From Wikipedia, the free encyclopedia
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sənəti süirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir.
XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyətı dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Əlyazmanın 120 miniatüründən yalnız 58-i məlumdur. Bunlardan “Firidun oğlunun cənazəsini qarşılayır", "İrəcin ölüm xəbəri” (Frir qalereyası, Vaşinqton), “Əsir alınmış Ərdəvan Ərdəşirin hüzurunda” (Veve kolleksiyası, Paris), “Rüstəmin dəfni”, "İsgəndərin conazosi üzərində ağlaşma ' və s. miniatürlər süjetin dramatik həlli, obraziarın dərin emosional ifadəliliyi ilə Yaxtn və Orta Şərq miniatür sənətində müstəsna yer tutur. Sonrakı dövrlərdə istər Azarbaycanda, istərsə də İran və Orta Asiyada hazırlanmış “Şahnamə” nüsxələrində illüstrasiyalar üçün süjetlərin seçilməsi və onların ikonoqrafıyasınm yaranmasında “Demott Şahnaməsi”nin böyük rolu olmuşdur. Məhz buna görə bir sıra alimlər haqlı olaraq Təbriz məktəbinin qonşu ölkələrdə miniatür sənətinin yaranması və inkişafına böyük təsir göstərdiyini qeyd edirlər. Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşmişdir. Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasına, sonuncu Cəlairi hakimi Sultan Əhmədin şeirlər “Divanı’na dahi rəssam Əbd-əlXoyinin çəkdiyi rəsmlərdə (1405-1410, Frir qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri” əsərinə çəkilmiş (1419) illüstrasiyalardakı (xəttat Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri ilə seçilir.
XV əsrin əvvəllərində məşhur Azərbaycan xəttatı Cəfər Təbrizi, bədii cild ustası Qəvaməddin, rəssamlardan Xoca Əli və Qiyasəddin kimi görkəmli Təbriz sənətkarlarımn Heratda geniş yaradıcılıq fəaliyyəti, Şərqin bövük rəssamı Kəmaləddin Behzadın Heratda Pir Seyid Əhməd Təbrizidən rəssamlıq dərsi alması və b. tarixi faktlar göstərir ki, Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini yetkin sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb” (“multer schtıle”) adlandırmışdır. XV əsrdə Təbriz məktəbinin tasiri ilə Şarmaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlamışdı. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası"na (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir , Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
Qaraqoyunlular sülaləsinin hakimiyyəti dövründə Cahanşahın oğlu Pirbudaq bir neçə nəfis əlyazmalar sifariş etmişdi. Onlardan ən görkəmlisi 1460-cı illərdə hazırlanmış “Kəlilə və Dimnə”nin nüsxəsidir (Tehran, Gülüstan sarayının kitabxanası). Gözəl miniatürlərlə bəzəzdilmiş əlyazmanın "Şirlə öküzün döyüşü", "Qarğalar bayquşların yuvalarını yandırır", "Ceyran, tısbağa və qarğa" və s. rəsmləri əsrin ən gözəl abidələrindəndir.
1481-ci ildə Siltan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan Nizami “Xəmsə”sinin İstanbul nüsxəsinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür bu cəhətdən istisna təşkil edir. Obrazlı ifadə vasitlərinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorativliyinə kolorit zənginliyinə görə bu miniatürlər (“Şirnin çimərkən Xosrovun ona tamaşa etməsi”, “İsgəndər və Dara”, “İsgəndər və çoban”, “İsgəndər Nüşabənin sarayında” və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdan əsaslı sürətdə fərqlənir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.
Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələlinin davamçıları Siyavuş bəy, MirZeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Ru dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmisdir. Rəssam, xəttat, şair və təzkirəçi Sadıq bəy Əfşarın çəkdiyi portretlər (“Süvari dərviş”, Milli Kitabxaııa. Paris; “İstirahət edən dərviş". Gülüstan muzeyi, Tehran), Məhəmmədinin sadə adamların həyatından bəhs edən rəsmləri (“Baharın müjdəçisi". M.Y.Saltıkov-Sedrin ad. kitabxana. Sankt-Peterburq; “Kənd həyatı”, Luvr, Paris), Ə.Caminin “Sübhət ül-əbrar” I Möminlərin təsbehi”) əsərinin 1613-cü il tarixli əlyazmasma Əli Rza Abbasi Təbrizinin çəkdiyi miniatürlər və s. əsərlər bu sənətin məzmun və formaca tamamilə yeni, orijinal mahiyyət kəsb etdiyini göstərir. Bu dövrdə miniatür sənətinin mövzu dairəsi genişlənir, həyatla əlaqəsi daha da möhkəmlənir, o, ideya məzmununa görə demokratikləşir, bədii forma cəhətdən sadələşir, onun realist təsvir vasitələri güclənir.
