From Wikipedia, the free encyclopedia
Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt.
Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasında və Cənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur.
Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir. Məsələn, Böyük Qafqazda cənub yamacında qar xətti 4000 m, şimal yamacında isə 3500 m təşkil edir[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.