From Wikipedia, the free encyclopedia
Nişikava Coken (西川 如見?, 1648[1], Hizen əyaləti[d], Saykaydo[d] – 1724[1]) – Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da,[2] Cirozaemon adı ilə də tanınmışdır.[3]
Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində[lower-alpha 1] doğulmuşdur.[2] Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi.[4] O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır.[2] 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir.[4]
Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur.[2] 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi") kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir.[4] 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb. "Ulduz və yer qlobusları haqqında materialların izahı") əsərini yazmışdır.[4] Nişikava Çin klassiklərinə skeptik yanaşmış və Qərb metodlarının daha üstün olduğunu hesab etmişdir.[4] O, ənənəvi astrologiyanı tərk etsə də, Qərbin zodiak astrologiyasını rədd etmişdir.[4]
1719-cu ildə yazdığı "Çonin bukuro" (azərb. "Tacirin çantası") əsərində təbəqələşmiş cəmiyyətdə tacirlərin yerinə yetirməli olduğu funksiyalardan bəhs etmişdir.[2] Xarici məsələlərdən bəhs edən "Kaytsuşoko" əsərinin müəllifi olmuşdur.[3]
Nişikavanın üçüncü oğlu Nişikava Masayoşi də astronom olmuş və 1740-cı ildə Astronomiya bürosuna qəbul edilmişdir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.