Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.
Fıstıq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Fagoideae Cins: Fıstıq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Fıstıq meşələri
Azərbaycanda ən geniş yayılanı fıstıq meşələri olub respublikanın ümumi meşə fondunun 32 faizə qədərdir. Kiçik Qafqazın cənub yamacı rayonlarında (Laçın, Qubadlı, Zəngilan) və Naxçıvan MR-dən başqa fıstıq respublikanın bütün dağ rayonlarında bitir. Kiçik Qafqazın cənub rayonlarında fıstığın yayılmasına quru kontinental iqlim şəraiti maneçilik törədir. Kiçik Qafqaz dağlarında fıstığın şərq sərhədi Dağlıq Qarabağda Hadrud və Xocavənd rayonları arasında Kirs dağının şimal hissəsində müşahidə olundu.
Böyük Qafqazın şimal-şərq makroyamacında fıstığın şərq sərhədi Ataçay və Tığçay hövzəsindədir.
Böyük Qafqazın cənub yamacında meşə bitkisinin, o cümlədən fıstığın şərq sərhədi şimal makroyamaca nisbətən qərbdən keçir. Fıstığın şərq sərhədinin belə qısalması fikrimizcə cənub makroyamacında iqlimin xeyli quraq olmasıdır, burada insanın təsərrüfat fəaliyyəti də mühüm rol oynamışdır.
Respublikamızın dağlarında müxtəlifotlu, topallı, ölü örtüklü, çətiryarpaqlı, qaraçöhrəli, subalp, dəfnəgilaslı fıstıq meşə tipləri yayılmışdır. Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində fıstıq ağaclıqları ilkin quruluşunu və ilkin populyasiyalarını itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tipləri əmələ gəlmişdir. Talış dağlarının orta və yuxarı dağ-meşə qurşaqları demək olar ki, meşə örtüyündən tamamilə azad edilmişdir. Nisbətən yaxşı vəziyyətdə meşələr əsasən dəniz səthindən 700-800m hündürlüyə qədər olan ərazidə saxlanmışdır. Nisbətən geniş sahələrdə fıstıq meşələrinə Lerik və Astara rayonlarında dəniz səthindən 1000-1200 m-ə qədər olan ərazidə rast gəlmək olar. Çox nadir hallarda dəniz səthindən 1600m yüksəklikdə kiçik sahələrdə seyrəlmiş fıstıq meşələrinin qalığına təsadüf edilir.
İnsanın təsərrüfat fəaliyyətinin xarakterindən, müddətindən və intensivliyindən asılı olaraq fıstıq meşələrinin deqradasiyası müxtəlif istiqamətdə olmuşdur. Nisbətən az meylliyə malik olan yamaclarda fıstıq meşələrində ağacların özbaşına qanunsuz kəsilməsi nəticəsində aşağı doluluqlu ağaclıq və ya seyrəklik əmələ gəlir. Belə sahələrə əsasən yaşayış məntəqələrinin yaxınlığında rast gəlinir, onlar az məhsuldarlığa malik olur, ağacların təpə hissəsi və qol-budağı kəsilmiş halda olur.
Fıstıq qurşağında təsərrüfatın səmərəsiz aparılması ilə əlaqədar olaraq yüksək məhsuldar ilkin fıstıq meşələri aşağı doluluqlu və az məhsuldar törəmə tipli vələs ağaclıqları ilə əvəz olunmuşdur.
Böyük Qafqazın cənub yamacında fıstığın kolluqlarla dəyişilməsi insan fəaliyyətinin təsirilə yaşayış məntəqələrinin yaxınlığında baş verir, meşəsizləşdirilmiş sahələrdə çox vaxt böyürtkan, fındıq və ayıdöşəyi cəngəlliyi əmələ gəlir.
Kiçik Qafqazın orta dağ meşə qurşağında meşəsizləşdirilmiş sahələrə böyük massivlər şəklində rast gəlinir. Hazırda bu massivlər mütəlif kollarla (yemişan, dovşanalması, əzgil, topulqa. itburnu, alça və s. örtülüdür. Lakin bu kollar çox nadir halda xüsusi qruplaşmalar yaradır, onlar əsasən sıx çəmən, bozqırlaşmış çəmən və bozqır bitkiləri fonunda tək-tək və qrup halında yayılmışdır, tərkibində meşəyaradan ağac cinslərinin cavan pöhrələrinə də rast gəlinir.
Təbabətdə
Fıstıq paxlalarının tərkibində 35%-dən çox zülal, 50% yağ və insana lazım olan vitamin və mikro elementlərin bir çoxu vardır. 100 qr məhsulun enerji dəyəri – 548 kkal.
Bitki yağları, fol turşusu, amin turşuları, A, D, E, K, B1, B2, PP, C vitaminləri ilə və natrium, kalsium, kalium, maqnezium, fosfor, sink və dəmirlə zəngindir.
Sinir toxumaları, ürək, qaraciyər, və başqa orqanların fəaliyyətini yaxşılaşdırır. Hüceyrələrin böyüməsi və yenilənməsinə, qandakı xolesterinin miqdarının azalmasına kömək edir, qırışları hamarlaşdırır.
Öd qovucu vasitə kimi istifadə olunur. Yuxusuzluq, yorğunluq zamanı faydalıdır. Yaddaşı, diqqəti və eşitməni gücləndirir. Hər gün 30 qr fıstıq yemək, ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.
Tərkibindəki B1 vitamini qan yaradıcı xüsusiyyətə malikdir, qandakı xolestrolu salır, qavrama qabiliyyətini yaxşılaşdırır, mədə, bağırsaq, ürək üçün xeyirli qidadır. Yaşlanmağın qarşısını alan fıstıq siqaretin və spirtli içkinin təsirini azaldır. Yer fıstığının tərkibindəki B3 vitamini qan dövranını yaxşılaşdırır, zehni gücləndirir.[3]
İstinadlar
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.