From Wikipedia, the free encyclopedia
Cavid ömrü — ssenarisini yazıçı Anarın yazdığı, Ramiz Həsənoğlunun çəkdiyi 2007-ci il istehsalı olan bədii film.
Cavid ömrü | |
---|---|
Fayl:Cavid ömrü (film, 2007).jpg | |
Janr |
dram tarixi bioqrafik |
Rejissor | Ramiz Həsənoğlu |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Rasim Balayev — Hüseyn Cavid Dilarə Əliyeva — Mişkinaz xanım Vüsal Murtuzəliyev — Ərtoğrul Dəniz Tacəddin — Turan Məmməd Səfa — iblis; gürcü keşişi; erməni keşişi Ramiz Novruz — Mir Cəfər Bağırov |
Operator | İsrafil Ağazadə |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Adil Azay |
İstehsalçı | "Azvideo" Yaradıcılıq Şirkəti |
İlk baxış tarixi |
13 dekabr 2007, Bakı 20 yanvar 2008, AzTV 27 mart 2008, Bakı |
Filmin digər adı | İblis |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 128 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Texniki məlumatlar |
2 seriya 13 hissə 35 mm genişekranlı "Fuji" kinolenti |
Rəng | rəngli |
IMDb | ID1279418 |
Filmdə Azərbaycan şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatının son dövrləri əks etdirilir.
Film "Fuji" kinolentinə çəkilmişdir.
Filmdə xronikal kadrlardan istifadə edilmişdir.
Filmin çəkilişi Azərbaycan prezidentinin 23 oktyabr 2002-ci il tarixli, Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.[1] 2004-cü il üçün nəzərdə tutulmuş ehtiyat fondundan lazımi məbləğ Azərbaycan Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait ayırıb.
Ssenari Anarın Üzeyir Hacıbəyov, Mirzə Cəlil və Hüseyn Cavid haqqında yazdığı trilogiyanın son hissəsidir.
Filmdə ümumilikdə 72 aktyor rol alıb.
Film Azərbaycan kinosu tarixində dövlət sifarişi ilə müstəqil kino şirkəti tərəfindən çəkilmiş (prodüser filmi) ilk film hesab olunur.
Filmin operatorlarından biri İrandan gəlib. Filmin aşkarlanması, üzünün çıxarılması və montajı İranda həyata keçirilib. Səsləndirmə və musiqi yazılışı Sankt-Peterburqda aparılıb.
Filmin çəkilişi iki ilə yaxın davam edib.
Film Hüseyn Cavidin əsərləri əsasında çəkilib.
Alt titrlərdə məkanların adlarında səhvlər var: Baki, "Təbriz" mehmanxanasi və s.
"Beş gün ömrün neçə əfsanəsi var, Eşqi var, badəsi peymanəsi var Sonu həsrətlə bitərkən əfsus, Yenə dünya dolu pərvanəsi var. ("Xəyyam" dramından)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.