![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/52/Jesus-Christ-from-Hagia-Sophia.jpg/640px-Jesus-Christ-from-Hagia-Sophia.jpg&w=640&q=50)
Pentikost bayramı
From Wikipedia, the free encyclopedia
Pentikost və ya Pentekost (yun. πεντηκοστή [ἡμέρα], pentēkostē [hēmera], "əllinci gün") xristianlığın ən mühüm dini bayramlarından biri hesab olunur.
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
| |||||||||||
![]() | |||||||||||
Tarixində fərqliliklər müşahidə olunsa belə, adətən hər ilin may və yaxud da iyun aylarında keçirilir. Pasxadan sonrakı 50-ci gündə qeyd olunur. Məhz bu günün İsanın ölüb yenidən dirilməsindən və göyə qalxmasından sonrakı dövrdə həvarilərin üzərinə Müqəddəs Ruh kimi endiyi gün olduğuna inanılır.[1] Bu gün xristianlığın dünyaya qarşı vəzifələrinin başlanğıc gün hesab olunur.[2]
Erkən xristianlıq dövründə Pentikost bayramı Pasxadan sonrakı 50 gün ərzində qeyd olunurdu. Vəftiz mərasimləri bu dövrün əvvəllərində və sonlarında həyata keçirilirdi. Vaxt keçdikcə Şimali Avropada Pentikost dövrünün axırı, yəni ki, müasir Pentikost bayramı vaxtı vəftiz üçün daha çox üstünlük verilən vaxta çevrilmişdir. Birinci dəfə İngiltərə bu gün vəftiz olunanların geyinmiş olduqları ağ paltarlara görə Ağ Bazar günü (ingiliscə: White Sunday, zamanla Whitsunday və Whitsun) kimi qeyd olunmağa başlanmışdır. Bu ad hələ də Anqlikan kilsələri tərəfindən istifadə olunur.[2]