From Wikipedia, the free encyclopedia
Məhərrəm Məmmədhəsən oğlu Musayev (d. 28 oktyabr 1949) — Azərbaycan aktyoru.
Məhərrəm Musayev | |
---|---|
Məhərrəm Məmmədhəsən oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Masallı, Şərəfə |
Vətəndaşlığı |
Azərbaycan Azərbaycan SSR |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1975-indiyədək |
IMDb | ID2947913 |
Məhərrəm Məmmədhəsən oğlu Musayev 28 oktyabr 1949-cu ildə[1] Azərbaycan SSR Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. Orta məktəbi bu kənddə bitirib. 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Qəbul imtahanında görkəmli rejissor Adil İsgəndərov ona deyib ki, hələ bədəncə çox cılızsan, bir az ətə-qana dolanda gələrsən. Rayona qayıdıb, üç il kolxozda işləyib, iki il hərbi xidmətdə olub, ancaq aktyor olmaq arzusundan dönməyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1971-1975) təhsil alıb.
1985-1987-ci illərdə Moskvada keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəst-xəttini, məktəbini yaradan Mark Zaxarovdan ikiiillik rejissorluq təhsili alıb.[1] 2000-ci ildə Lənkərandan Bakıya köçüb.[1]
Evlidir, 3 övladı var.
1975-ci ildən təyinatla N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Burada 80- dən artıq bir-birindən maraqlı rollar oynayıb və bir neçə tamaşaya ikinci rejissorluq edib.[1] 2001-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının (iki teatr birləşəndən sonra) aktyorudur. Kinoda 40-a yaxın filmdə çəkilib.[1]
Məşhur «Santa Barbara» teleserialında Meyson rolunun ifaçısı, tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı «Ağabəyovlar» teleserialına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəm Musayevə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: «Bu aktyor peşəkar ustadır və Azərbaycan üçün böyük tapıntıdır. O, Azərbaycanda K. S. Stanislavski yaşama məktəbinin çox yaxşı yetirməsidir».[1]
Onun aktyor palitrasındakı rənglərin kökü milli xalq oyun-tamaşalarının estetik mahiyyətinə bağlıdır. Məhərrəm Musayev yumoru həm sırf məişət kontekstində, həm ictimai-sosial mahiyyətdə, həm də kəskin sarkazm səviyyəsində ifa edə bilir. Bu ifasında aktyor heç vaxt daxilən gərgin olmur, sadəliyi, reallığı, təbiiliyi ilə tamaşaçıların diqqətini cəlb edir.[2] . Tip-personajı göstərmə teatr estetikasında deyil, yaşama teatr məktəbi prinsiplərində oynayır. Buna görə də onun rolları hadisələrin inkişaf xəttinin, tamaşanın sürət-ritminin ahəngdar harmoniyasında tamaşaçılara mərhələ-mərhələ təqdim olunur. Aktyor hər yeni vəziyyətdə öz obrazının xarakterinə uyğun orijinal ifadə elementi ilə tamaşaçılarda maraq doğurmağı bacarır.[2]
Məhərrəm Musayev ifa etdiyi komediya rollarında heç vaxt daxili gərginlik keçirmir. Onun sifət cizgilərində səmimi bir cazibə var və bu maraq doğuran cəhət hər rolda yeni obraz-maska prinsipində təqdim edilir. Buna görə də aktyorun bəzən çöhrəcə bir-birindən o qədər də seçilməyən səhnə personajlarının ifasında çox təzadlı, fərqli, orijinal ifadə elementləri ilə rastlaşırıq. Aktyor bu müxtəlifliyi tamaşaçılara «zorla» qəbul etdirmir. Əksinə, onun daxili enerjisində yumşaq həlimlik, zərif məlahət və məsum bir yumor var.[2]
Məhərrəm Musayev epizod rollar da ifa edib və həmin tamaşalarda da özünün tip-obraz yaratmaq vərdişini yeni estetik çalarlarla göstərə bilib. Kiçik həcmli epizod rollarda əsas aktyor məqsədi obrazın görkəmini və yerişini tapmağa yönəlir. Bunu dəqiqləşdirdikdən sonra bədii personajın daxili ritmini və danışıq koloritini müəyyənləşdirməyə çalışır. Tapdığı vasitələri məşq prosesində inamla, hətta mən deyərdim bəzən gözlənilməz cəsarətlə reallaşdırır.[2]
Aktyor kimi
Rejissor kimi (Lənkəran Dövlət Dram Teatrı)
Aktyor kimi
Səsləndirdiyi film
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.