Məhəmməd Cahan Pəhləvan
From Wikipedia, the free encyclopedia
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu.[7][8]
Məhəmməd Cahan Pəhləvan | |
---|---|
Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan | |
| |
1175[2] – 1186[3] | |
Əvvəlki | Şəmsəddin Eldəniz[4] |
Sonrakı | Qızıl Arslan[5] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1136 və ya 1137 |
Doğum yeri | Ərdəbil, Eldənizlər[4] |
Vəfat tarixi | fevral 1186 və ya aprel 1186 |
Vəfat yeri | Təbərək qalası, Həmədan, Eldənizlər[4] |
Dəfn yeri | Atabəylər Memarlıq Kompleksi, Naxçıvan, Eldənizlər[4] |
Milliyyəti | qıpçaq türkü,azərbaycanlı[6] |
Vətəndaşlığı | Atabəylər |
Atası | Şəmsəddin Eldəniz[7] |
Anası | Möminə Xatun[7] |
Həyat yoldaşları |
İnanc xatun[3] Zahidə xatun[3] Küteybə xatun[3] |
Uşaqları |
İnanc xatundan: Qutluq İnanc[7] Əmir Əmiran Ömər[7] Küteybə xatundan: Əbu Bəkr[7] Zahidə xatundan: Özbək[7] Cəlaliyyə[7] |
Dini | İslam |
Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur.[9]
Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu. Cahan Pəhləvanın göndərdiyi qoşun Şimlanın ordusunu məğlub edir, ağır yaralanmış Şimla əsir alınır, iki gün sonra vəfat edir. Onun yerinə Xuzistan hakimi təyin edilmiş oğlu Şərəfəddin Əmiran, Azərbaycan atabəyinə tabe olmaq məcburiyyətində qalır.[9]
Sultan III Toğrulun Xuzistanda yaşayan əmisi Şahzadə Məhəmməd sultanlığın taxt-tacına yeganə ciddi iddiaçı idi, lakin onun hakimiyyəti ələ keçirmək üçün göstərdiyo bütün silahlı cəhdlər uğursuzluqla nəticələnir. Cahan Pəhləvandan asılı olan əmirlərdən heç biri, o cümlədən təqib olunan Məhəmmədin sığınacaq istədiyi Xuzistan, Vasit, Fars hakimləri şahzadəyə yiyə durmur və nəhayət onu Azərbaycan atabəyinə təslim edirlər.[9]
1177-ci ilin iyulunda Sultan III Toğrulun adına sultanlığın tabeliyində olan və vassal asılılığında olan bütün ərazilərdə xütbə toxundu. Ətraf əmirləri onun hökmranlığını tanıdılar. Tabe olan hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi. Sultanın adına pul kəsildi, onun sərəncamları dərhal yerinə yetirildi.[9]
Atabəyin inzibatçılıq qabiliyyəti və tələbkarlığı dövlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. Hakimiyyətdə olduğu 11 il ərzində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. Cahan Pəhləvanın hakimiyyətə illərində gürcülər onun tələblərini qəbul edərək, sülh bağladılar. Şərq qonşusu – xarəzmşah Təkişlə də dostluq münasibətləri yaranmışdı.[10]
Cahan Pəhləvan xəlifə əl-Müstədi, istərsə də abbasi xəlifələri arasında hökmdarlardan biri ən-Nasirlə elə münasibətlər saxlayırdı ki, bu münasibətlər ona siyasət yeritməyə imkan verir, xəlifənin onun dövlətin daxili işlərinə qarışmasının qarşısını alırdı. Atabəy Cahan Pəhləvanın ən böyük uğurlarından biri Ağsunqur əl-Əhmədilinin varislərinin əlində olan Təbrizin Eldənizlər dövlətinin ərazisinə birləşdirilməsi idi. Belə ki, 1175-ci ilin yayında Təbriz və onun ətrafındakı yerlərin hakimi Arslan Aba ibn Ağsunqur vəfat etdikdə, Cahan Pəhləvan Ruindej qalasını, daha sonra isə Marağanı, Atabəyin qardaşı Qızıl Arslan isə Təbrizi mühasirə etmişdi. Əldə edilmiş saziş nəticəsində Cahan Pəhləvan Təbrizi alıb, iqta payı kimi qardaşına verdi. Marağa isə, razılığa görə əvvəlki sahiblərinin – Ağsunqurilərin ixtiyarında qaldı.[10]
Misirin və Suriyanın hökmdarı, Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusifin böyük fəallıq göstərdiyi qərb sərhədlərində asayişi təmin etmək atabəy Cahan Pəhləvan dəfələrlə barışdırıcı və vasitəçi olmuş, himayəsi altında olanlara hərbi kömək göstərmişdi. Məhəmməd Cahan Pəhləvan 1186-cı ilin fevral-mart aylarında şiddətli qarın ağrılarına tutuldu, təbiblərin müalicəsinə baxmayaraq vəfat etdi.[3][10]
Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə Möminə Xatun türbəsini inşa etdirmişdir. Həmçinin onun hakimiyyəti dövründə Naxçıvan mədrəsəsi və Atabəylər cümə məscidini inşa edilmişdi. Onun dövründə Ərdəbil, Naxçıvan, Təbriz, Beyləqan və Gəncə şəhərləri yüksək inkişaf etmişdi. Eldənizlərin sikkə sarayında adına bir çox dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən bir neçəsi Azərbaycan Tarix Muzeyində yerləşir. Nizami Gəncəvinin ikinci poeması — "Xosrov və Şirin" və "Mənsur və Mərcan" dastanı Məhəmməd Cahan Pəhləvana həsr olunmuşdur.