Əksəriyyəti “siyah qələm" texnikası ilə çəkilmiş monoxrom rəsmlərdən, yaxud açıq və şəffaf rənglərlə işlənmiş miniatürlərdən ibarət olan bu əsərlər bir tərəfdən dekorativ üslubun şux və əlvan rəngli klassik kitab miniatüıiərinin tədrici tənəzzülünü göstərir, digər tərəfdən isə realist təsvir metoduna yaxınlaşan dəzgah boyakarlığı və qrafikasınm getdikcə inkişafını etdirir. Azərbaycan miniatür sənətində gedən bu prosesi sürətləndirən amillərdən biri də Avropa təsviri sənətinin Şərq incəsənətinə təsirinin başlanması idi.
Orta əsrlərdə Şərq rəssamları və xalq sənətkarları yaradıcılıq fantaziyasının zənginliyi ilə indi də bizi heyran edən və onu yaradan xalqın bədii mədəniyyətinin qədimliyini, çoxcəhətliyini, özünəməxsusluğunu sübut edən çoxsaylı memarlıq, təsviri və dekorativ sənət əsərləri yaratmışlar və onların çoxu dünya incəsənətinin qızıl fonduna daxil olmuşdur. Buna baxmayaraq, Şərq xalqlarının dünya bədii mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən sanballı və mühüm sənət inciləri onun sənətkarlarının miniatür rəssamlığı sahəsində yaratdığı əsərlərdir.
Təsviri sənətin xüsusi bir növü olan miniatür üz təbiəti etibarilə kitab illustrasiyası olub klassik Şərq poeziyasının (şeir) bilavasitə təsiri altında inkişaf etmişdir.
Şərq poeziyası klassiklərinin, xüsusilə onun Firdovsi və Nizami Gəncəvi kimi korifeylərin ölməz əsərləri rəssamlar uzun tükənməz ilham qaynağı olmuş və onların yaradıcılığını yüksək humanist ideyalarla zənginləşdirmişdir. Firdovsinin "Şahnamə" epopeyası, Nizaminin fəlsəfi-didaktik, romantik-məhəbbət və tarixi-qəhrəmanlıq poemaları rəssamların yaradıcılığına güclü təsir göstərmiş, ideya-estetik baxımından təkrarolunmaz, dünyəvi məzmunu ilə fərqlənən, dini mücərrədlikdən (Soyutluqdan), sərt asletizindən uzaq əsərlərin yaradılması uzun güclü stimul olmuşdur. Şərq poeziyası miniatür rəssamlığın hümanist məzmunu və ideya istiqamətini müəyyənləşdirməmişdir, həm də onun bədii formasının inkişafında müəyyən iz buraxmışdır. Bədii obrazlar aləmi, şərq poeziyasının incə, əlvan bədii dili, ahəngdarlığı və musiqiliyi rəssamlara poeziya ilə dərindən həmahəng olan şərti dekorativ üslub, yüksək romantik və poetikləşdirilmiş obrazlı ifadə vasitələri, şairanə bədii quruluş yaratmağa kömək etdi.Buna görədir ki, Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı həm mövzu ümumiliyi, həm də bu sənət növünün özünə xas xüsusiyyətləri ilə şərtlənən bəzi ümumi yönlərə malikdir. Ancaq ictimai həyatın inkişaf xüsusiyyətləri və hər bir xalqın estetik baxışları onun incəsənətinin xarakterində də iz buraxmışdır. Ona görə də ərəb Şərqinin, Türkiyə və İran, Azərbaycan, Orta Asiya və Moğol Hindistanının miniatürləri təkrarolunmaz xüsusiyyətlərlə fərqlənirlər.
