Roma imperiyası
e.ə. 27 — e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət / From Wikipedia, the free encyclopedia
Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-ci illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət.
Qədim Roma tarixi | |
Dövrlər | |
Roma çarlığı | |
Roma Respublikası | |
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | |
Respublika konstitusiyası | |
Magistratlar | |
Fövqəladə magistratlar | |
Titullar | |
Sülalələr | |
| |
Əhali, inzibati və sosial tərkib | |
Qədim Romada hüquq | |
Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.