Potsdam
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Potsdam (alm. Potsdam [ˈpɔtsdam]) — Almaniyanın şərqində Brandenburq torpağında yerləşən şəhər. Brandenburq torpağının paytaxtıdır. Hafel çayının sahilində və bir biri ilə birləşmiş göllərin yaxınlığında yerləşir. Berlin şəhərindən 20 km cənub-qərbə yerləşir[1]. 1945-ci ildə Potsdam konfransı bu şəhərdə keçirilmişdir.[2]
Şəhər | |
Potsdam | |
---|---|
Potsdam | |
52°24′ şm. e. 13°04′ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Torpaq | Brandenburq |
Mer | Yan Yakobs |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 993 |
Sahəsi | 187.28 km² |
Mərkəzin hündürlüyü | 35 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 164 042 nəfər (2015) |
Milli tərkibi | Almanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +49 (0) 331 |
Poçt indeksi | 14467-14482 |
Nəqliyyat kodu | P |
Digər | |
potsdam.de | |
Vikianbarda əlaqəli mediafayllar |
1918-ci ilə qədər Prussiya kralları və Alman imperatorları üçün kurort ərazi idi.[3]
Almaniyada yerləşən ən böyük Ümumdünya irsi abidəsi olan Sansusi sarayı bu şəhərdə yerləşir. Potsdamın cənub-şərq hissəsində yerləşən Babelsberq 1930-cu illərin əvvəllərində Almaniyada və bütün Avropada əsas film istehsalı studiyası olmuşdur. Bu kinostudiya dünyanın ən qədim genişmiqyaslı film studiyası hesab olunur.[4]
Potsdam XIX əsrdən etibarən Almaniyanın elm mərkəzi kimi inkişaf etməyə başladı. Hazırda şəhərdə üç ictimai kollec, Potsdam Universiteti və 30-dan çox axtarış institutu fəaliyyət göstərir.[5]
Ərazidə son buzlaşma dövründən qalan moren təpə və tirələri mövcuddur. Hazırda şəhər ərazisinin dörddə üç hissəsi meşə və kolluqlardan, qalan dörddə bir hissəsi isə urbanizasiyalaşmış ərazidən ibarətdir.
Potsdam şəhəri və ətraf ərazilərdə ümumilikdə 20-yə yaxın göl və çay vardır. Şəhərin ən hündür nöqtəsi 114 metr hündürlüyündəki Kleyner Ravensberq yüksəkliyidir.
Potsdam yeddi tarixi əraziyə və 2003-cü ildə şəhərə birləşdirilən 9 yeni kəndə bölünmüşdür. Şəhərin bu bölgələri bir-birindən kifayət qədər fərqlənir. Şimalda və mərkəzdə tarixi binalar üstünlük təşkil etdiyi halda, şəhərin cənub hissəsi yeni tikilmiş binalardan ibarətdir.
Potsdam şəhəri dəniz iqlim tipində yerləşdiyinə görə, burada qış qarlı və soyuq, yay ayları isə sərin keçir. Qışda orta temperatur maksimum 3,5 °C, minimum isə −1.7 °C olur. Qış əsasən qarlı keçir. Yaz və payız fəsilləri qısa olur. Mülayim yay aylarında isə orta temperatur maksimum 23,6 °C, minimum isə 12,7 °C qeydə alınır.
|
|
|
|
Əhalisinin sayına görə, etnik azlıqlar:
Potsdam aşağıdakı şəhərlərlə qardaş şəhər statusu daşıyır:[6][7][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.