Bir əsrdən artıqdır ki, Şərq miniatürünün şah əsərləri nəinki alim və rəssamların, eləcə də çoxlu sənətsevərlərin diqqətini cəlb edir. Şərq miniatürünün tədqiqinə, nisbətən yaxın zamanlarda, əsrimizin əvvəlindən başlamasına baxmayaraq, hazırda dünya sənətşünaslığı elmində çox böyük material toplanmışdır. Həm materialın genişliyi, həm də anlam və elmi dərinliyi etibarilə müxtəlif səciyyəli məqalələr, elmi-kütləvi kitab və kitabçalar, əsaslı tədqiqat əsərləri meydana gəlmişdir.
Təbriz məktəbi, onun görkəmli sənətkarlarının birinci növbədə, "Sultan Məhəmməd"in yaradıcılığı F.Marrin, F.Şults, E.Bloşe, Q.Arnold, B.P.Denike və başqalarının ilk əsərlərindən başlayaraq, 1950-1980-ci illərdə İ.Şuxin, B.Qrey, B.Robinson, K.S.Velç, B.V.Veymarn, A.Q.Qazıyev, Q.A.Puqaçenkova, A.İvanov və başqa bu kimi görkəmli alimlərin daha dərin tədqqatlarına qədər bütün ümumiləşdirici əsərlərdə öz əksini tapmışdır.Lakin geniş elmi materialın toplanmasına baxmayaraq, sənətşünaslıqda Azərbaycan miniatürünün inkişaf tarixi sahəsində xüsusi ümumiləşdirici əsərlər, eləcə də bu məktəbin görkəmli ustaların yaradıcılıq tərcümeyi-halı barədə monoqrafiyalar az yazılmışdır.
Əldə edə bildiyimiz materialların məcmusu ilk növbədə rəssamın əsərlərinin onun haqqında mövcud olan pərakəndə, bəzən dolaşıq və ziddiyətli, bəzən də səhv, ancaq bütövlükdə çox qiymətli və xeyirli ədəbi məlumatların tədqiqi görkəmli sənətkar Sultan Məhəmmədin yaradıcılığı barədə yenidən işlənmiş və təkmilləşdirilmiş monoqrafiyanı yaratmağa imkan verdi.
Müasir elmi məlumatlar baxımından Azərbaycan miniatürünün müstəqilliyi və özünəməxsusluğu, onun Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı inkişafının ümumi prosesində qabaqcıl rolu və əhəmiyyəti get-gedə daha da aydınlaşır.
Azərbaycan miniatürünün nə vaxt meydana gəldiyi, ilk illüstrasiyalı əlyazmaların nə vaxt yarandığı məlum deyil. Ancaq inanmaq olmur ki, Nizami Gəncəvi və Xaqani Şirvani kimi dahi şairlər, misilsiz memar Əcəmi Naxçıvani öz şah əsərini yaratdığı mədəni yüksəliş dövründə miniatür rəssamlığı olmamışdır. Məlumdur ki, ilk kitab minitatürü nümunələri Azərbaycan şəhərləri Marağa və Təbrizdə yaradılmışdır. Bu da təsadüfi deyil, belə ki, XIII əsrin sonu XIV əsrin əvvəllərində Elxanilərin ilk iqamətgahı olan Marağa və Təbriz şəhərləri müsəlman Şərqinin ən inkişaf etmiş mədəniyyət mərkəzləri idi.
Hələ XIV əsrin əvvəlində Təbrizdə əlyazma kitablar hazırlayan bədii emalatxanaları olan şah kitabxanası fəaliyyət göstərirdi.
Həddən artıq baha və əzablı zəhmət nəticəsində başa gələn əlyazma kitabları Şərqdə yüksək qiymətləndirilmişdi. Yalnız taxt-tac sahibləri kitabxana saxlamağa qadir idi. Bir illüstrasiyalı əlyazmanın hazırlanmasına uzun illər sərf olunurdu. Kitabxanada birinci dərəcəli xəttatlardan, miniatürsaz rəssam-müsəvvilərdən, ornamentalist müzəhhiblərdən və kitab sənətinin digər ustalarından ibarət bir ştat saxlamaq lazım olurdu. Onlar bahalı materiallar-cürbəcür rənglər, dəri, duru və təbəqə qızıl və gümüş və s. ilə təmin edilməli idi. Bu sənətkarlar dini məzmunlu əlyazmaların üzünü köçürür, zəngin tərtibat verir, elmi-tarixi və ədəbi-bədii əsərlərə illüstrasiyalar çəkirdilər. Azərbaycan miniatür məktəbinin erkən nümunələri, məlum əlyazmalardakı-"Vərqa və Gülşa" "Mənafi əl-heyvan" və Rəşidəddinin tarixi əsəri "Cami ət-təvarix"dəki illüstrasiyalar Təbrizdə güclü rəssamlıq məktəbinin olduğunu sübut edir.
