From Wikipedia, the free encyclopedia
Qərbi Roma imperiyası (lat. Imperium Romanum Occidentale) — 285-ci ildə Diokletianın reformasından sonra Roma imperiyasının qərb hissəsinin adı. Qərbi imperiyanın mövcudluğu III–V əsrləri əhatə edir. İmperiya qərb və şərq hissələrə bölündükdən və Roma paytaxt funksiyasını itirdikdən sonra, əvvəlcə Mediolan (müasir Milan) sonradan 402-ci ildən Ravenn, V əsrdən etibarən təzədən Roma Qərbi Roma imperiyasının paytaxtına çevrilir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tarixi dövlət | |||
Qərbi Roma imperiyası | |||
---|---|---|---|
lat. Imperium Romanum Occidentale | |||
|
|||
« lat. Senatus Populusque Romanus (SPQR) Roma Xalqı və Senatı |
|||
|
|||
|
|||
Paytaxt |
Roma (rəsmi) (286-402) Milan (402-476) Ravenna |
||
Dilləri | latın dili | ||
Rəsmi dilləri | Latın dili | ||
Dövlət dini |
Politeizm (380-ci ilədək) Xristianlıq (380-ci ildən sonra) |
||
Ərazisi | 2 000 000 km² | ||
İdarəetmə forması |
Monarxiya, Tetrarxiya (293-313) |
||
Dövlət başçıları | |||
İmperator | |||
• 395–423 | Flaviy Honori | ||
• 475-476 | Romul Avqust | ||
Konsullar | |||
• 395 -476 |
Flaviy Aniçi Hermogenian Olybriy Flaviy Aniçi Probin Basilisk Flaviy Armat |
||
Vikianbarda əlaqəli mediafayllar |
Qədim Roma tarixi | ||
Dövrlər | ||
Roma çarlığı | ||
Roma Respublikası | ||
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | ||
| ||
Respublika konstitusiyası | ||
| ||
Magistratlar | ||
| ||
Fövqəladə magistratlar | ||
| ||
Titullar | ||
| ||
Sülalələr | ||
| ||
Əhali, inzibati və sosial tərkib | ||
| ||
Qədim Romada hüquq | ||
| ||
III əsrdə Diokletian Roma imperiyasını iki hissəyə (hər biri özlüyündə ikiyə parçalanmaqla) bölməklə necə deyərlər tetraarxiya sistemini yaratmış olur. Ömrü çox çəkməyən tetraarxiya Böyük Konstantinin hakimiyyəti altında imperiya birləşdirildikdən sonra ləğv edilir. Amma Böyük Konstantinin vəfatından sonra imperiya üç oğlu arasında təzədən bölünür. 350-ci ildə iki qardaşın — II Konstantin və Konstantın ölümü imperiyanın təzədən II Konstançın hakimiyyəti altında birləşməsinə səbəb olur. İmperiyanın yenidən parçalanması imperator İovianın ölümündən sonra 364-cü ilə təsadüf edir. Seçilmiş imperator I Valentinian Qərbi imperiyanın, qardaşı II Valent isə Şərqi imperiyanın hakiminə çevrilir. Bölünmüş hakimiyyət üsuluna baxmayaraq rəsmən bütöv sayılan imperiya 394-cü ilədək mövcudluğunu qoruyub saxlaya bilmişdir. 394-cü ildə I Feodosi imperiyanın qərb hissəsini qəsb edərək qısa müddətə birləşmiş imperiyanın sonuncu imperatoruna çevrilmiş olur. 395-ci ildə I Feodosinin ölümündən sonra oğlanları Honnori qərbi, Arkadi isə şərqi imperiyanın imperatoruna çevrilirlər. 60 il ərzində imperiyanın qərbi Feodosinin övladları tərəfindən məhz Ravennadan idarə edilmişdir. Honnoridən sonra hakimiyyətə III Valentinian (423–455) gəlir. V əsrdən başlayaraq Roma tarixinin qara günlərini yaşamış olur. Hunların, german və vandal tayfalarının aramsız hücumları altında ərazisinin böyük bir hissəsini itirən darmadağın edilmiş Roma tənəzzül etməyə başlayır. Qərbi Roma imperiyası rəsmi olaraq 4 sentyabr 476-cı ildə germanların başçısı Odoakr tərəfindən sonuncu Qərbi Roma imperatoru olan Romul Avqustun devrilməsi ilə süqut etmiş olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.