İsanın çarmıxa çəkilməsi
From Wikipedia, the free encyclopedia
İsanın çarmıxa çəkilməsi bizim eranın birinci əsrində baş vermiş tarixi hadisədir. Əhdi-Ətiqdə verilən məlumata görə, xristian inancında Tanrının Oğlu və Məsih kimi qəbul edilən İsa, Ponti Pilatın əmri ilə həbs edilmiş, mühakimə edilmiş və nəhayət çarmıxa çəkilmişdir. İsanın əziyyətləri və çarmıxa çəkilməsi xristian teologiyasında, xilas və bağışlanma nəzəriyyələrinin əsasını təşkil edir.
İsanın çarmıxa çəkilməsi dörd kanonik İncildə, Əhdi-Cədid məktublarında, bir neçə tarixi mənbədə və qeyri-xristian mənbələrində[1] əks olunmuş tarixi hadisədir, buna görə də bu hadisənin baş verməsi şübhə doğurmayan faktdır.[2][3][4][5]