Lakin Azərbaycan rəssamı Əbdül Mömin əl-Xoyyinin "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi illüstrasiyalarının ümumi üslubu sübut edir ki, onlar ilk əsərlər deyil və nə vaxtdansa mövcud olan bədii ənənənin əsasında yaradılmışdır. Qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yer idi. Ona görə də Təbriz rəssamlıq məktəbinin formalaşmasında yerli ənənələr digər məktəblərin, o cümlədən uyğur rəssamlarının vasitəsilə Şərqi Türkistan, Bağdad məktəbi vasitəsilə Ərəb-Mesopotamiya ənənələri ilə çulğaşırdı. XIII-XIV əsrin əvvəlinə aid əlyazmalara çəkilən miniatürlərdə hələ üslub vəhdəti müşahidə olunmur. Məsələn "Vərqa və Gülşa" miniatürlərində Bağdad məktəbinin boyakarlıq üsulunun təsiri üstünlük təşkil edir. "Mənafi əl-heyvan" əlyazmasındakı iri planlı heyvan və quş təsvirlərində isə boyakarlıq üsulu Çin-uyğur incəsənətinin qrafik üsulları ilə növbələnir.
Adları çəkilən məktəblərin ənənələrin müxtəlif biçimlərdə təsiri eyni zamanda hələ Rəşiddədinini sağlığında hazırlanmış, "Cami ət-təvarix" əsərinin 1314-cü ildə hazırlanmış nüsxələrinə çəkilmiş miniatürlərdə müşahidə olunur. Tarixi təsvir edən çoxsaylı epizodları, mifoloji süjetləri döyüş səhnələrinin qəhrəmanların təkbətək vuruşu və qoşunların hərb səhnələrinin qalaların müdafiəsi və alınması səhnələrin həmçinin məişət mövzularını təsvir edən çoxsaylı miniatürlərin bəziləri qrafik, digərləri isə boyakarlıq üsulunda işlənmişdir.
Ayrı-ayrı miniatürlərdə paralel mövcud olan ənənələr uzlaşır və yerli bədii ənənələrin təsiri altında yeni xüsusiyyət kəsb edir. Bu üç ənənənin üsul xüsusiyyətləri və texniki vərdişlərin üzvü qaynayıb-qarışması nəticəsində mahiyyətcə dekorativ keyfiyyət daşıyan yeni bədii quruluş yaranır. Müxtəlif bədii prinsiplərin mənimsənilməsi və yaradıcı surətdə yenidən işlənmsəi yad təsirlərin doğma ənənlərə tabe etdirilməsi tezliklə heyranedici nəticələr verdi. Artıq XIV əsrin ortalarında Təbriz məktəbinin miniatür sənətində tamamilə yeni müxtəlif bədii ənənələri uğurla yaradıcı surətdə sintezləşdirən orijinal rəssamlıq üslubu formalaşmışdır. 1330-1340-cı illərin böyük Təbriz "Şahnamə"sinin illustrasiyaları təkcə Azərbaycan miniatürünün deyil bütün yaxın şərq rəssamlığının inkişafında yeni daha yüksək mərhələnin başlanğıcı hesab edilir. Bu nadir əlyazmasının Avropa və Amerika muzeylərinə səpələnmiş miniatürləri haqlı olaraq şərq rəssamlığının şah əsərlərindən sayılır. Müxtəlif yaradıcılıq dəst-xətti ilə yerinə yetirilmiş müxtəlif rəssamlara məxsus bu miniatürlər bütövlükdə kompozisiyanın manumentallığı, obrazların emosional ifadəliyi, boyaların şuxluğu və parlaqlığı kolorid zənginliyi ilə seçilir. Təbriz məktəbi heç vaxt belə qüdrəti olmamış və qəhrəmanların emosional ifadəliyi belə güclü verilməmişdir.Şərq miniatürünün görkəmli tədqiqatçısı İ.Şukin məhz psixoloji cəhətdən ifadəli kompozisiyaları yüksək qiymətləndirərək bu qrupu "Ehtiraslı" miniatürlər adlandırır.
