Triumvirat

From Wikipedia, the free encyclopedia

Triumvirat

Triumvirat (lat. tres — üç və vir — kişi, "üç kişi ittifaqı") — Qədim Romada siyasətçi və sərkərdələrin e.ə. I əsrdə vətəndaş müharibəsi dövründə hakimiyyəti ələ keçirmək üçün siyasi ittifaq.

İlk triumvirat

border=none Əsas məqalə: I Triumvirat

E.ə. 60 cı ildə Qay Yuli Sezar, Qney Pompey (Böyük)Mark Lisini Krass qeyri rəsmi olaraq ittifaq qururlar. Sonralar bu ittifaq "İlk triumvirat" adlandırılmağa başlanır. E.ə. 56 cı ildə ittifaq Qay Yuli SezarQney Pompeyin səyləri ilə yenilənmişdir. Diktator Lusi Korneli Sullanın istefasından sonra Qay Yuli SezarQney Pompey Roma siyasətində əsas fiqurlara çevrilmiş olurlar.
İlk triumvirata daxil olmuş şəxslərin büstləri:

İkinci triumvirat

E.ə. 43-ci ildə Oktavian Avqust, Mark AntoniMark Emilliy Lepid qanunla təsdiqlənmiş İkinci triumvirat ittifaqını qururlar. E.ə. 36-cı ildə Lepid ittifaqdan qovulur, e.ə. 31-ci ildə Mark Antoni Oktavianın ordusuna məğlub olduqdan sonra e.ə. 30-cu ildə intihar edir.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.