From Wikipedia, the free encyclopedia
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir.
Məhəmməd Zaman | |
---|---|
Doğum adı | Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar |
Doğum tarixi | 1680=-ci ildən əvvəl |
Doğum yeri | Səfəvilər İmperiyası. |
Vəfat tarixi | 1700=-ci ildən sonra |
Vəfat yeri | Moğol imperiyası |
Fəaliyyəti | müzəhhib[d], rəssam, xəttat |
Stil | Avropa stili ilə ənənəvi Səfəvi miniatür sənətinin sintezi |
Tələbəsi | Əli Əşrəf Nəqqaş Avşar[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir. Tarixçi İvanov iddia edir ki, Məhəmməd Zaman Romaya getməmiş, İsfahandakı italyan rəssamlardan dərs almışdır. Ona görə, guya Məhəmməd Zamanın katolikliyi qəbul edəcəyi Romaya rəssamlıq dərsi almaq üçün göndərilməsi sadəcə rəngli bir əfsanədən ibarətdir və həqiqəti əks etdirməməkdədir. Bildirilir ki, məşhur italyan həkim və səyyah Nikkolao Manucci moğol sarayında olarkən, Övrəngzibin sarayında Məhəmməd Zamanla tanış olmuşdur.[2][3][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.