Böyük Təbriz "Şahnamə"si illustrasiyalarının bədii quruluşunda kompozisiya və rəng həllində bəzi üslub müxtəlifliyini müşahidə edilməsinə baxmayaraq, bütövlükdə bu nadir əlyazmanın miniatürlərin XIV əsr Azərbaycan miniatürünün inkişafında vahid bədii istiamət təşkil edir.Kitab sənətinin bu şah əsərinin illustrasiyaları da orta əsr Şərq rəssamlığının inkişafında müəyyən mərhələni xarakterizə edən cəhtlər meydana çıxır. Bu dövrün Təbriz məktəbinin yüksək qiymətləndirən alman tədqiqatçısı F.Şults onu orta Şərq ölkələrinin miniatür sənətinin inkişafında və bir sıra rəssamlıq məktəblərinin formalaşmasında əhəmiyyətli rol oynamış "ana məktəb" adlandırır.
Yaranmış ictimai-iqtisadi və siyasi şəraitlə əlaqədar olaraq XV əsrdə Təbrizin öz qabaqcıl rolunu bir qədər itirməsinə baxmayaraq, o yenə də iri mədəni mərkəz və mühüm miniatür məktəbi kimi əhəmiyyətini saxlayırdı.XV əsrdə Azərbaycan bir çox görkəmli kitab rəssamları və sənətkarları Teymurilərin hakimiyyətdə olduğu Herata cəlb edilir, orada rəhbər vəzifələr tutur və şahın xüsusi sifarişlərini yerinə yetirirdilər. Məşhur xəttat, alim, şair Cəfər Təbrizi uzun illər boyu bəy Süngürün saray kitabxanasına başçılıq etmiş, Pir Seyid Əhməd Şərqin-böyük rəssamı Kəmalləddin Behzadın müəllimi olmuşdur. Bütün bu faktlar bir daha sübut edir ki, Təbriz bu dövrdə də güclü mədəni mərkəz olmuşdur. Teymurun dövründə Səmərqəndi, Bəy Süngür və Şahruhun vaxtında Heratı bacarıqlı ustalarla təmin etmişdir.
XV əsrdə Təbriz məktəbinin təsiri altında miniatür məktəbi Azərbaycanın digər şəhərlərində də inkişaf edirdi.Təbriz məktəbinin üslub xasiyyətləri "Mehr və Müştəri"nin 1456-cı il Şamaxı əlyazmasının Şirvanşahların paytaxtı Şamaxıda, 1468-ci ildə Şərəfəddin Hüseyn Sultani tərəfindən işlənmiş Şərq işləri antologiyasının və Sədi "Bustan"ının Əbdül Lətif Şirvani tərəfindən üzü köçürülmüş əlyazmasının miniatürlərində müşahidə edilir.XV əsr Bakı rəssamı Abdulbağı Bakuvinin ayrı-ayrı vərəqlərdəki dəzgah miniatürləri böyük maraq doğurur. XV əsrin əvvəli Təbriz miniatürü üslubunun səciyyəvi cəhətləri Nizami Gəncəvinin 1410-1420-ci illərdə Təbrizdə məşhur xəttat Əli Həsən Soltani tərəfindən köçürülmüş "Xosrov və Şirin" poemasının əlyazmasına çəkilmiş illüstrasiyalarda daha aydın ifadə olunmuşdur.Bu əlyazmanın beş miniatürü ustad Cüneyd Nəqqaşın üslubunu xatırladan əsaslı sürətdə işlənmiş kompozisiyalarla fərqlənir."Fərhad Şirinin qəsrində" və "Şirin Bisütün dağında Fərhada baş çəkməsi" miniatürləri parlaq rəngarəng ləkələrin ritmik təkrarı və növbələnməsindən doğan dekorativ ahəngi ilə seçilir.
