Müqəddəs Pyotr
Roma Katolik Kilsəsinin 1-ci Papası, Antakya Patriarxı və İsa Məsihin Həvarisi / From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotr (e.ə. 1[1] – ən tezi 13 oktyabr 64 və ən geci 68[1]) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir.
Papalıq hakimiyyəti | Sələfi | Xələfi |
---|---|---|
30/33 - 29 İyun 67 | Yoxdur | Lin |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Müqəddəs Pyotr | |
---|---|
arami. 𐡔𐡌𐡏𐡅𐡍 𐡁𐡓 𐡉𐡅𐡍𐡄 | |
Rütbə | Həvari |
Doğum tarixi | |
Doğum yeri | Fələstin, Qalileya |
Vəfat tarixi | 29 İyun 67 |
Vəfat yeri | Roma |
Əsas məbədi | Müqəddəs Pyotr bazilikası |
Xatirə günü | 29 iyun |
Vikianbarda əlaqəli mediafayllar |
Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi. Romanın ilk yepiskopu, başqa sözlə Papa olaraq qəbul edilir. Katolik inancına görə, Matta 16-da İsa peyğəmbər Pyotra kilsədə xüsusi bir vəzifə vəd etdi.
Əhdi-Cədiddə Pyotr, 4 İncilin hamısında və Elçilərin işlərində dəfələrlə gözə çarpan şəkildə görünür. Əhdi-Cədiddə ənənəvi olaraq ona ithaf edilən 2 ümumi məktub (Birinci Pyotr və İkinci Pyotr) var.