İsveç
Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət / From Wikipedia, the free encyclopedia
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir.
İsveç | |||||
---|---|---|---|---|---|
isv. Konungariket Sverige[1] | |||||
| |||||
Rəsmi dilləri |
|
||||
Paytaxt | Stokholm | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya, Nümayəndəli demokratiya | ||||
• Əhali |
|
||||
Valyuta | İsveç kronu | ||||
İnternet domeni | .se | ||||
ISO kodu | SE | ||||
BOK kodu | SWE | ||||
Telefon kodu | +46 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər). İsveç inzibati olaraq 21 ərazi vahidindən ibarətdir: Blekinge, Dalarna, Gavleborg, Gotland, Halland, Jamtland, Jönkoping, Kalmar, Kronoberg, Norrbotten, Örebro, Östergotland, Skan, Sodermanland, Stokholm, Uppsala, Varmland, Vasterbotten, Vasternorrland[4].
İsveçin uzun müddətli müstəqillik ənənələri var, ölkə öz müstəqilliyini hələ orta əsrlərdə əldə etmişdir. XVII əsrdə İsveç öz torpaqlarını genişləndirərək imperiya halına gətirmişdir. Lakin sonradan XVIII və XIX əsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirmiş, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olunmuşdur. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmaqdadır.