Prokletie dağları
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Prokletie[1] (mont. Проклетије, serb. Проклетије, "проклятие") / Şimali-Alban Alpları[2] (alb. Bjeshkët e Nemuna) — Balkan yarımadasında dağ massivi. Massiv Albaniya, Monteneqro və Serbiya (Kosovo) sərhəddində yerləşir. Uzunluğu 100 km olan massiv. Dinar dağları sisteminə aiddir.
Prokletie/Şimali-Alban Andları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2692 m |
Uzunluğu |
|
Eni | 40-90 km |
Sahəsi | 2240 km² |
Hündür nöqtəsi | Ezersa |
Yaranma dövrü | Yura dövrü |
Süxurları | əhəngdaşı, dolomit |
Yerləşməsi | |
42°26′ şm. e. 19°49′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ən yüksək zirvəsi — Ezersa dağıdır (2692 м[3]), digər yüksək zirvələri:Radoxina (2570 m), Cyaravisa (2656 m[3], Kosovonun ən hündür zirvəsi), Şkelzeni (2407 м), Tromeda (2366 m) və başqaları. Prokletie massivi üç ölkənin sərhəd zonasında yerləşir: Albaniya, Montenqro, Serbiya (Kosovo). Yaxınlığda Peç (Kosovo), Cyakovisa (Kosovo), Bayram-Surri (Albaniya), Podqoritsa və Qusine (Monteneqro) şəhərləri yerləşir.
Massiv Şkoder gölünün şimal-qərb qurtaracağından başlayır. Massivin cənub yamacı Drin çayı tərəfindən yuyulur. Şimal və şimal-qərb yamacı isə Lim, Moraça çaylarının qolları tərəfindən yuyulur.
Dağlar əhəngdaşı, dolomit və şist tərkibli süxürlardan təşkil olunub. Ərazidə karst geniş yayılıb. Dağların yamacları çox parçalanmış və 1700–1800 metr yüksəkliyə qədər ərazilər meşə ilə örtülüdür. Meşələrdə palıd, fıstıq, ağcaqayın, şabalıd, küknar və şam ağacları geniş yayılıb. Daha yüksək ərazilərdə — alp çəmənlikləri geniş ərazi tutur[4][4].
2009-cu ildə Prokletie dağlarında dörd buzlaq aşkar edilmişdir (1980–2240 m). Buzlaqlar dağların şimal-şərqində yerləşən dərin karlarda yerləşir. Buzlaqlar bölgə üçün xarakterik olan qar xəttindən yetərincə aşağıda meydana gəlmiş. Buna səbəb ərazidə tez-tez müşahidə edilən çovğunlar və qar örtüyünün çoxluğudur. Qar örtüyünün qalınlığı 4–5,5 metr su kütləsinə ekvivalentdir[5][6].
2008-ci ildən bölgədə dağ turizmi və alpinizm geniş yayılıb. Kosovo ərazisində isə hətta qış turizmi inkişaf etdirilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.