XV əsrin sonuna aid miniatürlər arasında Nizaminin 1482-ci il tarixli "Xəmsə" əlyazmanın illüstraiyaları xüsusi maraq doğurur. Bu zərif nüsxə Təbrizdə Soltan Yaqub ağqoyunlu dövrünün görkəmli xəttatı Abdul Rəhim tərəfindən köçürülmüşdür. Bu qiymətli əlyazmasının miniatürləri XV əsrin əvvəllərinə aid olan əsərlərdən xeyli fərqlənir. Onlar kompozisiyalarına görə mürəkkəb və müxtəlif olub, zəngin koloritə malikdirlər. Rəssamların təbiətə marağı xeyli artmışdı. Mənzərə kompozisiyanın ayrılmaz tərkib hissəsinə çevrilmişdi, miniatürün məzmununun yazılmasında müəyyən rol oynayırdı.
XV əsr miniatürləri, bütövlükdə XIV əsr əsərlərindən həm texniki həlli, həm də ifa tərzinə görə fərqlənirlər. Qrafik üsul boyakarlıq üsulunu əvəz edir. Kəskin cızılmış kontur xətləri, incə və ifadəli rəsm rəssamın təsvir dilinin əsasını təşkil edir. Rəng daha çox dekorativ səciyyə daşıyır. Parlaq, təmiz rənglərin bir-birini əvəz etməsi onların təzadlı, düzgün və ritmik təkrarlanması koloriti daha da zənginləşdirir, miniatürün emosional təsir gücünü artırır. Üslubun bu cəhətləri XV əsrin sonuna aid miniatürləri XVI əsr Təbriz məktəbinin əsərlərini yaxınlaşdırır. Feodal münaqişələrinə son qoyulması Azərbaycanın XVI əsrin əvvəlində şimal və cənub vilayətlərinin mərkəzləşmiş güclü Səfəvilər dövlətinin tərkibində birləşməsi məhsuldar qüvvələrin, şəhərlərin, şəhər mədəniyyətinin, ticarət və sənətkarlığın inkişafına şərait yaratdı.
Hazırda dünyanın ən böyük muzey və kitabxanalarında ən dəyərli sənət inciləri kimi saxlanan Firdovsinin "Şahnamə"si və Nizaminin "Xəmsə"si, Sədi və Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və Şərq poeziyasının başqa klassiklərinin Azərbaycan rəssamları tərəfindən zəngin illüstrasiyalarla bəzədilmiş təmtəraqlı əlyazmaları həmçinin xüsusi albomlarda-"Mürəkkə"lərdə toplanmış müstəqil miniatürlər sübut edir ki, Azərbaycan miniatur sənəti XVI əsrin 30-40-cı illərində özünün yüksəliş zirvəsinə çatana qədər uzun və mürəkkəb inkişaf yolu keçmişdir.
Təbriz məktəbi qonşu ölkələrlə yaracılıq əlaqəsi saxlamış, məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərmişlər Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun (1530-1539, 1555-1559) və Əkbərin (1556-1605) sarayında baş rəssam işləmiş, yeni nəsil sənətkarların yetişdiriləsində Moğol miniatür məktəbinin yaranması və inkişafında mühüm rol oynamışlar. Türkiyə miniatür sənətinin inşafına Azərbaycan rassamları əhəmiyətli təsir göstərmişlər. Şahqultı Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaliyyət göstərmiş, Şahqulu və Vəlican sarayemalatxanasına rəhbərlik etmişlər. Xalçaçılıq, bədii parça, bədii metalişləmə və keramika sahələrində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir çox dəyərli əsərlər yaradılmışdır.
Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü “Şah və Dərviş” (M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatiirü ilə dünya şöhrəti qazanmış “Xəmsə” (1539-1543, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. “Şahnamə”yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin “ Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”, Mirzə Əli Təbrizinin “Hindistan elçilərinin qəbulu”, Müzəffər Əlinin ov və döyüş səhnəIəri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, “Xəmsə”yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin “Sultan Səncər və qarı”, “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “Məhəmməd Peyğəmbəıin meracı”, Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”, Mirzə Əli Təbrizinin “Xosrov Barbədin musiqisini dinləyir”, “Şapur Xosrovun portretini Şirinə göstərir”, Mir Seyid Əlinin “Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi” və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Azərbaycan rəssamları “Şahnamə” və “Xəmsə”dən başqa, digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530-cu illərdə Hafizin “Divan”ına çəkdiyi “Sam Mirzənin kef-musiqi məclisi”, “Meyxanada”, naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyyatına (hamısı M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Miniatür sənətində XVI əsrədək təktək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəldi. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə, əsasən, adi həyat hadisələri təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-nin bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin “Sarayda musiqi məclisi”, Sultan Məhəmmədin “Ov səhnəsi” triptixləri, Mir Seyid Əlinin "Kənd həyatı” və “Şəhər həyatı” tabloları Şərq miniatür sənətində müstəsna yer tutur.
XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Müəyyən kanonlar əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur. XVI əsrin II yarısında saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu Səfəvilər dövlətinin paytaxnın Təbrizdən Qəzvinə köçürülməsindən sonra yeni mərkozə toplaşdı. Azərbaycan rəssamlarının Qəzvində 1575-ci ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.
Azərbaycan şəhərləri Təbriz, Bakı, Şamaxı və Ərdəbil ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayırdı. Əgər Teymur dövründə işğal olunmuş ölkələrin ən yaxşı yaradıcı qüvvələrinin zorla cəmləşdirildiyi Səmərqənd "yer kürəsinin fərəhnak mərkəzi" hesab olunursa, XV əsrdə görkəmli şair və dövlət xadimi Əlişir Nəvainin himayəsi məşhur rəssam Kəmaləddin Behzadın rəhbərliyi altında ədəbiyyat və incəsənət sürətlə inkişaf etdiyi dövrdə Teymurilər Heratı bütün Orta Şərqdə bədii mərkəzə çevrilmişdisə, XVI əsrin əvvəllərindən etibarən Səfəvilər dövlətinin paytaxtı Təbriz yenidən Orta Şərq xalqlarının bədii mədəniyyətinin əsas mərkəzi olur.
Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə Azərbaycanın paytaxtı Təbriz yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Şərqin Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmmnəd kimi görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər. XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənmişdi. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tuturdu. Təsviri sənətdə ən çox, ən dəyərli miniatürlər iki əsərə “Şahnamə” və “Xəmsə”yə çəkilirdi.
XVI əsrdə Təbriz karvan yollarının ən mühüm nöqtəsi, Avropa-Asiya ticarətinin əsas birjası rolunu oynayırdı.Səfirliyin Səfəvi dövləti hakimləri tərəfindən Qərbi Avropaya sürgün edilmiş üzvlərindən biri Oruc bəy Bayat, Don Juan Persidski Təbrizi "Şərqin paytaxtı", tarixçi Xandəmir isə onu "dünyanın ən abad şəhəri" adlandırmışdır.
Bu dövrdə Səfəvilər dövlətinə Şah İsmayıl və onun oğlu Təhmasib kimi savadlı bir sənətsevər hökmdarların başçılıq etməsi, mədəniyyət və incəsənətin inkişafı üçün lazımi imkan və şərait yaradırdı. Onlar elm və incəsənət xadimlərinə himayədarlıq edir, xalq sənətkarlarını mükafatlandırırdılar. Məlumdur ki, Şah İsmayıl yalnız Xətai təxəllüsü ilə gözəl, lirik şerlər, "Dəhnamə" poemasını Azərbaycan dilində yazan istedadlı şair olması ilə yanaşı xəttatlıq sənətini də dərindən öyrənmişdi.
Şah İsmayıl sarayı bir çox cəhətdən şair və mesenat, sənətsevər Lorentso Mediçinin Florensiya sarayını xatırladırdı.Şah İsmayılın sarayında görkəmli Azərbaycan şairi Həbibinin başçılıq etdiyi ədəbi məclis fəaliyyət göstərirdi. Sarayda tez-tez musiqili və dəbli axşamlar, alimlərin disputları, şairlərin görüşləri və idman yarışları təşkil olunurdu.
