Azərbaycanlılar
Azərbaycanda, həmçinin şimal-qərbi İranda yaşayan əhalinin əsas hissəsini təşkil edən türk xalqı / From Wikipedia, the free encyclopedia
Azərbaycanlılar[21][22] (az-əbcəd. آذربایجانلیلار), Azərbaycan türkləri[23] və ya azərilər[24] (az-əbcəd. آذریلر) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı.[25][26][27][28]
Ənənəvi geyimdə azərbaycanlı qızlar. | ||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
35[1] – 45[2] milyon | ||||||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||||||||
Əsasən İslam (əksəriyyət Şiə İslamı,[14] azlıq Sünni İslamı), Xalq dini,[15][16][17] Bəhailik[18] | ||||||||||||||||||||||||||||||||||||||||||
Mənşəyi | ||||||||||||||||||||||||||||||||||||||||||
Oğuz türkləri, səlcuqlar,[19] xəzərlər[20] | ||||||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır.[29]