From Wikipedia, the free encyclopedia
Natalya Lavrova (4 avqust 1984; Penza, RSFSR — 23 aprel 2010; Penza, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast.[2] 2000 Sidney və 2004 Afina Olimpiadalarının qalibi.[2] 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast.
Natalya Lavrova 1984-cü il avqustun 4-də Penza vilayətinin Penza şəhərində anadan olub.[2] 5 yaşında idmanla məşğul olurdu. Birinci məşqçisi Olqa Stebeneva idi. 1991-2002-ci illərdə Penza şəhərində 75 nömrəli orta ümumtəhsil məjtəbində təhsil alıb. Ali təhsilini isə Penza Dövlət Universitetinin V. Q. Belin adına Pedaqoji İnstitutunda alıb.
Natalya Lavrova 1998-ci ildən bədii gimnastlardan ibarət Rusiya yığmasının üzvü idi.
Natalya Lavrova 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin qalibi oldu.[2] 2002-ci ildə Nyu-Orleanda (ABŞ), 2003-cü ildə isə Budapeştdə (Macarıstan) Dünya Çempionatlarının qızıl medalına sahib olan Natalya Lavrova, Avropa Çempionatlarında 2 dəfə — 2001-ci ildə Cenevrədə (İsveçrə), 2003-cü ildə isə Rizada (Almaniya) qalib olub.[2]
Natalya Lavrova Rusiyanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.[2]
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 19 aprel 2001-ci il tarixli Sərəncamına əsasən Natalya Lavrova "Dostluq" ordeni ilə təltif edildi.
Daha sonra Natalya Lavrova Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.[2] Bununla da o, 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast olaraq tarixə düşüb.
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 4 noyabr 2005-ci il tarixli Sərəncamına əsasən Natalya Lavrova "Şərəf" ordeni ilə təltif edildi.
Natalya Lavrova 2005-ci ildə idmanla vidalaşdı.[2]
Karyerası ərzində Natalya Lavrova 2 dəfə Olimpiya Oyunlarının, 5 dəfə Dünya Çempionatının, 4 dəfə isə Avropa Çempionatının qalibi olub.
Natalya Lavrova və bacısı Olqa Popova 2010-cu ilin aprelində yol-nəqliyyat qəzası nəticəsində öldü.[2]
2010-cu il aprelin 23-də saat 10:00 radələrində Penza-Şımışey yolunun Penza ərazisində "VAZ-2114" avtomobili idarəetməni itirdi və qarşı tərəfdən gələn "Mazda" avtomobili toqquşdu. Hadisə zamanı "VAZ-2114" avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Olqa Popova və sərnişin 1984-cü il təvəllüdlü Natalya Lavrova aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində öldü.
Natalya Lavrova və bacısı Olqa Popova Penza şəhərində Qərb qəbirstanlığının Fəxri xiyabanında dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.