdır. Ədəbiyyatın başqa növləri ilə müqayiisədə dramın nəzəriyyəsi haqqında yazılan elmi əsərlər üstünlük təşkil edir.
Təkcə onu demək kifayətdir ki, antik dövrdən başlayaraq, XIX əsrə kimi dram haqqında təlim eyni zamanda bütövlükdə bədii sənət haqqında nəzəriyyə idi. Drama və teatra bədii yaradıcılıq imkanlarını həyata keçirən bir vasitə kimi baxılırdı. [[Aristo"Poetika" əsəri dramatik janrlardan biri olan faciənin təliminə həsr olunmuşdur. Klassizm dövrünün ədəbiyyatı da dramaturgiyanın problemlərini ön plana çəkirdi. Maarifçilik dövründəki sənətin nəzəriyyəsi də xeyli dərəcədə teatrın estetikası ilə əlaqəli idi. Və nəhayət, Hegelin estetik sistemi də dramatik sənət haqqında anlayışlarla yüklənmişdir. Onun "Estetika haqqında mühazirələr" əsərində dram sənətinin bir sıra nəzəri məsələləri işıqlandırılmılşdır.
Keçmiş əsrlərin dram nəzəriyyəsini estetik fikrin böyük nailiyyətləri kimi qiymətləndirmək olar. Əldə edilmiş bu nailiyyət ədəbiyyat və teatr sahəsindəki müasir mütəxəssislər üşün də əhəmiyyətli və qiymətlidir. V. Xalizev " Драма как явление искусства " əsərində göstərir ki, dramın klassik nəzəriyyəsinə dair bir çox məsələlər köhnəlmişdir. Keçmiş yüziliklərin nəzəriyyəçiləri tarixi lokal təcrübəyə əsaslandıqlarından onların mühakimələri, mülahizələri sənətin sonrakı inkişafına uyğun gəlmirdi.
Bununla belə, dramın klassik nəzəriyyəsi normativ şəkildə idi. Onlar yazıçıların yaradıcılıq imkanlarını bir çox hallarda məhdudlaşdırırdılar. Bizim dövrün sənəti, o cümlədən, teatral-dramatik sənət bütün doqmatik normativlərdən uzaqlaşmağı tələb edir. Bununla əlaqədar olaraq dram nəzəriyyəçiləri keçmişin dram nəzəriyyəsinə tənqidi yanaşmaq, yəni nəyin köhnəldiyini və hansı xüsusiyyıtin bu gün də əhəmiyyət kəsb etdiyini aydınlaşdırmağı tələb edir.
Digər tərəfdən də dramın estetikada üstünlük təşkil etməsi onun öyrənilməsi üçün bəzi mənfi nəticələri olmuşdur. Nəzəri işlərdə təkcə drama deyil, y digər epik əsərlərə xas olan cəhətlər (xarakterlərin təsviri, konflikt, süjet, kompozisiya) ön plana çəkilirdi. Məhz drama məxsus xüsusiyyətlər az öyrənilirdi. Bu fikri görkəmli teatr və dram nəzəriyyəsi tarixçisi A. Anikstin dram nəzəriyyəsini öyrənilməsinə dair həsr edilmiş faktlarla zəngin olan bir neçə kitabları buna sübut ola bilər. Dramatik sənətin nəzəriyyəsi sferasına əsas etibarilə Aristoteldən tutmuş bizim dövrümüzə qədər katarsis, tragiklik və komiklik, fərdi və tipiklik, xarakterlər və konfliktlər və s. bu kimi problemlər daxildir. Dramatik sənətin təkrarolunmaz xüsusiyyətləri bu gün də lazımı səviyyədə aydınlaşdırılmamışdır.
Keçmiş İttifaqın bir çox nəzəriyyəçiləri, tənqidçiləri, yazıçıları da dramaya söz sənətinin hüdudlarından kənara çıxan sintetik forma kimi baxmışlar. Onlar dram haqqında danışarkən çox zaman rejissor tərəfindən tamaşaya qoyulan və aktyorlar tərəfindən oynanılan bədii teksti deyil, dramatik tamaşanın özünü nəzərdə tuturlar. Bu zaman drama sənətinin pantomima sənəti ilə sintezi kimi, obrazın təkcə söz ilə deyil, həm də incəsənətin başqa növlərinə xas olan bədii vasitələrlə yaradıldığı əsər kimi müəyyənləşdirilir. Drama haqqında belə mülahizələr onu ədəbiyyatın hüdudlarından kənara çıxarır, onu sanki teatr sənətində əridir.
Və nəhayət, dördüncüsü, "drama" sözü ədəbiyyatın növlərindən biri adlanır. Asristoteldən və Platondan başlayaraq, drama söz sənətinin növlərindən biri kimi nəzərdən keçirilir.
Dramatik əsər süjetlidir. Onlarda zaman və məkan, cərəyan edən hadisələr göstərilir.
Süjetin söz ilə ifadə olunması üçün iki üsul mövcuddur: birincisi, əvvəllər baş vermiş hadisələr haqqında "kənardan" danışılsın; ikincisi , personajların özlərinin nitqləri. Bu bədii nitq arasındakı münasibət epos və dramın özünəməxsusluğunu müəyyən edir.
Eposda nəqletmə və iştirakçıların nitqləri sərbəstdir. Eposun imkanları daha genişdir ki. bunu dram haqqında demək olmaz. Dramın mətni aktyorlar üçün səhnədən deyilmək, söylənmək məqsədilə nəzərdə tutulur. O eposa məxsus olan universallıqdan məhrumdur.
Dramatik əsər hər şeydən əvvəl öz həcminə görə məhduddur. Bunu da teatral sənətin şəraiti tələb edir. Dramatik əsərlər portret və peyzaj xarakteristikaları, ətraf mühitin təsviri, əsərdəki hadisələr iştirakçıların sözlərində öz ifadələrini tapır.
Dramın xarici xsüsusiyyətləri nəzəriyyəçi alimlərin diqqətini cəlb etmişdir. Alman romantizmi dövründən etibarən dramın nəzəri cəhətdən təhlili fəlsəfi koteqoriyaların köməyi ilə aparılmalıdır. Məsələn, Hegel dramaya obyektivlik ilə subyektivliyin sintezi kimi baxmışdır.
Dramatik əsərin özünəməxsusluğu hər şeydən əvvəl onların nitqləri ilə müəyyənləşdirilir. Dramın ədəbi növü kimi xarakterizə olunmuş xüsusiyyətləri ilkindir, başlanğıcıdır. Məhz dramatik əsərlərin tanıma imkanları onlarla şərtlənmişdir ki, onlar haqqında gələcəkdə danışılacaqdır.
Dram nəzəriyyəsinə dramatik poeziyanın sosial təbiətinin, ideya-bədii əsaslarının və xüsusiyyətlərinin, onların mahiyyətinin və təyininin, yəni vəzifəsinin tədqiqi, dramaturji strukturanın kökü, onun tarixi cəhətdən formalaşan və inkişaf edən janrlarının dəyişikliyi, ayrı-ayrı dramaturji əsərlərin quruluşu, təhlil prinsipi və s. daxildir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.