Şah İsmayılın oğlu Təhmasib şah da sənətin qəd-qiymətini bilən idi.Hələ uşaqlıqda o, rəssamlıqla məşğul olurdu. Qazı Əhmədin dediyinə görə, Təhmasib bir çox əsərlər, o cümlədən Qəzvində "çıxıl sütun" eyvanında məişət səhnələrini təsvir edən şəkillər çəkmişdi.Təhmasib həmçinin xəttatlıqla da məşğul olurdu. On yaşlı Təhmasibin 1524-1525-ci illərdə üzünü köçürdüyü şair Arifinin "Quy və Çovqan" əlyazması hazırda Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada saxlanılır. İsgəndər Münşinin yazdığına görə, şah Təhmasib sənəti çox sevirdi. Böyük bir ölkənin hakimi olan şah daim dövlət işləri ilə məşğul olsa da, rəssamlığı unutmurdu və asudə vaxtını ona sərf edirdi. O yalnız hakimiyyətinin son illərində bütünlükdə dövlət işləri ilə məşğul olurdu və incəsənətə diqqət yetirməyə də vaxt tapırdı.
XVI əsr tarixçisi Şərəf xan Bidlisi xəbər verir ki, şah Təhmasib öz oğlanlarını tərbiyə edərkən "Onlara hərb elmini tədris edir, kamandan ox atmağı, zovqan oynatmağı öyrədirdi və deyirdi: vaxt gələr, rəssamlıqla da məşğul olarsınız, çünki o, zövq tərbiyə edir".
Birinci Səfəvilər-Şah İsmayıl və Təhmasibin dövründə Təbrizdə və Azərbaycanın digər şəhərlərində elm, o cümlədən, astronomiya, tarixşünaslıq, fəlsəfə inkişaf edirdi.Əsrin əvvələrində Şah İsmayıl təşəbbüsü ilə Marağa rəsədxanası bərpa edildi.
XVI əsrdə Azərbaycan poeziyası sürətlə inkişaf etdi.Onun zirvəsini böyük mütəfəkkir şair Füzulinin yaradıcılığı təşkil edirdi. Xalq aşıq poeziyası da inkişafda idi.Onun ən görkəmli nümayəndəsi aşıq Qurbani idi. Klassik və folklor musiqisi, teatr tamaşaları öz inkişafını davam etdirirdi.
Xalça sənətinin "Şeyx Səfi" kimi şah əsərləri, dünyanın ən iri muzeylərini bəzəyən süjetli xalça və parçalar, kremika bədii metal nümunələri dekorativ-tətbiqi sənətlərin yüksək inkişafını göstərir.
XVI əsrdə kitab öz inkişafının zirvəsinə çatdı. Səfəvilər sarayı zəngin kitabxanası, şəkilli əlyazmaları yaratmaq üzrə bədii emalatxanaları ilə görkəmli xəttatların, nəqqaşların, miniatürçü rəssamların, tərtibatçıların, ildiçilərin və digər kitab sənəti ustalarının əsas fəaliyyət mərkəzinə çevrildi.Qeyd etməliyik ki, kitab Şərqdə həmişə yüksək ictiami marağın artması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb etmişdir. Şah İsmayılın, sonralar isə Təhmasibin hakimiyyəti dövründə şah kitabxanasında misilsiz fırça ustası Sultan Məhəmmədin ümumi rəhbərliyi altında Ağa Mirək İsfahani, Mir Müsəvir, onun oğu Mir Seyid Əli, Soltan Məhəmmədin oğlu Mirzə Əli, Dost Məhəmməd, Müzəffər əli və Başqalarından ibarət bir dəstə istedadlı rəssam, Şah Mahmud Nişapuri, Şeyx Məhəmməd və başqa xəttatlar məşhur Behzad, Qasım Əli, Şeyxzadə və başqa Herat rəssamları, dövrün tanınmış kitab ustaları fəaliyyət göstərirdilər.
Onların çoxu savadlı, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər idi və bədii fəaliyyətləri incəsənətin yalnız bir sahəsi ilə məhdudlaşmırdı. Bu sənətkarlar tarix və ədəbiyyata gözəl bələd idilər. Bəzi məşhur miniatürçü rəssamlar gözəl şair Mirzə Seyid Əli, Şahqulu Sadiq bəy Əfşar, xəttat dekorativ sənət ustaları olmuşlar. Bu fırça ustaları həm XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynamışdır. Bu istedadlar kəhkəşanına isə Ustad Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.