Pasxa
From Wikipedia, the free encyclopedia
Fəsh[1][2][3] və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. פֶּסַח Pesax[4]) – el arasında həm də Qızıl yumurta bayramı[5] kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır.[6][7] Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın[8][9] anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır.[10] Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.
Pasxa | |
---|---|
| |
Rəsmi adı | Pasxa |
Növ | xristian, mədəni |
Həsr olunub | İsanın dirilməsi |
Tarix | 22 mart, 25 aprel |
Vikianbarda əlaqəli mediafayllar |
Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.[11] Kilsə təqviminə görə ekinoksun 21 martda (baxmayaraq ki, astronomik təqvimə əsasən əksər illərdə bərabərləşmə 20 martda baş verir) baş verməsi qəbul edilir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanılır, 3 aprelin bərabərləşmə hesab edildiyi Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir.
Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Əksər dillərdə "Pasxa" ("Easter") və "Pesax" sözləri də əlaqəli və ya omonim sözlər kimi işlədilir.[12] Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi[13] və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir.[14][15][16] Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılmışdır.[17][18][19][20]