Qərbi Şpisbergen
From Wikipedia, the free encyclopedia
Qərbi Şpisbergen (norv. Spitsbergen) Şpitsbergen arxipelaqına daxil olan ada. Adanın cənub sahillərini Atlantik okeanın suları, şimal sahillərini isə Şimal Buzlu okeanın suları yuyur.
Qərbi Şpisbergen adası | |
---|---|
norv. Spitsbergen | |
Ümumi məlumatlar | |
Sahəsi | 39 044 km² |
Hündür nöqtəsi | 1717 m |
Əhalisi |
|
Yerləşməsi | |
78°45′00″ şm. e. 15°30′00″ ş. u. | |
Ölkə | Norveç |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi — 39 044 km² (və ya 37 673 km²) təşkil edir.
XIX əsrdə Rusiya imperiyası, Norveç və İsveç ada haqqında ilk razılaşmanı imzalamışlar.
9 fevral 1920-ci il razılaşmasına əsasən, Qərbi Şpisbergen digər adalarla birlikdə Norveçə verilir. Bu müqaviləyə qol çəkən 39 dövlət adalarda təsərrüfat işlərində istifadə hüququ verilirdi Adada daş kömür aşkarlanan zaman aktivlik artsa da hal-hazırda adada iqtisadi aktivlik Norveç və Rusiyaya məxsusdur.
Ruslar Şpisbergendə kömür mədəninə malikdirlər və onun şelf sularında balıq ovu edirlər. Bu isə Norveçlə münqişəyə səbəb ola bilər[1]. Arxipelaqın şelf ərazisində neft və qaz ehtiyatının olması ehtimal edilir[2].
Adada Lonqyir hava limanı vardır. Şaxtaya işçlər liman vastəsi ilə çatdırılır.
Bu az məskunlaşılmış adanın əhalisi əsasən elmi işlərdə və turizm, kömür hasilatı kimi sahələrdə işləyir.