Azərbaycan meyxanaçısı From Wikipedia, the free encyclopedia
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi.
Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir.
Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu.
Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar.
O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır.[1] Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.[1]
1967-ci ildə Ticarət texnikumunu birirmişdir.
Nizami Rəmzinin yaradıcılığında əsasən Azərbaycan ədəbiyyatı, Bakı, Qarabağ müharibəsi, sevgi və siyasi-ictimai məsələlərə toxunmuşdur. Onun yaradıcılığına Əliağa Vahid, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq və Süleyman Rüstəmin yaradıcılığı təsir etmişdir.
O, 1988-ci ildə "Meyxana" folklor ansamblını yaratmışdır. 1989-cu ildə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib.[2]
Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur.[3] O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib.[3] O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə də qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir.[3]
Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu.[3]
1996-cı ilin Yeni il gecəsi televiziyada efirə gedən verilişdə, Nizami Rəmzinin ansamblı ilə çıxışından sonra Azərbaycanda bəzi KİV-lər Nizami Rəmzini siyasi meyxana dediyinə görə tənqid edirdi.[4]
O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.[4]
O, üç dəfə ailə qurmuşdur. 1972-ci ildə Leyla adlı qadın ilə ailə qurmuşdur və bu cütlükdən iki qızı olmuşdur. Onun həyat yoldaşı Nizami ilə ayrılıb, digər bir şəxslə ailə qurmuşdu.[1]
Daha sonra Hicran adlı qadınla qeyri-rəsmi nikahda olmuş və bu cütlükdən dörd uşağı olmuş, onlardan bir qızı və bir oğlu rəhmətə getmişdi.[1] 10 yaşlı qızı avtombili vurduqdan sonra həyatını itirmişdir. Oğlu Rəmzi isə körpə yaşlarında vəfat etmişdir. Nizami oğlunun vəfatından sonra onun adını özünə şair təxəllüsü götürmüşdü.[1] Ancaq Nizami Hicrandan da ayrılır.[5] Ayrılığa səbəb isə qadın qısqanclığı olur.[5]
Üçüncü evliliyi özündən 23 yaş kiçik və "Meyxana" ansamblında qanun çalan Sevda adlı qadınla olub.[5] Onun bu cütlükdən Seyla adlı bir qızı olub.[5] Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edib.[5] Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşularaq qaçıb.[5]
Xeyriyyəçilik ilə məşqul olmuşdur. Qax rayonundan gətirilmiş qızılquş saxlayırdı.[1]
2012-ci ildə Azərbaycan Dövlət Mahnı Teatrında Nizami Rəmzinin 65 illik yubileyi keçirilib.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.